image image

Azərbaycanda xarici investisiyalı şirkətlərin sayı artıb

image
2022-ci ilin 7 ayı ərzində 8.843 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. "APA-Economics" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,3 faizi elektron qaydada, 28,7 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Onlardan 1.529-nun (ümumi qeydiyyatın 17,3 faizi) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsndə təmin edilib. Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumundan 6.724-ü (76 faiz) yerli investisiyalı, 2.119-u (24 faiz) xarici investisiyalı qurumlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 12,5 faiz artıb. 2022-ci ilin 7 ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 15,3 faiz artıb. 2022-ci il avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb. Qeyd olunan tarixə 18.959 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib, ötən illə müqayisədə fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 21,5 faiz artıb. 2022-ci ilin yanvar-iyul aylarında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,6 faiz təşkil edib. Hesabat dövründə yeni üsulla (fin kod+mobil nömrə) 1.080 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 37 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,2 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 16,2 faiz təşkil edib. 2022-ci ilin avqust ayının 1-nə 364 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb. İlin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 82,8 faizi ASAN imza ilə imzalanmaqla təqdim olunub.

Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...