Günay Ağamalı:Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə: Milli yaddaşın bərpası yolunda mühüm addım
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilən “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsinin mətbuat konfransında iştirak etdik.
Layihə milli yaddaşın qorunmasına, gənc nəslin öz tarixi köklərinə bağlı ruhda formalaşmasına xidmət edən mühüm təşəbbüsdür. Məktəblilərimizin Qərbi Azərbaycana məxsus tarixi abidələri maketlər vasitəsilə canlandırması onların həm tariximizi daha dərindən öyrənməsinə, həm də milli-mənəvi dəyərlərimizə sahib çıxmasına böyük töhfə verəcək.
Qərbi Azərbaycanın zəngin maddi-mədəni irsinin qorunması və beynəlxalq ictimaiyyətə çatdırılması hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir. Ermənilərin vandalizmə məruz qoyduğu tarixi abidələrimizin məktəblilərin gözü ilə yenidən yaşadılması xüsusi əhəmiyyət daşıyır.
Layihə gənclərimizin milli kimlik şüurunun möhkəmlənməsində, tarixi həqiqətlərimizin yaşadılmasında və Qərbi Azərbaycan irsinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayacaq.
Günay Ağamalı
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri.
.