image

ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI MİLLİ HƏDƏFDİR

image

Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 70-ci illərdən xüsusi diqqətində olub. Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını zəruri sayır, onu Turan yolu adlandırırdı. Bu yaxınlarda Ermənistan mediası qeyd edib ki, 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu “türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı.. Azərbaycan məqsədinə indi çatdı.
       Prezident İlham Əliyev hələ 2018-ci ilin fevralında YAP-ın VI qurultayında etdiyi çıxışda bildirirdi ki, “tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.  Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”.
        Beləliklə, Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir – Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə çatır.    Prezidentin  son çıxışları bəzi dairələrdə sərhədlərin yenidən cızılması kimi qiymətləndirilməkdədir. Bu cür qiymətləndirmənin əsassız olduğunu bəri başdan nümayiş etdirmək üçün cənab Prezident ADA Universitetində keçirilmiş görüşdə bildirib ki, “mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Tarixi torpaqlara qayıdış strateji planlaşdırma ilə həyata keçirilir – Tarixi torpaqlara qayıdış strategiyasının “yol xəritəsi” də açıqlanır: Azərbaycan o torpaqlara təzminat və digər iqtisadi rıçaqlarla qayıdacaq. Bu, ölkədaxili siyasi opponentlərə də verilmiş ciddi mesajdır – qarşıda bizi daha böyük milli-tarixi hədəflər gözləyir. Bunun üçün milli ideyalar naminə birliyin davam etdirilməsi vacibdir.
       Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Ümumilikdə, Zəngəzur dəhlizi türk dünyasının inkişafına yeni nəfəs verəcək. Bu dəhliz həmçinin, Qərbdən Şərqə uzanan ticarət yolunun mayakına çevriləcək. Bu səbəbdən də, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir.      
        Ölkə rəhbəri deyib ki, erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir: “Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim tarixi missiyamızdır - təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib”. Dövlət başçısı düşmənə və havadarlarına xəbərdarlıq da edib. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq. Ardınca dövlət başçısı tarixi torpaqlarımızla bağlı çox mühüm tarixi mesaj verib. Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır. Xalqımız tam əmindir ki, məhz belə də olacaq.
                                                                       

Hafiz Cavadov,YAP Cəlilabad rayon təşkilatının sədr müavini                                                                                                      

Xüsusi muxbir Səmil Şahlaroğlu

Manşet xəbərləri

Biləsuvar rayon icra başçısı 27 nəfər vətəndaşın müraciəti dinlənildi-FOTO

Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbətionlayn qəbulu keçirilib. Keçirilən qəbul zamanı rayonun şəhər və...

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçirib

Sentyabrın 25-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhərvə paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun...

AZƏRBAYCAN DÖVLƏTİ BƏRPA ÜÇÜN MÜHÜM TƏDBİRLƏR HƏYATA KEÇİRİR

  AZərbaycan Prezidenti İlham Əliyev deyib ki, yenimərhələdə bu regionlar yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd...

Cəlilabad Rayon İcra başçısı Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevi evində ziyarət edib-FOTO

  Cəlilabad Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısıRafiq Cəlilov ilk iş günündə İkinci Qarabağ müharibəsinin...

Biləsuvarda yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirildi-FOTO

 Biləsuvar rayon İcra Hakimiyyətində  2020-2021-ci tədris ilində aliməktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal...

Astarada ana 3 övladı ilə palatqada yaşayır-FOTO/VİDEO

Şərhsiz ...

AZƏRBAYCAN-TÜRKİYƏ İQTİSADİ ƏLAQƏLƏRİ SÜRƏTLƏNİR

Türkiyə və Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişafedən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər...

BEYNƏLXALQ ƏMƏKDAŞLIĞA SƏRHƏD YOXDUR

 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə Azərbaycan...

KOMMUNİKASİYALARIN AÇILMASI MÜHÜM ŞƏRTDİR

Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçirilən videokonfrans vasitəsilədövlətimizin və regionun gələcəyi ilə bağlı baxışlarımızın dünyaya...

NAXÇIVANIN HƏRBİ VƏ MÜDAFİƏ POTENSİALI ARTIR

Bildiyimiz kimi, Möhtərəm Prezident, Ali Baş Komandan İlhamƏliyev Naxçıvana səfər edib. Muxtar Respublikanın ictimaiyyəti, qəhrəman...