image

ERMƏNİSTANIN YALAN ÜZƏRİNDƏ QURULMUŞ SİYASƏTİ

image


 
  Qalib Ali Baş Komandan işğaldan bir il əvvəl azad olunmuş Xocavəndə növbəti tarixi səfərlərini gerçəkləşdirdi.  Bu, Qarabağa sahiblənməyin növbəti nümayişi idi.
  Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Bu barədə Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə  çıxış edərkən bildirib ki, biz az itkilərlə qəsəbəni götürmək əzmində idik və buna da nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Halbuki, açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Yalnız Ali Baş Komandanın əmri ilə Hadrutda Azərbaycan bayrağı qaldırıldıqdan sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir. Bu, bir daha onu göstərir ki, Ermənistanın təbliğatı da, tarixi də, keçmişi də, dövlətçiliyi də saxtadır və tamamən yalanlar və uydurmalar üzərində qurulub. Biz bu yerlərə döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır.


      Bundan başqa, Ermənilərin böyük bir fondu var, adı Hayastandır. Bilməyənlər üçün deyə bilərəm ki, Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Ona görə də ermənilərin tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar. Müharibə dövründə biz Ermənistan rəsmi orqanlarından nə qədər yalan eşitdik. Hadrutla bağlı bu yalanların dərəcəsi ən son həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Birincisi ona görə ki, onlar hesab edirdilər, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq.
      Müharibə başa çatandan sonra Ermənistanın Şirak vilayətindən keçmiş Hadrut rayonunun bəzi kəndlərinə xüsusi diversiya qrupu göndərildiyini xatırladan dövlətimizin rəhbəri onların  noyabrın sonlarında Laçın dəhlizindən keçərək bu bölgələrə daxil olduqları və tərkisilah edildikləri, həbs olunduqları barədə, həmçinin bu hadisələrin cinayət olduğunu bir daha vurğuladı. Prezident İlham Əliyev Ermənistan kapitulyasiya sənədini imzaladıqdan sonra da Hadruta hücum planlaşdırdığını, amma Azərbaycan Silahlı Qüvvələri tərəfindən  lazımi addımlar atıldığını bildirdi.
Vüsal Kazımov, Cəlilabad şəhər sakini

Manşet xəbərləri

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...

27 Sentyabr-Anım Günü Cəlilabad rayonunda geniş qeyd olunub-FOTO

Cəlilabad rayonunda 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbirkeçirilib. Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında təşkil olunmuş Anım...

Biləsuvar rayon icra başçısı 27 nəfər vətəndaşın müraciəti dinlənildi-FOTO

Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbətionlayn qəbulu keçirilib. Keçirilən qəbul zamanı rayonun şəhər və...

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçirib

Sentyabrın 25-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhərvə paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun...