"Təhsilimiz iflic vəziyyətədir, yoxsa düşüncəmiz?"
"Şagirdə əl qaldırsan "fiziki şiddət", üstünə qışqırsan "psixoloji şiddət" deyə bir termin çıxıb ortaya. Ən xırda bir problemdə də müəllim günahkar çıxır.
Təsəvvür edin, riyaziyyat dərsində müəllimin qarşısında hoqqabazlıq edən, qız sinif yoldaşının dizinə əxlaqsız şəkildə əlin vuran, arxa partada ayaq-ayaq üstünə atıb, hələ bir elektron siqaret tüstülədən şagirdin başınımı sığallamaq lazımdır?
Ya, həmin o riyaziyyat müəllimi dərsi bir kənara qoyub o şagirdə əxlaq dərsimi keçməlidi?
Və yaxud, dodağına, üz-gözünə boya sürən, qısa yupka geyinən 15-16 yaşlı qız şagirdinin valideyninə nə şikayət etmək olar? O valideyn elə özü uşaqdan pis deyilmi?
16 ildi uşağına tərbiyə verməyən valideyn müəllimin onun övladını sakit bir şəkildə tərbiyə etməsini, elm öyrətməsini nəinki tələb edir, hətta "uşağa fiziki şiddət göstərdiyi üçün müəllimlərə cərimə yazılmalıdır" ifadəsini də işlətməkdən çəkinmir.
Eyy valideyn, təhsilin bərbad olduğunu düşünürsənsə, bəlkə sənin vicdanın bərbaddır?
Bəlkə bu aspektdən fikirləşəsən?"
Ceyhun Əlibəy
Ana Vətən Partiyası Cəbrayıl rayon təşkilatı sədri