image image

Tərtərin Qapanlı kəndi ilanların hücumuna məruz qalıb - FOTO

image

Tərtərdə ilanlar yaşayış məntəqəsinə hücum edib. APA-nın Qarabağ bürosu xəbər verir ki, rayonun Qapanlı kəndi ilanların hücumuna məruz qalıb. Keçmiş cəbhəyanı kənd olan Qapanlının müəyyən hissəsi hələ də minalı olduğundan orada ilanların artması üçün münbit şərait var. Kənd ərazi nümayəndəsi Lətif Həmidov APA-ya açıqlamasında bildirib ki, son günlər yerli sakinlər və heyvanlar arasında ilansancma hadisələri mütəmadi hal alıb. Zoologiya İnstitutunun aparıcı elmi işçisi, zoologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərov APA-ya açıqlamasında deyib ki, ola bilər ki, kəndin ətrafında ya şumlama işləri, ya da söküntü-tikinti işləri aparılıb: “Bu cür xarici təsirlər ilanları müvəqqəti olaraq öz yaşayış yerini tərk etməyə sövq edir”. O əlavə edib ki, isti, quraq ərazilərdə ilanlar çox olur. İlanların yaşayış ərazisində müşahidə edilməsinə gəldikdə isə, alim bunu o ərazidə məskunlaşmanın az olması ilə əlaqələndirib: “Giriş-çıxışı çox olan, səs-küylü yerlərdə ilanlar olmur”. Alimin sözlərinə görə, ilanlar siçan-siçovul, qurbağa və kərtənkələ olmayan, abad yerlərə gəlmir: “Onlar üçün gizlənə biləcək yerlərin olmamasına da diqqət etmək lazımdır. Daş, ot qalağı ilanın rahatlıqla gizlənə biləcəyi yerlərdir. İlanlar iyə həssas olduğu üçün onun sevmədiyi qoxulardan istifadə etmək olar. İlanlar nəfəs yollarını qıcıqlandıran istənilən iydən qaçır. Neft, sarımsaq, kükürd kimi məhsulları əraziyə səpdikdə ilan o əraziyə yaxın gəlmir. Lakin bu müvəqqəti həldir. İy uçub getdikdən sonra təbii ki, təsiri də itir”. Təvəkkül İskəndərov ilanları zəhərləmək üsulunun mümkünsüzlüyündən də danışıb: “İlanlar diri, qoxusu üstündə olan canlılarla qidalanırlar. Qurbağa, siçovul, quş balası, kərtənkələ yeyirlər. Buna görə də onları zəhərləmə yolu ilə öldürmək mümkün deyil”. Alim onu da qeyd edib ki, bu ərazilərdə yalnız gürzə kimi zəhərli ilana rast gəlinə bilər. Digər ilan növləri isə nə qədər aqressiv olsa belə, insana ziyan verə bilməz. Habil Aslanoğlu Yetər Kərimli





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...