image image

Ölkə üzrə genişmiqyaslı yaz ağac əkini davam edir

image

Yaz ağac əkini mövsümündə ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində genişmiqyaslı silsilə ağacəkmə tədbirləri keçirilir.

Bütün ölkə ərazisini əhatə edən irimiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bu gün Zərdab, Ağsu, Qobustan, Ağdaş, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Sabirabad və Masallı rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib. Gün ərzində ölkə üzrə ümumilikdə 13 hektar ərazidə 15 minə yaxın müxtəlif cinsli ağac əkilib, 500 kq-dan çox palıd toxumu səpilib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun rəhbərliyi ilə Ağcabədi rayonunda keçirilən ağacəkmə tədbirində yaz əkin planına uyğun olaraq meşəbərpa işləri aparılıb. Təkcə Ağcabədi rayonunun yol kənarı meşə fondu ərazisində 6000-dən çox həmişəyaşıl ağac tingi əkilib və palıd toxumları səpilib.

Növbəti ağacəkmə tədbiri Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Ağsu və Qobustan rayonlarının yol kənarı meşə torpaqlarında baş tutub. Tədbir çərçivəsində 3000-dən çox müxtəlif cinsli həmişəyaşıl ağac tingi əkilib.

Xatırladaq ki, yaz ağac əkini mövsümünə martın 9-da Zəngilan rayonundan start verilib.

 

Səmil Şahlaroğlu





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...