image image

Son zəng – sevincin, bir o qədər də kədərin qonaq olduğu əlamətdar gün...

image


Orta məktəblərdə "Son zəng” tədbirləri keçirilir. On minlərlə şagird məktəbə əlvida deyib, yeni həyata doğru yol alır.Məktəb illəri hər bir şəxsin həyatında mühüm rol oynayır. Kimisi o illəri gözəl günlər kimi, bəziləri də keçmişində xatırlamaq istəmədiyi illər kimi qəbul edir. Biz də bu dəfə ilboyu bizi mədəni tədbirlər barədə xəbərdar edən, mətbuat nümayəndələri ilə mütəmadi şəkildə çalışan, onların bütün suallarını yorulmadan, usanmadan cavablandıran mədəniyyət ocaqlarımızın mətbuat katiblərindən məktəb illəri və "Son zəng” xatirələrini xəbər aldıq. Ömrümüzün ən şirin, duyğulu və qayğısız günlərinin birləşdiyi məktəb illəri "Son zəng"in sədaları altında bitir. Bu zəngin sədaları isə ən çox 11-cilərin qəlbinin simlərini titrədir. Bu zəng ilə 11-cilər tənəffüs üçün dəhlizə yox,  müstəqil həyat üçün yeni mərhələyə qədəm qoyurlar. İyunun 14-də ölkəmizin bütün ümumtəhsil müəssisələrində olduğu kimi, Bakı şəhəri, Nizami rayonunda yerləşən Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbdə “Son zəng” çalındı. Tədbirdə iştirak edən məzunlar, müəllimlər, məktəb direktoru əlamətdar günü bir yerdə qeyd etdilər. Məzunlar həyəcanlı olmaqla bərabər, gözlərində kədər işartlıları da sezilirdi. İllər əvvəl məktəb dəhlizlərində ora-bura qaçan kiçik uşaqlar indi buradan ayrılır, çətin, keşməkeşli həyatın qoynuna atılırlar. Məzunlarla eyni hissləri bölüşənlərdən biri də məktəbin direktoru Zenfira Şıxaliyevadır. Məzunların çoxu sevinsə də, kövrələnlər, ağlayanlar, həyatlarındakı bu ilk kiçik fasilədən çaşqın qalanlar da var. Çünki on bir ildə onlara qucaq açan, bilik verən, ən xoşbəxt, ən kədərli günlərinə şahidlik edən təhsil ocağından, müəllimlərindən, sinif yoldaşlarından ayrılırlar. Qarşıda daha böyük imtahanlar, daha çətin və müstəqil həyat gözləyir. Bir sözlə, bu gün məzunlar üçün sevinclə kədərin bir-birinə qarışdığı gündür.

 

 



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...