image image

Elm və Təhsil Nazirliyi ilə “AzInTelecom” arasında görüş keçirilib

image
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə Elm və Təhsil Nazirliyi arasında görüş keçirilib. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Elm və Təhsil Nazirliyinin nümayəndələri “AzInTelecom” MMC-yə məxsus Yevlax Əlçatanlıq Zonasının bulud xidmətlərindən istifadə etməyə maraq göstərdiklərini bildiriblər. Nazirliyin rəsmi şəxsləri sistem və informasiya texnologiyaları infrastrukturunu yerləşdirmək istədikləri Əlçatanlıq Zonası ilə tanış olmaq üçün Yevlaxa səfər ediblər. Məlumata görə, səfər zamanı Yevlax Əlçatanlıq Zonasının texniki imkanları, həmçinin Elm və Təhsil Nazirliyinin sistem və infrastrukturunun miqrasiyası üçün yol xəritəsinin hazırlanması prosesi ətraflı müzakirə olunub. Əlçatanlıq zonaları bulud xidmətlərinin göstərildiyi müxtəlif data mərkəzlərini əhatə edən təcrid edilmiş infrastrukturdur. “AzInTelecom” MMC-nin Yevlaxda inşa etdiyi Əlçatanlıq Zonası şirkətin Bakıda yerləşən Data Mərkəzi kimi “Tier III” beynəlxalq uyğunluq, biznesin davamlılığını idarəetmə sistemi üzrə “ISO 22301”, İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO 20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartı sertifikatlarına malikdir. Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən Yevlax Əlçatanlıq Zonasının bütün kritik infrastrukturu “1+1” prinsipi ilə inşa edilib. Konteyner tipli infrastruktur alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemləri ilə təchiz edilib. Zonanın mobil tipli layihələndirilməsinin əsas üstünlüyü daşına bilmə xüsusiyyətinə malik olmasıdır. Bu da fövqəladə hallar zamanı məlumatlar saxlanılan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə daha etibarlı əraziyə daşınmasına imkan verir. Yevlax Əlçatanlıq Zonasında bulud xidmətləri, biznes həlləri, mərkəzləşmiş informasiya sistemləri və beynəlxalq səs trafiki xidmətləri təqdim edilir. Həmçinin müştərilər fövqəladə hallarda informasiya sistemlərinin fasiləsiz fəaliyyətini həyata keçirmələri üçün “DRaaS (fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması)” xidməti ilə təmin olunur. Bununla da bizneslər təbii fəlakətlər və müxtəlif antropogen insidentlərin təsirindən daha çevik yayınacaq və daha yüksək dayanıqlılıq nümayiş etdirəcəklər. Qeyd edək ki, “AzInTelecom” MMC-yə məxsus AZCLOUD Bulud Həlləri üzrə dövlət orqanlarına və özəl sektora genişmiqyaslı, eləcə də çoxşaxəli xidmətlər təqdim edilir. Bu xidmətlərə “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” daxildir.



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...