image

Biləsuvarda yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirildi-FOTO

image

 Biləsuvar rayon İcra Hakimiyyətində  2020-2021-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.

Kanal4.az xəbər verir ki,Görüşdə iştirak edən Biləsuvar  rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etməyi arzulayıb.
Rayon icra hakimiyyətinin başçısı görüşdə təhsilin inkişafına göstərilən dövlət qayğısından və  bu sahədə əldə edilən uğurlardan danışaraq qeyd edib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlarımız buraxılış imtahanlarında yüksək nəticələr əldə edirlər. Biləsuvar rayonunda bu il abituriyentlərdən 12 nəfəri 600-dən, 25 nəfəri isə 500-dən yüksək bal toplayıblar.Ən yüksək nəticəni  isə 656 balla Biləsuvar şəhər Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksinin məzunu Muradlı Gülnar Bəhruz qızı göstərib. Bu ilki tədris ilində rayon üzrə 300 nəfər abutiriyent tələbə adını qazanaraq respublikamızın müxtəlif ali təhsil ocaqlarına qəbul olunmuşdur.
Görüşdə yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlar çıxış edərək bundan sonra da daha fəal çalışaraq yüksək biliklər qazanacaqlarını və Azərbaycanımızın adını daima zirvələrə daşıyacaqlarını bildiriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə fəxri fərmanlar təqdim olunaraq xatirə şəkli çəkdirilib.

 

 

Xüsusi muxbir Səmil Şahlaroğlu

Manşet xəbərləri

Biləsuvar rayon icra başçısı 27 nəfər vətəndaşın müraciəti dinlənildi-FOTO

Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbətionlayn qəbulu keçirilib. Keçirilən qəbul zamanı rayonun şəhər və...

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçirib

Sentyabrın 25-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhərvə paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun...

AZƏRBAYCAN DÖVLƏTİ BƏRPA ÜÇÜN MÜHÜM TƏDBİRLƏR HƏYATA KEÇİRİR

  AZərbaycan Prezidenti İlham Əliyev deyib ki, yenimərhələdə bu regionlar yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd...

Cəlilabad Rayon İcra başçısı Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevi evində ziyarət edib-FOTO

  Cəlilabad Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısıRafiq Cəlilov ilk iş günündə İkinci Qarabağ müharibəsinin...

Biləsuvarda yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirildi-FOTO

 Biləsuvar rayon İcra Hakimiyyətində  2020-2021-ci tədris ilində aliməktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal...

Astarada ana 3 övladı ilə palatqada yaşayır-FOTO/VİDEO

Şərhsiz ...

AZƏRBAYCAN-TÜRKİYƏ İQTİSADİ ƏLAQƏLƏRİ SÜRƏTLƏNİR

Türkiyə və Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişafedən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər...

BEYNƏLXALQ ƏMƏKDAŞLIĞA SƏRHƏD YOXDUR

 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə Azərbaycan...

KOMMUNİKASİYALARIN AÇILMASI MÜHÜM ŞƏRTDİR

Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçirilən videokonfrans vasitəsilədövlətimizin və regionun gələcəyi ilə bağlı baxışlarımızın dünyaya...

NAXÇIVANIN HƏRBİ VƏ MÜDAFİƏ POTENSİALI ARTIR

Bildiyimiz kimi, Möhtərəm Prezident, Ali Baş Komandan İlhamƏliyev Naxçıvana səfər edib. Muxtar Respublikanın ictimaiyyəti, qəhrəman...