image image

UĞURLU MƏKTƏB NECƏ FORMALAŞIR?

image

 

Uğurlu məktəbin sirri şagird nailiyyətində bilinir.Bir məktəbin inkişafı, şagird kontingentinin inkişafının monitorinqi zamanı görünür.Bəs şagird nailiyyətini necə yüksəltmək olar? 
Bunun üçün məktəbdə keyfiyyətli və peşəkar təhsilverənlər olmalıdır.Bütün məktəb rəhbərləri istəyər ki, onların idarə etdikləri məktəbdə güclü kadrlar olsun.Lakin, bu hər zaman mümkün olmur.İstənilən bir müəssisədə təcrübəli mütəxəsislərlə yanaşı təcrübəsizlər də var.Məktəbdə nə qədər çox peşəkar müəllim olarsa, rəhbərliyin çiynindəki öhdəliklər bir o qədər məsuliyyətli olur.Peşəkarlıq mütləq və daimi inkişaf tələb edir.Əgər bir rəhbər potensiallı kadrlarla işləmək istəyirsə, ilk öncə onların təkmmilləşməsi üçün addımlar atmalıdır.O, hər bir müəllimə bir səviyyə irəli getmək üçün şərait yaratmalı, istiqamət verməlidir.Lider bilməlidir ki, bu iş zəhmət və zaman tələb edir.Bu zamanı onlara verməlidir.
Təhsilverənlərin keyfiyyətini yüksəltməklə, o, tədrisin keyfiyyətini yüksəltmiş olacaq.Təkmil bir giriş, mükəmməl bir çıxışa bərabərdir.Bu uğurlu məktəb formulunun açar komponentidir.Davamlı inkişaf və təkmilləşmə vacib amildir.
Məktəb direktoru müəllimləri müntəzəm müşahidə etməli,metodik bacarıqlarını qiymətləndirməli, zəif tərəflərini müəyyənləşdirməli və axsadıqları sahələri inkişaf etdirmək üçün individual inkişaf proqramları tərtib etməlidir.Bu proqram onları sinif otağında dəfələrlə müşahidə etdikdən sonra tərtib edilməli və müəllimin inkişafını təmin etməyə yönəlməlidir.Məktəb rəhbəri hər bir müəllimə onun inkişafına bələdçilik edəcək rəy və təkliflər verməlidir.Bunun üçün ilk öncə böyük nöqsanlardan başlamalı, bunlar aradan qaldırıldıqdan sonra isə daha detallı məsləhətlər verməlidir.
Bir məktəbi idarə etmək göründüyündən daha ağır və məsuliyyətli bir işdir. Bu yolda  çətinliklər çoxdur.Bütün bunların öhdəsindən gəlmək üçün bir idarəçidə ilk öncə peşə sevgisi, müəllim ürəyi olmalıdır.O işini hümanist, novator və demoktarik prinsiplər əsasında qurmalıdır.Dözümlü və mübariz olmalıdır.Sakitliyini və səbrini mühafizə etməyi bacarmalıdır.

 

Sübhan Xəlilov 

Salyan rayon Qarabağlı kənd 2 saylı  tam orta məktəbin müəllimi.



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...