image image

Şairə Esmira Günəş “Ürəyi yaralı ana” şeirini təqdim etdi

image

 

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şairə Esmira Günəş “Ürəyi yaralı ana” şeirini təqdim etdi.

 

“Şüşa İli” ilə əlaqədar təqdim olunan şeiri şairə bu gün bizə qanları, canları bahasına Zəfər sevincini yaşadaraq şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını dünyaya gətirən Analara həsr edib. Fəryadı səmalara ucalan, cavan yaşda saçlarına dən düşən, dünyaya gətirdikləri övladları qədər mətin, qəhrəman, mübariz, şəhid analarına həsr olunmuş şeir oxuculara təqdim olunur.

 

Ürəyi yaralı ana

 

Qarabağ deyiləndə göynəyirdi sinəmiz

O torpaqda nə qədər oğul itirmişik biz.

Sağalmadı yaralar, dərd üstə dərd gətirdi,

Yenə nə qədər ana oğulların itirdi.

 

İtirdi illərinin zəhməti döndü daşa,

Döndü oğul balası gözündən düşən yaşa.

Yandı ana ürəyi, hər oğul söyləyəndə,

Olmadılar köməyi ürəyi göynəyəndə.

 

Bala deyə fəryadı səmalara ucaldı,

Cavan yaşda dən düşdü saçlarına qocaldı.

Şəhid oldu balası, qayıtmadı geriyə,

Bu qədər dərd yazıldı taleyinə de niyə?

 

Niyə doya bilmədi vətən qoxan oğluna,

Həsrət qaldı bir ömür həsrət qaldı bax ona.

Cənnətin arzusuyla günlərini bağladı,

Öpüb şəkillərini hər gecə qucaqladı.

 

Bəlkə bir gün bir səhər yenə gələ balası,

Yenə də aydınlana bu qaranlıq dünyası.

Qucaqlayıb oxşaya ana yenə oğlunu,

Bəlkə bir gün yenidən görə biləcək onu.



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...