image

AZƏRBAYCANA QARŞI GÖRÜNMƏMİŞ TERROR

image


 
 Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut. Siz Hadrutu tanıyırsınız, burada yaşamısınız, olmusunuz, yaxın kəndlərdə də yaşamışınız, burada bir neçə kəndin nümayəndələri var. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Görün yollar, binalar nə gündədir. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Onu vurun 30 ilə, görün təxminən nə qədər pul edir. Hadrutda da, Hadrutun kəndlərinin bir çoxunda da, Xocalının Çanaqçı, Sığnax kəndlərində də olmuşam. Azıx olsun, Tuğ olsun, Susanlı olsun və başqa kəndlər - hamısı bərbad vəziyyətdədir. İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir.


       Ermənilər Azərbaycana qarşı törədilmiş ekoloji terror törədiblər. Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi qırıblar, yandırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib. Həmçinin Cəbrayılda. Onlar Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Mağaraya böyük ziyan vurulub.
      Bəs, yığılan bu milyardlar hara gedib? Deməli, Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər” – deyə, Ermənistanın niyə Hayastan adlandırılması ilə bağlı məsələyə də aydınlıq gətirərək bildirib ki, özü bunun səbəbini bilir. Azərbaycan tarixçilərinə bu barədə daha dolğun tədqiqatlar aparmalarını məsləhət görən dövlətimizin başçısı Amerikada yaşayan zəngin ermənilərin Hayastan fonduna yığılmış milyardların hara xərclənməsi ilə bağlı informasiyanın olmadığını söylədi. “Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi, necə deyərlər, məlum deyil. Çünki azad edilmiş bütün yerlərə baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafın əsər-əlaməti yoxdur. Görün Şuşa nə gündədir. Onlar Şuşanı bütün dünyaya öz şəhəri kimi qələmə verməyə çalışırdılar, bu gün də çalışırlar. Əgər sənin şəhərindirsə, niyə bu gündədir?! Şuşada bir dənə də yeni bina yoxdur. Şuşadakı 17 bulağın, 17-si də qurudulub. Prezident haqlı sual berib: “Yaxşı, bu, sənin şəhərindirsə, niyə bu gündədir?!”.
     Acınacaqlı hallardan biri də bu oldu ki, beynəlxalq ictimaiyyətin bir qismi . erməni cinayətlərinə göz yummuşdu. Sanki görmürdülər ki, Ermənistan torpağımızı işğal edərək Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyub, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. İndi qoy nə qədər danışırlar, danışsınlar.   Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma torpaqlarına qayıtmış Azərbaycan xalqıyıq. Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etmişik, işğalçıları doğma torpaqlarımızdan qovmuşuq və doğma torpaqlarımıza qayıtmışıq.
Elçin Zeynalov, Cəlilabad şəhər sakini

Manşet xəbərləri

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...

27 Sentyabr-Anım Günü Cəlilabad rayonunda geniş qeyd olunub-FOTO

Cəlilabad rayonunda 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbirkeçirilib. Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında təşkil olunmuş Anım...

Biləsuvar rayon icra başçısı 27 nəfər vətəndaşın müraciəti dinlənildi-FOTO

Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbətionlayn qəbulu keçirilib. Keçirilən qəbul zamanı rayonun şəhər və...

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçirib

Sentyabrın 25-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhərvə paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun...