image image

Şeyxin qudası “at oynadır” - VİDEO

image

 

 

Vətəndaş Seymur Quliyev eks-deputat Qalib Salahzadədən şikayətçidir.

Şikayəti isə Bilgəhdə dəniz sahilindəki ona məxsus torpaq sahəsinin eks-deputat tərəfindən zəbt olunmasıdır. Deyir ki, tikdirdiyi 2 ev tamamilə darmadağın edilib və yeri avtodayanacaq kimi istifadə olunur. 

Seymur Quliyev bildirir ki, alqı-satqı yolu ilə 2004-cü ildə əldə etdiyi öz ərazisində bir neçə il ərzində 2 və 3 mərtəbəli iki villa, həyətlərində də hovuz tikdirib. Lakin günlərin bir günü ortaya əlində torpağa aid sənədi olan, evləri isə özünün tikdirdiyini iddia edən şərik çıxır. Lakin bu, hələ harasıdır? Bir müddət sonra torpağa əlində çıxarışı olan daha bir şərik çıxır.

Mətbuatda da dəfələrlə işıqlandırılan bu məsələ ilə bağlı artıq 14 məhkəmə prosesi keçirilib. 

Seymur Quliyev məsələ ilə bağlı dəfələrlə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin də qəbuluna düşməyə çalışıb. Hətta Konstitusiya Məhkəməsinin Seymur Quliyevin xeyrinə qərarı olsa da, zərərçəkmiş öz halal-hümmət əmlakına nə gedə, nə də yiyə dura bilir. 

Seymur Quliyevin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi də başlanıb. Hətta eks-deputat Qalib Salahzadə şikayət əsasında dindirilib. 

“Bəzi maddələr üzrə isə istintaqın davam etdirilməsinə razılıq almaq üçün idarə prokurorluq qarşısında vəsasət də qaldırıb. Lakin ötən il mayın 14-dən cinayət işinin icraatından bir xəbər yoxdur”, - deyə şikayətçi bildirib.   

Baku TV məsələ ilə bağlı aidiyyəti qurumlardan qəti mövqe öyrənməyə çalışsa da, cavab verilməyib.

Qeyd edək ki, Qalib Salahzadə QMİ sədri Allahşükür Paşazadənin qudasıdır.

 





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...