image image

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Türk Ədəbiyyatı Vəqfinin rəhbəri ilə görüşüb

image

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin nüfuzlu qeyri-hökümət təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfinin (TƏV) bugünlərdə Bakıda səfərdə olan başqanı Serhat Kabaklı və TƏV yetkinlisi, yazıçı-tərcüməçi İmdat Avşarla görüşüb.
TƏV başqanı Bakı səfəri çərçivəsində bir qrup Azərbaycan ədibinə Vəqfin 2021-ci il ödüllərinin  təqdim edildiyini, habelə “Qanun” Nəşrlər Evinin təşkil etdiyi “Milli Kitab Sərgisi”ndə iştirakları ilə bağlı Komitə sədrinə məlumat verib.
Qənirə Paşayeva iki qardaş ölkə arasında günbəgün genişlənən mədəni əlaqələrdən şad olduğunu bildirib, TƏV-in artıq yalnız Türkiyədə deyil, Azərbaycanda, digər türk ölkə və topluluqlarında da yaxşı tanındığını, bundan sonra daha geniş fəaliyyət üçün əsasların mövcudluğunu bildirib.
Azərbaycanla Türkiyəni “iki bədəndə bir can” kimi xarakterizə edən Q.Paşayeva, “Ruhumuz, yolumuz birdir” deyib: “Biz bu ruh və yol birliyini, ötən ilki Azərbaycan Vətən Müharibəsində mənəvi, siyasi aspekti ilə bir daha gördük. Bu il ölkələrimiz arasıdna “Şuşa Bəyannaməsi” imzalandı və bu bizə, qurum və quruluşlarımıza daha geniş, daha sıx işbirliyi üçün yeni imkanlar, üfüqlər açıb. Ümidvaram TƏV də məhz bu üfüqlərin formalaşmasında öz təcrübəsi, ənənələri ilə çıxış edəcək”.
Görüşdə RHİM İB sədri Arzu Bağırova, DGTYB başqanı İntiqam Yaşar, yazıçı Mahir Qabiloğlu, ədəbiyyatşünas Nərgiz Cabbarlı, Mədəniyyət Komitəsinin  eksperti Əkbər Qoşalı iştirak edib.



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...