Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Milli Məclisin deputatı Günay Ağamalı hesab edir ki, Azərbaycanın şəhərsalma modelini, quruculuq fəlsəfəsini və insan mərkəzli inkişaf yanaşmasını dünya diqqətlə izləyir.
SİYASƏT
"Təhsilimiz iflic vəziyyətədir, yoxsa düşüncəmiz?"
SİYASƏT
Günay Ağamalı:Milli Yaddaşın və Zəfər Salnaməsinin Təqdimatı!
SİYASƏT
Günay Ağamalı:Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə: Milli yaddaşın bərpası yolunda mühüm addım
SİYASƏT
Günay Ağamalı:Gələcək İllər Türk İlləri Olacaq!
SİYASƏT
Günay Ağamalı: "Dövlət Siyasəti Vətəndaşlarımızın Rifahına və Sosial Təminatına Xidmət Edir"
SİYASƏT
“Fransa öz neokolonialist siyasətini Qafqaza daşımaq üçün Ermənistandan istifadə edir”
SİYASƏT
Günay Ağamalı: Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın rolu həlledici oldu
SİYASƏT
Azərbaycan regionun gələcək inkişafına töhfə verir
SİYASƏT
Azərbaycan beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın tərəfdarıdır
SİYASƏT
Azərbaycan tarixini dəyişdirən əfsanə - HEYDƏR ƏLİYEV
SİYASƏT
Günay Ağamalı: Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın rolu həlledici oldu
SİYASƏT
Ermənistan hədəfə çıxarılır? – Paşinyanın başı DƏRDDƏ
SİYASƏT
Çoxşaxəli əməkdaşlıq modeli: Azərbaycan–İtaliya əlaqələrinin inkişaf istiqamətləri
SİYASƏT
Strateji tərəfdaşlığın yeni səhifəsi: Azərbaycan–İtaliya münasibətləri
SİYASƏT
Enerji diplomatiyası: Azərbaycan və İtaliya arasında inkişaf edən əməkdaşlıq
SİYASƏT
Avropa Parlamentinin Azərbaycana qərəzli yanaşması siyasi tərəfdaşlıq prinsipləri ilə uzlaşmır – Şərh
SİYASƏT
Bütün bunlar onu göstərir ki...
SİYASƏT
Azərbaycan–İtaliya münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir.
SİYASƏT
Strateji Tərəfdaşlıq və Siyasi Dialoq
SİYASƏT
Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığı
SİYASƏT
Avropa Təsisatlarına Sərt Xəbərdarlıq
SİYASƏT
İrəvan Sammiti: Cənubi Qafqazda "Böyük Sülh"ün İqtisadi Təməlləri
SİYASƏT
Sülhün "Yol Xəritəsi" və Qarşılıqlı Etimad
SİYASƏT
Meloni Bakıda balansları dəyişir - İtaliya Azərbaycan qazına daha çox bağlanır
SİYASƏT
Okamponun etirafları göstərir ki, Avropa institutları konkret maraq qruplarının təsiri altındadır
SİYASƏT
İdman gənclərin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır
SİYASƏT
Qələbə əzmi və milli güc: Azərbaycan idmanının inkişaf mənzərəsi
SİYASƏT
Azərbaycanda idman yüksəliş dövrünü yaşayır
SİYASƏT
Milli qürurun təntənəsi: Güləşçilərimizin Avropa zəfəri

Milli Məclisin deputatı Günay Ağamalı hesab edir ki, Azərbaycanın şəhərsalma modelini, quruculuq fəlsəfəsini və insan mərkəzli inkişaf yanaşmasını dünya diqqətlə izləyir.

2026-05-18 12:31:27 46 baxış
Xəbər şəkil

"Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin mayın 10-da AZƏRTAC-da dərc olunmuş məqaləsində vurğulandığı kimi, Ulu Öndər Heydər Əliyevin şəhərsalma siyasəti dövlət quruculuğunun mühüm istiqaməti, milli inkişafın strateji xətti idi.

1969-1982-ci illərdə Azərbaycan Sovet İttifaqının ən geridə qalmış respublikalarından birindən ən sürətlə inkişaf edən məkanlardan birinə çevrildi. Bakının siması dəyişdi, yeni yaşayış massivləri salındı, metronun inkişafı sürətləndirildi, sənaye şəhərcikləri yaradıldı, bölgələrdə iri infrastruktur layihələri həyata keçirildi. Həmin dövrdə tikilən məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, yollar və yaşayış kompleksləri bu gün də xidmət göstərir. Bütün bunlar uzaqgörən planlaşdırmanın nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin şəhərsalma siyasəti şəhərlərin müasir, funksional və milli ruhu qoruyan məkanlara çevrilməsinə xidmət edirdi.

1982-1987-ci illərdə Ümummilli Lider Heydər Əliyevin SSRİ rəhbərliyində təmsil olunması Azərbaycanın inkişafına imkanlar açdı. O dövrdə Bakı və regionlarla bağlı strateji layihələrə xüsusi diqqət ayrıldı. Azərbaycanın gələcək inkişaf potensialı məhz həmin illərdə formalaşdırılan iqtisadi və urbanistik baza üzərində quruldu.

1993-2003-cü illər müstəqil Azərbaycanın xilası və yenidən qurulması mərhələsi idi. Xaosdan çıxmış, dağılmaq təhlükəsi yaşamış ölkəmizdə dövlət infrastrukturu yenidən formalaşdırıldı. Şəhərsalma siyasəti təhlükəsizlik, sosial rifah və milli dövlətçilik konsepsiyası ilə paralel aparıldı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Bakı və Azərbaycanın bütün bölgələri yenidən nəfəs almağa başladı, abadlıq və quruculuq işləri genişləndi, Azərbaycanın gələcək inkişaf strategiyasının təməli qoyuldu.

