Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
SİYASƏT
Dövlətimizin gücü və ideoloji təhlükəsizliyimiz
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni inkişaf hədəflərini müəyyənləşdirir
SİYASƏT
Zəngilan: şəhərsalma təcrübəsinin nümayişi
SİYASƏT
Zəngilanın tarixi irsi xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir
SİYASƏT
Azad Zəngilan müasir inkişaf və tərəqqi yolunda
SİYASƏT
Zəngilan müasir inkişaf və Böyük Qayıdışın yeni ünvanıdır
SİYASƏT
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
SİYASƏT
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
SİYASƏT
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
SİYASƏT
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
SİYASƏT
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
SİYASƏT
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
SİYASƏT
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
SİYASƏT
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
SİYASƏT
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
SİYASƏT
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
SİYASƏT
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
SİYASƏT
AQEM Sədrliyinin Strateji Prioritetləri
SİYASƏT
Azərbaycanın Qlobal Diplomatiya Modeli
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Füzuli müasir quruculuq və inkişaf yolunda
SİYASƏT
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
SİYASƏT
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir

“Heydər Əliyev siyasəti – Azərbaycanın beynəlxalq uğurlarının təməli”

2025-10-03 07:49:25 14370 baxış
Xəbər şəkil

1993-cü il Azərbaycan tarixində dönüş nöqtəsi kimi yadda qaldı. Həmin dövrdə ölkə dərin böhran içində idi. Daxildə hakimiyyət uğrunda mübarizə siyasi parçalanmaya səbəb olmuş, dövlət institutları iflic vəziyyətinə düşmüşdü. Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində torpaqlarımız ard-arda əldən çıxır, xalq isə böyük humanitar fəlakətlə üzləşirdi. İqtisadiyyat çökmüş, sosial vəziyyət kəskin pisləşmiş, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Belə bir tarixi anda Azərbaycan xalqı öz nicat yolunu yalnız Ulu Öndər Heydər Əliyevin qətiyyətli liderliyində görürdü.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi. O, ölkəni dağılmaq təhlükəsindən qurtararaq sabitlik və inkişaf yoluna çıxarmağa nail oldu. 3 oktyabr 1993-cü ildə ümumxalq iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi isə Ulu öndərin xalqa və dövlətə xidmət missiyasının daha geniş miqyasda həyata keçirilməsinə imkan yaratdı. Bu seçki həm də xalqın öz liderinə etimadının təntənəsi idi.
Prezident seçildikdən sonra Heydər Əliyev ölkənin qarşısında duran ən mühüm məsələlərdən birinin düzgün xarici siyasət kursunun müəyyənləşdirilməsi olduğunu dərindən dərk edirdi. Çünki Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin olunması beynəlxalq aləmdə möhkəm mövqe qazanmaqdan asılı idi. Ulu öndər çox qısa müddətdə Azərbaycanın xarici siyasət strategiyasını müəyyənləşdirdi, onun istiqamətlərini dəqiq şəkildə müəyyənləşdirərək həyata keçirməyə başladı.
Ümummilli Lider Heydər Əliyev hər şeydən öncə qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasına xüsusi diqqət yetirdi. Türkiyə ilə qardaşlıq əlaqələrinin gücləndirilməsi, Rusiya ilə balanslaşdırılmış münasibətlərin qurulması, İran və Gürcüstanla əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın regionda mövqelərini gücləndirdi. Bununla yanaşı, ABŞ və Avropa dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi, Avropa İttifaqı və NATO ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanınmasına gətirib çıxardı.
Heydər Əliyevin xarici siyasət kursunun ən mühüm istiqamətlərindən biri enerji diplomatiyası idi. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının dünya bazarına çıxarılması məsələsi yalnız iqtisadi inkişaf deyil, həm də siyasi müstəqillik üçün mühüm amil idi. 1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi oldu. Bu müqavilə ilə Azərbaycan ilk dəfə olaraq öz təbii sərvətlərinin istismarı və ixracı üçün dünyanın aparıcı şirkətləri ilə tərəfdaşlıq qurdu. Nəticədə ölkəmiz qlobal enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrildi, regionda geosiyasi çəkisi artdı.
