Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"

Avropa Parlamentinin Azərbaycana qərəzli yanaşması siyasi tərəfdaşlıq prinsipləri ilə uzlaşmır – Şərh

2026-05-06 09:24:18 1748 baxış
Xəbər şəkil

Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində səsləndirilən fikirlər bir daha göstərdi ki, Cənubi Qafqazda yaranmış yeni reallıqları hamı eyni şəkildə qəbul etməyə hazır deyil. Prezident İlham Əliyevin çıxışı xüsusilə Avropadakı bəzi təsisatların selektiv yanaşmasını açıq şəkildə ifşa etdi və bu yanaşmanın regionda dayanıqlı sülhə xidmət etmədiyini ortaya qoydu.

Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Millət vəkili bildirib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurası ailəsinin üzvüdür və bu müddətdə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini dəfələrlə sübut edib:

"Lakin Avropa Şurası Parlament Assambleyasının son qərarları göstərir ki, bu qurum artıq hüquqi prinsiplərdən çox siyasi konyunkturaya əsaslanır. Xüsusilə 2023-cü ildə Azərbaycanın öz suveren ərazilərində separatçılığa son qoymasından dərhal sonra nümayəndə heyətinə qarşı sanksiyaların tətbiqi açıq-aşkar ikili standart nümunəsidir. Bu, faktiki olaraq beynəlxalq hüququn selektiv tətbiqidir və belə yanaşma təşkilatın nüfuzuna ciddi zərbə vurur".

Onun sözlərinə görə, eyni tendensiya Avropa Parlamentinin fəaliyyətində də müşahidə olunur:

"Sülh prosesinə töhfə vermək əvəzinə, bu qurumun qəbul etdiyi çoxsaylı qətnamələr qərəzli və reallıqdan uzaq yanaşmanı nümayiş etdirir. Qısa müddətdə Azərbaycan əleyhinə ardıcıl sənədlərin qəbul edilməsi artıq sistemli siyasi kampaniya təsiri bağışlayır. Halbuki Avropanın daxilində kifayət qədər ciddi sosial və siyasi problemlər mövcuddur və bu məsələlər diqqət tələb edir".

Deputat qeyd edib ki, Azərbaycanın mövqeyi isə aydındır və beynəlxalq hüquqa əsaslanır:

"Ölkəmiz BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrini özü həyata keçirərək ərazi bütövlüyünü təmin edib. Bu, yalnız Azərbaycanın deyil, bütövlükdə beynəlxalq hüquq sisteminin bərpası demək idi. Belə olan halda, bu addıma qarşı təzyiq və ya qərəzli münasibət göstərilməsi məntiqsiz olmaqla yanaşı, həm də təhlükəli presedent yaradır.

Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarı da məhz bu reallıqların nəticəsidir. Bu addım emosional deyil, prinsipial mövqenin ifadəsidir və qarşı tərəfə açıq mesajdır ki, hörmət və əməkdaşlıq yalnız qarşılıqlı olduqda mümkündür".

Milli Məclisin deputatı Günay Ağamalı isə Trend-ə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Avropa Parlamenti və AŞPA ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlarına söykənən qətiyyətli və prinsipial mövqeyin açıq ifadəsidir:

"Adıçəkilən təsisatların Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəz artıq heç kim üçün sirr deyil. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, beynəlxalq hüququ təmin edib və separatizmə son qoyub. Avropa institutları beynəlxalq hüququn bərpasını dəstəkləməli idi. Amma biz tam əks mənzərə ilə qarşılaşdıq. Xüsusilə Avropa Parlamentinin ard-arda qəbul etdiyi qətnamələr qərəzdir, riyakarlıqdır. Beş il ərzində Azərbaycan əleyhinə 14 qətnamənin qəbul olunması sistemli siyasi təzyiq cəhdidir".

Deputat vurğulayıb ki, AŞPA-nın davranışı, Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq olunan məhdudiyyətlər ikili standartların nümunəsidir:

"Otuz il ərzində Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüz baş verəndə susanların, BMT qətnamələrinin icrasını tələb etməyənlərin bu gün fərqli mövqe sərgiləməsi ikiüzlülükdən başqa bir şey deyil".

Millət vəkilinin sözlərinə görə, ən diqqətçəkən məqamlardan biri Azərbaycanın bütün bu təzyiqlərə baxmayaraq, sülh gündəliyinə sadiq qalmasıdır:

"Avropa Parlamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli yanaşma siyasi tərəfdaşlıq prinsipləri ilə uzlaşmır. Milli Məclisin qəbul etdiyi qərar ölkəmizin milli maraqlarını və ləyaqətini qorumağa yönəlmiş prinsipial mövqenin ifadəsidir.

Ermənistanın da Azərbaycanın 2028-ci ildə "Avropa Siyasi Birliyi" Zirvə görüşünə ev sahibliyini dəstəkləməsi göstərir ki, artıq bölgədə yeni siyasi atmosfer formalaşır.

Qərəzli Avropa dairələri anlamalıdır ki, Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətdir və heç bir beynəlxalq platforma ölkəmizə qarşı qərəzli münasibətə haqq qazandıra bilməz".

Oxşar xəbərlər

Xəbər lenti
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17