Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Ermənistan hədəfə çıxarılır? – Paşinyanın başı DƏRDDƏ

2026-05-06 13:17:45 9698 baxış
Xəbər şəkil

Xəbər verdiyimiz kimi, Fransa prezidenti Emmanuel Makron Ermənistanın paytaxtında keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı Baş nazir Nikol Paşinyana bir sıra reveranslar edib. O, son illər ölkədə baş verən “əhəmiyyətli siyasi dəyişiklikləri” qeyd edib.

“Düzünü desək, səkkiz il əvvəl bura heç kim gəlməzdi. Səkkiz il əvvəl bu ölkə danışıqlar masasında faktiki olaraq Rusiyanın peyki hesab olunurdu. Bu gün ölkənizə bu qədər çox ilk səfərlər görməyimiz çox şeydən xəbər verir”, - Makron bildirib.

Fransa lideri vurğulayıb ki, Ermənistan əvvəllər bir çoxları tərəfindən Rusiyanın faktiki müttəfiqi kimi qəbul edilirdi, lakin "məxməri inqilab"dan sonra ölkənin kursu dəyişib. O, Baş nazir Nikol Paşinyanın rolunu qeyd edib. Deyib ki, o, ölkəni yenidən istiqamətləndirib, sülhə və Avropaya inteqrasiyaya üstünlük verib. “Ermənistanın təhlükəsizliyini və müdafiəsini gücləndirən Avropadır. Ermənistan artıq Rusiyanın himayəsi altında deyil” – Bunu da Makron iddia edib.

Bundan əlavə, Ermənistanla AB arasında imzalanan 44 maddəlik bəyannamənin 8-ci bəndi birbaşa Ukrayna ilə bağlıdır. Orada deyilir: “Biz BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə əsaslanan Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyirik. AB Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə bağlı prinsipial mövqeyini və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqlədi”.

Siyasi müşahidəçilər bu bəndin Ermənistanın Rusiyaya qarşı cəbhədə yer alması anlamına gəldiyini deyirlər...

Bu qəbil açıqlama və bəyannamə Paşinyanı təzədən Kremlin hədəfinə çıxara, Putinin qəzəbini artıra bilərmi?

Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Musavat.com-a söylədi ki, Ermənistanın xarici siyasətində baş verən kəskin dönüş və Fransa prezidenti Emmanuel Makronun İrəvandakı son bəyanatları, Cənubi Qafqazın geosiyasi mənzərəsini ciddi şəkildə dəyişir:

“Makronun Ermənistanı açıq şəkildə Rusiyanın "peyk" dövləti statusundan çıxmış bir ölkə kimi təqdim etməsi və Qərbin təhlükəsizlik çətirini ön plana çəkməsi, əslində, Nikol Paşinyan administrasiyası üçün həm diplomatik uğur, həm də çox riskli bir "mina sahəsi" mənasına gəlir.

Xüsusilə Avropa İttifaqı ilə imzalanan bəyannamənin Ukrayna bəndi, Ermənistanın indiyə qədər balanslaşdırmağa çalışdığı Rusiya-Qərb qarşıdurmasında artıq tərəf seçdiyini rəsmiləşdirir. Mövcud mənzərə Kremlin gözündə müttəfiq itkisindən daha ağır məna daşıyaraq, Rusiyanın öz nüfuz dairəsi saydığı bölgədə ona qarşı açıq bir müqavimət xarakteri alır. Paşinyanın "məxməri inqilab"dan bəri davam edən məsafəli siyasəti indi açıq demarşa çevrilib.

Ermənistanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən sənədə imza atması, Moskvanın ən həssas nöqtəsinə toxunmaqdır. Putin administrasiyası Ermənistanın addımlarını KTMT və Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki öhdəliklərə xəyanət kimi qiymətləndirir. Diplomatik notlardan daha çox, Rusiyanın Ermənistanın daxili strukturuna nüfuz edən iqtisadi, enerji və hərbi rıçaqları Paşinyan hakimiyyəti üçün başlıca təhdid mənbəyi hesab olunur. Qərbin vədləri və Makronun reveransları Ermənistanın təhlükəsizlik ehtiyaclarını qısa müddətdə tam qarşılamaq gücündə deyil.

Rusiya isə "peyk" hesab etdiyi bir ölkənin Qərb cəbhəsinə keçməsini cəzasız qoymamaq üçün hibrid təzyiq vasitələrini işə sala bilər. Bura həm daxili siyasi gərginliyin artırılması, həm də sərhəddəki hərbi status-kvonun Ermənistanın əleyhinə dəyişməsinə “yaşıl işıq” yandırılması daxildir. Makronun tərifləri Paşinyanı beynəlxalq arenada "demokratiya carçısı" kimi ucaltsa da, onu Kremlin birbaşa hədəfinə çevirir və regionda "Ukraynalaşma" riskini, yəni, iki böyük gücün toqquşma poliqonuna çevrilmə ehtimalını artırır”.

Oxşar xəbərlər

Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17