Ulu öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan yalnız enerji sahəsində deyil, bütün istiqamətlərdə beynəlxalq aləmdə möhkəm mövqe qazandı. Dövlətimizin müstəqilliyinə qarşı təhdidlərin qarşısı alınaraq ölkə dünyada sülhsevər və etibarlı tərəfdaş kimi tanındı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatların gündəminə çıxarılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə olunması istiqamətində ardıcıl diplomatik fəaliyyət aparıldı.
Heydər Əliyev hər zaman qeyd edirdi ki, Azərbaycanın xarici siyasəti milli maraqlar üzərində qurulmalıdır. O, bu prinsipə sadiq qalaraq dövlətimizin balanslaşdırılmış siyasət yürütməsinə nail oldu. Bu siyasət nəticəsində Azərbaycan nə bir tərəfə tamamilə meyillənir, nə də öz maraqlarını qurban verirdi. Əksinə, həm Qərb, həm də Şərq ölkələri ilə əməkdaşlıq edərək milli maraqlarını qoruyur, öz müstəqilliyini möhkəmləndirirdi.
1993-cü ildən sonra həyata keçirilən uğurlu xarici siyasət kursu Azərbaycanı beynəlxalq münasibətlər sistemində tanınan və hörmət edilən bir dövlətə çevirdi. Müstəqilliyin ilk illərində üzləşdiyi təhdidlər aradan qaldırıldı, ölkənin inkişafı üçün yeni imkanlar açıldı. Ulu öndərin uzaqgörən diplomatiyası nəticəsində Azərbaycan XXI əsrə regionun lider dövləti kimi qədəm qoydu.
Bu gün həmin siyasət möhkəm şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ulu Öndər Heydər Əliyevin qoyduğu strateji xətti uğurla həyata keçirir. Müstəqil xarici siyasət kursu sayəsində ölkəmiz beynəlxalq aləmdə nüfuzunu daha da artırmış, iqtisadi və siyasi gücünü möhkəmləndirmişdir. Azərbaycanın balanslaşdırılmış diplomatiyası, enerji siyasəti, beynəlxalq təşəbbüslərdə fəal iştirakı və ədalətli mövqeyinin müdafiəsi Ulu öndərin ideyalarının canlı təcəssümüdür.
Bu gün Azərbaycan artıq təkcə regionun deyil, qlobal miqyasda da söz sahibidir. İqtisadi layihələr, enerji əməkdaşlığı, beynəlxalq təhlükəsizlik və sülh proseslərində fəal rolu ilə seçilən ölkəmiz Ulu öndərin müəyyənləşdirdiyi xəttin Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında ardıcıl şəkildə davam etdirilməsinin bariz nümunəsidir. Beləliklə, Heydər Əliyev siyasəti bu gün də Azərbaycanın inkişafının, güclənməsinin və beynəlxalq aləmdə layiqli yer tutmasının əsas təminatçısı olaraq yaşayır və gələcəyə inamla aparır.

Səmra Əhmədova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
2026-10-22
Dövlətimizin gücü və ideoloji təhlükəsizliyimiz
2026-10-22
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni inkişaf hədəflərini müəyyənləşdirir
2026-10-22
Zəngilan: şəhərsalma təcrübəsinin nümayişi
2026-10-20
Zəngilanın tarixi irsi xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir
2026-10-20
Azad Zəngilan müasir inkişaf və tərəqqi yolunda
2026-10-20
Zəngilan müasir inkişaf və Böyük Qayıdışın yeni ünvanıdır
2026-10-20
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
2026-10-19
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
2026-10-19
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
2026-10-18
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
2026-10-18
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
2026-10-18
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
2026-10-18
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
2026-10-18
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
2026-10-18
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
2026-10-17
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
2026-10-17
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
2026-10-17
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
2026-10-17
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
2026-10-16
AQEM Sədrliyinin Strateji Prioritetləri
2026-10-16
Azərbaycanın Qlobal Diplomatiya Modeli
2026-10-16
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-10-16
Füzuli müasir quruculuq və inkişaf yolunda
2026-10-16
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
2026-10-16
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
2026-10-16
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15