"Azəriqaz" İstehsalat Birliyinin təşkil etdiyi "Açıq mikrofon" aksiyası siz vətəndaşların qaz təchizatı ilə bağlı üzləşdiyi problemlərin həllinə dəstək verməyə xidmət edir".
Kanal4.az xəbər verir ki, bu sözləri Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev aksiya çərçivəsində Şirvan şəhərində vətəndaşlarla keçirilən görüş zamanı bildirib.
Vətəndaşların problem və təkliflərini dinləmək üçün Birliyin məsul şəxsləri ilə yanaşı, Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak ediblər.
Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov vətəndaşları aksiyanın imkanlarından maksimum şəkildə istifadə etməyə, qaz təsərrüfatına dair yaranan bütün suallara yerindəcə cavab tapmağa çağırıb.
Şirvan Telemexanika zavodunun əməkdaşı Fərzulla İbrahimov debitor borc səbəbindən zavodun qaz təchizatının dayandırıldığını bildirərək, müəyyən ödənişlər olunmaqla qaz təchizatının bərpa olunmasını xahiş edib. Məsələ ilə bağlı dərhal Birlik rəhbərliyinə məlumat verilib.
Rəhbərliyin tapşırığı ilə daxil olan müraciət yerindəcə həllini tapıb, zavodun qaz təchizatında yaranan fasilə aradan qaldırılıb.
Digər çıxış edən vətəndaşlar qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildirib, təşkil olunan aksiyaya görə "Azəriqaz" İB-nin rəhbərliyinə təşəkkür ediblər.
Məlumat üçün bildirək ki, bu gün təşkil olunan aksiya sayca ümumilikdə 49-cu, sakinlərlə isə 25-ci görüşdür
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...