Günay Ağamalı: "Dövlət Siyasəti Vətəndaşlarımızın Rifahına və Sosial Təminatına Xidmət Edir"
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Gülüstan" sarayında keçirilən "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda iştirak etdik.
Bu cür mötəbər tədbirlər müasir Azərbaycan cəmiyyətinin mənəvi sütunlarının daha da möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Konfrans çərçivəsində aparılan panel müzakirələr və aktual məsələlər ətrafında fikir mübadilələri, ölkəmizdə həyata keçirilən ailə, qadın və uşaq siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun bariz göstəricisidir.
Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən sözügedən istiqamətdə atılan hər bir addım vətəndaşlarımızın rifahına və sosial təminatına xidmət edir. Konfrans bir daha Azərbaycanın ailə institutunun qorunması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi və uşaqların sağlam, təhlükəsiz mühitdə böyüməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin təzahürüdür. Bu mühüm istiqamətdə məqsədyönlü fəaliyyət həyata keçirən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təşəkkürümü bildirirəm.
Günay Ağamalı
Milli Məclisin deputatı
Ana Vətən Partiyasının sədri.