Ulu Öndər Heydər Əliyevin siyasi kursu möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə yüksəlib. Son 20 ildən artıq müddətdə Azərbaycan yeni yüksəkliklərə ucalıb. Azərbaycan son illərdə böyük tərəqqi yolu keçib. Bir zamanlar sovet şəhəri təsiri bağışlayan Bakı bu gün dünyanın ən müasir və estetik paytaxtlarından birinə çevrilib. Heydər Əliyev Mərkəzi, Bakı Bulvarının genişləndirilməsi, Ağ Şəhər layihəsi, Zəfər Parkı, beynəlxalq hava limanları, yeni metro stansiyaları, körpülər, tunellər, yol infrastrukturu, sosial obyektlər ölkəmizin inkişafının nəticəsidir".

Onun sözlərinə görə, sözügedən prosesdə möhtərəm cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Həyata keçirilən mədəni irsin qorunması layihələri, tarixi abidələrin bərpası, sosial və humanitar məzmunlu urbanistik yanaşmalar Azərbaycanın müasir şəhərsalma modelini daha zəngin edib.

"Regionlarda həyata keçirilən quruculuq siyasəti ölkənin balanslı inkişaf modelini ortaya qoyur. Ölkəmizin bütün rayonlarında yeni məktəb, xəstəxana, Olimpiya kompleksi, park, yol, sosial infrastruktur layihələri həyata keçirilir, Azərbaycanın bölgələri inkişafın edir.

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri dünya miqyasında nümunə kimi təqdim olunur. “Ağıllı kənd”, "Ağıllı şəhər" layihələri, Füzuli, Zəngilan və Laçında hava limanları, Laçın, Şuşa, Ağdam və bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa layihələri, “yaşıl enerji” konsepsiyası, müasir şəhərsalma Azərbaycanın gələcəyin şəhərlərini qurduğunun təzahürüdür.

WUF13-ün Azərbaycanda keçirilməsi adıçəkilən reallıqların beynəlxalq təsdiqidir. Forumun Bakıda keçirilməsi Möhtərəm Cənab Prezident İlham Əliyevin quruculuq siyasətinin, strateji baxışının təntənəsidir. Ölkəmiz enerji və geosiyasi gücü, modern şəhərsalma modeli, insan mərkəzli inkişaf konsepsiyası və estetik urbanizasiya nümunəsi ilə seçilir", - deputat qeyd edib.

Oxşar xəbərlər

Xəbər lenti
Milli Məclisin deputatı Günay Ağamalı hesab edir ki, Azərbaycanın şəhərsalma modelini, quruculuq fəlsəfəsini və insan mərkəzli inkişaf yanaşmasını dünya diqqətlə izləyir.
2026-05-18
"Təhsilimiz iflic vəziyyətədir, yoxsa düşüncəmiz?"
2026-05-17
Günay Ağamalı:Milli Yaddaşın və Zəfər Salnaməsinin Təqdimatı!
2026-05-17
Günay Ağamalı:Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə: Milli yaddaşın bərpası yolunda mühüm addım
2026-05-17
Türk dünyasının yeni inteqrasiya mərhələsi: ictimai diplomatiyadan qlobal güc mərkəzinə
2026-05-16
Günay Ağamalı:Gələcək İllər Türk İlləri Olacaq!
2026-05-16
Günay Ağamalı: "Dövlət Siyasəti Vətəndaşlarımızın Rifahına və Sosial Təminatına Xidmət Edir"
2026-05-13
“Fransa öz neokolonialist siyasətini Qafqaza daşımaq üçün Ermənistandan istifadə edir”
2026-05-13
Əmək bazarında gender balansının iqtisadi və hüquqi aspektləri - TƏHLİL
2026-05-13
Günay Ağamalı: Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın rolu həlledici oldu
2026-05-13
Günay Ağamalı: Azərbaycan müəllimi müasir çağırışlara və rəqəmsal dünyaya uğurla uyğunlaşır
2026-05-13
Salyanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü böyük ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd olundu.
2026-05-12
Regionda sülh və əməkdaşlığın yeni mərhələsi
2026-05-11
Azərbaycan regionun gələcək inkişafına töhfə verir
2026-05-11
Azərbaycan beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın tərəfdarıdır
2026-05-11
Azərbaycan tarixini dəyişdirən əfsanə - HEYDƏR ƏLİYEV
2026-05-10
Günay Ağamalı: Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın rolu həlledici oldu
2026-05-10
Ermənistan hədəfə çıxarılır? – Paşinyanın başı DƏRDDƏ
2026-05-06
Çoxşaxəli əməkdaşlıq modeli: Azərbaycan–İtaliya əlaqələrinin inkişaf istiqamətləri
2026-05-06
Strateji tərəfdaşlığın yeni səhifəsi: Azərbaycan–İtaliya münasibətləri
2026-05-06
Enerji diplomatiyası: Azərbaycan və İtaliya arasında inkişaf edən əməkdaşlıq
2026-05-06
Avropa Parlamentinin Azərbaycana qərəzli yanaşması siyasi tərəfdaşlıq prinsipləri ilə uzlaşmır – Şərh
2026-05-06
Bütün bunlar onu göstərir ki...
2026-05-06
Azərbaycan–İtaliya münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir.
2026-05-06
Strateji Tərəfdaşlıq və Siyasi Dialoq
2026-05-06
Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığı
2026-05-06
Avropa Təsisatlarına Sərt Xəbərdarlıq
2026-05-05