image image

Müqəddəs Ramazan ayı münasibətilə Biləsuvar rayonunda iftar süfrəsi təşkil edilib

image

 

Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan İftar mərasimində İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Günay Ağamalı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı insanlar və dindarlar iştirak ediblər. 
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov həmrəylik, dostluq və mərhəmət ayı olan Ramazan ayında iftar süfrələrinin təşkil edilməsinin ölkəmizdə gözəl ənənəyə çevrildiyini, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi olduğunu qeyd edib.
Ölkəmizdə sabitlik, inkişaf, birlik və tolerantlığın hökm sürməsinin təməlinin məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən İcra başçısı vurğulamışdır ki, bu gün də bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
Dövlətimizin başçısının apardığı siyasət nəticəsində ölkəmizdə tolerantlıq ənənələri daha da möhkəmlənmiş və etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. 
Mərasimdə bildirildi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi və tarixi ədalət bərqərar oldu. Adları Azərbaycan tarixinə qəhrəman olaraq yazılan şəhidlərimiz və qazilərimiz bu gün gənclərimiz üçün ən gözəl örnəkdir.Xalqımıza qələbə sevincini yaşadan şəhidlərimiz daim qürurla yad ediləcəkdir.
Mərasimdə din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub və müqəddəs Ramazan ayının fəzilətlərindən bəhs olunub.

 

 















Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...