image

Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb

image

 

Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi ilə əlaqədar bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb. Bu istiqamətdə ilk görüşlər Şamaxı və İsmayıllı rayonlarında keçirilib.

Görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, həmçinin əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rola sahibdir. Şamaxı və İsmayıllı rayonlarında hər il 70 min hektardan artıq sahədə payızlıq əkin aparılır. Payızlıq əkinlər dövlət tərəfindən subsidiyalaşdırılır, taxıl əkininə görə bu rayonlarda təxminən 10 min nəfərə yaxın fermerə əkin subsidiyası ödənilir. 2020-ci ildən subsidiyaların ödənilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Dövlətin payızlıq əkinlərə dəstək mexanizmindən yararlanmaq üçün fermerlər hansı məhsulu əkdiyini EKTİS-də vaxtında bəyan etməlidirlər.

Bildirilib ki, payızlıq əkinlərin bəyanına sentyabrın 1-dən start verilib. Bəyan prosesi üçün 4 ay vaxt ayrılıb və fermerlər öz əkinlərini dekabrın sonlarına kimi bəyan edə bilərlər. Fermerlərin öz əkin məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində tez bəyan etməsi monitorinqlərin sürətli və operativ təşkilinə, eyni zamanda əkin subsidiyasının ilin ilk aylarında ödənilməsinə imkan yaradır. Reqlamentə əsasən, yanvar-mart aylarında EKTİS-ə daxil edilmiş əkin bəyanlarının monitorinqi aparılır, fevral-aprel aylarında payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi həyata keçirilir. Fermer öz əkin məlumatlarını EKTİS-də nə qədər tez bəyan etsə, ilin əvvəlində bir o qədər tez əkin subsidiyası almaq imkanı qazanır. Bu səbəbdən fermerlərin öz əkin məlumatlarını müəyyən edilmiş son müddəti gözləmədən EKTİS-də bəyan etməsi subsidiyanı ilin əvvəlində almağa və aqrotexniki qulluq baxımından daha səmərəli istifadə etməyə (yemləmə gübrəsi almağa və s.) imkan verəcək.

Görüşlər zamanı Aqrar Subsidiya Şurasının 2022-ci il üzrə bitkiçilik sahəsində əkin, məhsul və toxum əmsallarına dair qərarının müddəaları, aqrokimyəvi analizin verilməsi zərurəti, sahələrin müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verəcəyi üstünlüklər, subsidiyaların verilməsi prosesində gələn ildən tətbiq olunacaq yeniliklər barədə iştirakçılara geniş məlumat verilib. İştirakçıların EKTİS-də elektron kabinetin aktivləşdirilməsi proseduru, məlumatların daxil edilmə ardıcıllığı barədə sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı məlumatlandırma sessiyası Azərbaycanın əksər taxılçılıq rayonlarını əhatə edəcək. Bu istiqamətdə növbəti görüşlərin Göyçay, Ağdaş və Ağsu rayonlarında keçirilməsi nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıbKənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıbKənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıbKənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıbKənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıbKənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıbKənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıbKənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıbKənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb

Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...