image image

Lerik və Lənkəranda fermerlərlə görüş keçirilib

image

 

Dağlıq və dağətəyi ərazilərdə taxıl biçininə “Aqroservis” ASC tərəfindən dağ kombaynlarının cəlb olunması məhsulun vaxtında və itkisiz yğılımasını təmin edir. Ötən il Lerik rayonunun çətin relyefli sahələrində biçin prosesi yeni kombaynlar vasitəsilə aparılıb. Bu il Lerik rayonunda 2800 hektar sahədə payızlıq taxıl əkilib. Bu il də biçin prosesinə yeni kombaynların cəlb olunması nəzərdə tutulur.

 

Bu fikirləri Lerik rayonunda fermerlərlə görüş zamanı Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev deyib. Onun sözlərinə görə, uzun illər dağlıq ərazilərdə taxıl əkən fermerlər biçin prosesində texnika çatışmazlığı ilə üzləşiblər. Hazırda ölkəyə gətirilmiş ən müasir dağ kombaynları bu problemi kökündən həll edib və lerikli fermerlər ötən il məhsulu vaxtında və itkisiz yığa biliblər. 

Yeni dağ kombaynları 20 dərəcə nəmlikdə biçin apara bilir ki, bu da məhsulun daha tez yığılmasını təmin edir. Tam kompüterləşdirilmiş bu kombaynlar əkin təyinatlı olan, lakin əkilməyən torpaqların əkinə cəlb olunmasına şərait yaradır. Bununla da ən yüksək texnologiyalara əsaslanan müasir kombaynlar dağlıq və dağətəyi zonalarda taxılçılıq təsərrüfatlarının daha da inkişaf etdirməyə imkan verəcək.

Bildirilib ki, qlobal iqlim dəyişikliyi və atmosfer yağıntılarının azalması dəmyə əkinlərə kifayət qədər mənfi təsir göstərir. Bununla belə aqrotexniki qulluq tədbirlərinin düzgün aparılması sahələrdən əvvəlki illərdə olduğu qədər məhsul götürməyə imkan verir. Bu baxımdan digər rayonlarda olduğu kimi lerikli fermerlər də sahələrdə texnoloji xəritəyə uyğun olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirməlidir. Taxılçılıqda hazırda ən mühüm aqrotexniki qulluq tədbirlərindən biri gübrələmə prosesini başa çatdırmaq, zərərvericilərə qarşı mübarizə aparmaqdır. Alaq otlarına qarşı mübarizənin vaxtında aparılması məhsuldarlığın aşağı düşməsinin qarşısını alır, yekun nəticədə fermer daha bol məhsl əldə edir. Artıq bütün ölkə üzrə taxıl sahələrinə baxış keçirilir, monitorinqlər aparılır. Monitorinqlərin nəticələri taxıl sahələrində, o cümlədən dağlıq və dağətəyi rayonlardakı dəmyə əkinlərdə  vəziyyətin qənaətbəxş olduğunu, aqrotexniki qulluq tədbirlərinin vaxtında və düzgün həyata keçirildiyini göstərir. Eyni zamanda mart-aprel aylarında havaların yağıntılı keçməsi taxılın inkişafına müsbət təsir göstərib. Lerikin taxıl sahələrində də fermerlər karbamid gübrəsindən daha çox istifadə edirlər. Gübrələmə prosesində bu ilki  fərqli yanaşma taxılın inkişafına öz müsbət təsirini göstərib. Düzgün toxum seçimi, gübrənin sahələrə normativlərə uyğun verilməsi vacibdir və bununla bağlı fermerlər arasında maarifləndirmə işləri il boyu davam edir.

Lənkəran rayonunda isə bu il 800 hektar sahədə taxıl əkilib, kin dəmyə torpaqlarda, suvarılmayan ərazilərdə aparılıb. Monitorinqlər taxılın ümumi vəziyyətinin qənaətbəx olduğunu göstərir. Lənkəranda həmçinin yazlıq əkinlər davam edir. Rayonda çəltikçilik yazlıq əkinlərin əsas hissəsini təşkil edir və əkinlərin texnoloji xəritəyə və aqronomik təqvimə uyğun aparılması məhsuldarlığın yüksək olmasını təmin edən əsas amillərdəndir.

Rəfail Quliyev Lənkəranda yerli fermerlərlə keçirilən görüşdə bildirib ki, aqrar sahənin inkişafını təmin edən əsas amillərdən biri davamlı maairfləndirmə işlərinin aparılmasıdır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin rəhbər heyəti və yerli qurumlarda çalışan mütəxəssislər bölgələrdə fermerlərlə mütəmadi görüşlər keçirirlər. Bu görüşlərdə fermerlərin üzləşdiyi çətinliklər müzakirə olunur, onların aradan qaldırılması üçün yerində operativ tədbirlər görülür.    

Lənkəranlı fermerlərlə müzakirələr zamanı taxıl sahələrində mövcud durum, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Lerik və Lənkəranda fermerlərlə görüş keçirilib Lerik və Lənkəranda fermerlərlə görüş keçirilib Lerik və Lənkəranda fermerlərlə görüş keçirilib Lerik və Lənkəranda fermerlərlə görüş keçirilib Lerik və Lənkəranda fermerlərlə görüş keçirilib Lerik və Lənkəranda fermerlərlə görüş keçirilib



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...