Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"

Avropa Təsisatlarına Sərt Xəbərdarlıq

2026-05-05 20:07:12 8657 baxış
Xəbər şəkil

2026-cı ilin 4 may tarixi Cənubi Qafqazın diplomatik tarixində mühüm bir mərhələ kimi yadda qaldı. Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyevin videobağlantı vasitəsilə qatılması və proqram xarakterli çıxışı regionun gələcəyinə dair mühüm mesajlarla zəngin idi. Çıxış həm regional əməkdaşlıq perspektivlərini, həm də qlobal və Avropa institutlarının bu prosesə münasibətdə tutduğu mövqeləri aydın şəkildə ortaya qoyur.
Ermənistanın 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi xüsusi siyasi və diplomatik əhəmiyyət kəsb edir. Bu addım, uzun illər qarşıdurma şəraitində olmuş iki ölkə arasında etimad mühitinin formalaşmağa başladığını göstərən mühüm siqnal kimi dəyərləndirilə bilər. Azərbaycanın daha əvvəl 2026-cı ildə Zirvə görüşünün Ermənistanda keçirilməsi təşəbbüsünü dəstəkləməsi və qarşılıqlı şəkildə belə bir platformanın bölüşdürülməsi ideyasını irəli sürməsi, rəsmi Bakının balanslı və konstruktiv yanaşmasının göstəricisidir. Bu yanaşma regionda sülhün yalnız bəyanat səviyyəsində deyil, praktik diplomatik addımlarla möhkəmləndirildiyini təsdiqləyir. Sülh prosesinin ən mühüm xüsusiyyətlərindən biri onun konkret iqtisadi nəticələrlə müşayiət olunmasıdır.
Prezidentin çıxışı həm də diplomatik manevrlərlə yadda qaldı. O, sülh prosesinə mane olan xarici faktorlara, xüsusilə Avropa Parlamentinə kəskin etirazını bildirdi. Azərbaycanın bu qurumla əlaqələri dondurmasını qərəzli və islamofob meyllərə cavab kimi qiymətləndirən dövlət başçısı, kənar müdaxilələrin regiondakı kövrək sülhü sabotaj etməsinə icazə verilməyəcəyini vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gerçəkliklərə də münasibətini bildirdi. Neçə on illərlə mövcud olmuş ikili standartların başqa formatda indi də davam etdiyini xatırlatdı. Bu xatırlatma dünya düzəninə mane olmaq təşəbbüsü kimi qəbul edilməli xatırlatma oldu: “Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər. Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm. Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA)”.
Prezident cənab İlham Əliyevin Zirvə toplantısındakı çıxışı bir neçə mühüm məqamı ön plana çıxarır: Cənubi Qafqazda sülh prosesi artıq konkret nəticələr doğuran mərhələyə keçib, iqtisadi əməkdaşlıq bu prosesin əsas hərəkətverici qüvvəsinə çevrilir və beynəlxalq institutların bu reallıqlara uyğunlaşması zərurəti getdikcə daha qabarıq şəkildə ortaya çıxır. Mövcud şəraitdə əsas məsələ regional təşəbbüslərin davamlılığının təmin edilməsi və bu prosesə xarici müdaxilələrin minimuma endirilməsidir.
Zəngəzur dəhlizinin regional ticarət qovşağına çevrilməsi məsələsi yenidən diqqət mərkəzində idi. Prezident bu layihənin bütün region ölkələri, o cümlədən Ermənistan üçün böyük iqtisadi dividend gətirəcəyini bildirdi. Çıxışın sonunda İlham Əliyev strateji bir addım ataraq, ASB-nin növbəti mərhələlərindən birinin – 2028-ci ilin mayında keçiriləcək sammitin Azərbaycanda təşkil olunacağını elan etdi.
Prezident İlham Əliyevin İrəvan sammitindəki çıxışı Azərbaycanın yeni reallıqları diktə edən tərəf olduğunu bir daha göstərdi. Bu çıxış həm regiona barış və rifah vəd edən bir çağırış, həm də beynəlxalq aktorlara müstəqil xarici siyasətin sarsılmazlığı haqqında verilmiş ciddi bir mesaj idi.

Mahir Xankişiyev,
Salyan rayonu Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Oxşar xəbərlər

Xəbər lenti
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17