image

27 Sentyabr-Anım Günü Cəlilabad rayonunda geniş qeyd olunub-FOTO

image

Cəlilabad rayonunda 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib. Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında təşkil olunmuş Anım mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələrinin üzvləri, qazilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri, idarə və müəssisələrin kollektivlərinin əməkdaşları, əmək və müharibə veteranları, məktəblilər iştirak etmişlər.

Mərasim iştirakçıları tərəfindən Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanlar anılmış, əbədi məşəl önünə gül-çiçək dəstələri qoymuşlar. Anım tədbirində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan xalqının vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun ali məqsəd naminə həmrəyliyi, Ali Baş Komandanın qətiyyəti Azərbaycan Respublikası ərzilərinin işğaldan azad olunmasında əsas amil olub. Şəhidlərimizin bu Qələbədə ən çox payı vardır. Onların əziz xatirəsi böyüməkdə olan nəsil üçün örnəkdir.Çıxışlarda qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilərək Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulub. Nəticədə, hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub. Diqqətə çatdırılıb ki, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.RİH başçısı Cəlilabad şəhər mərkəzi qəbristanlığında şəhid məzarlarını ziyarət etmiş, Vətən müharibəsi şəhidlərinin xatirə abidəsinin açılışı olmuşdur.Anım tədbirləri Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Burada xalqımızın mərd oğullarının cəbhə həyatını əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. 27 Sentyabr Anım günündə rayon ərazisində ağacəkmə aksiyası keşirilmişdir. Aksiyada rayon İcra Hakimiyyətinin, müxtəlif idarə təşkilat və müəssisələrin kollektivləri, Vətən müharibəsi iştirakçıları və könüllülər iştirak ediblər.27 sentyabr - Anım Günü ilə bağlı ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Səmil Şahlaroğlu

Manşet xəbərləri

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...

27 Sentyabr-Anım Günü Cəlilabad rayonunda geniş qeyd olunub-FOTO

Cəlilabad rayonunda 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbirkeçirilib. Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında təşkil olunmuş Anım...

Biləsuvar rayon icra başçısı 27 nəfər vətəndaşın müraciəti dinlənildi-FOTO

Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbətionlayn qəbulu keçirilib. Keçirilən qəbul zamanı rayonun şəhər və...

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçirib

Sentyabrın 25-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhərvə paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun...