Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Azərbaycan Güləşinin Qitə Liderliyi: Tiranadan Başlayan Zəfər Yolu

2026-05-01 12:45:23 8505 baxış
Xəbər şəkil

 

 

Azərbaycanın idman salnaməsinə qızıl hərflərlə yazılan növbəti uğur Albaniyanın paytaxtı Tiranada qazanıldı. Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanan sərbəst güləş üzrə millimiz 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. Bu, komandamızın 2009-cu ildən bu yana Avropa çempionatında ən yaxşı göstəricisidir. Avropa çempionatında güləşçilərimizin əldə etdiyi qələbənin önəmini artıran, bu qələbəni təkrarsız və əvəzedilməz edən bir sıra amillər var ki, bunlardan ən önəmlisi idmançılarımızın böyük əksəriyətinin rəqibləri üzərində aşkar üstünlüklə qələbə qazanması, çempionatın ən ali pilləsində qərarlaşması faktıdır. Həm yunan-Roma, həm də sərbəst güləş üzrə milli komandalarımızın komanda hesabında birincilik əldə etməsi, ölkəmizin bu idman növündəki mütləq hakimiyyətini bir daha təsdiqlədi. 

30 Aprel 2026-cı il tarixində Prezident İlham Əliyevin çempionları qəbul etməsi isə bu böyük uğurun dövlət səviyyəsində verilən ən yüksək qiyməti oldu. Bu görüş Azərbaycan idmanının əldə etdiyi uğurların siyasi, sosial və ideoloji müstəvidə yaratdığı təsirin sistemli şəkildə təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında vurğulanan əsas məqamlar göstərir ki, müasir dövrdə idman artıq yalnız rəqabət meydanı deyil, eyni zamanda ölkələrin beynəlxalq imicinin formalaşmasında mühüm alətə çevrilib. Azərbaycan güləşçilərinin Avropa çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komanda hesabında birincilik qazanması ölkənin idman potensialının yüksək səviyyədə olduğunu təsdiqləməklə yanaşı, milli idman məktəbinin dayanıqlı inkişaf modelini də nümayiş etdirir.

  Prezident cənab İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, bu uğurun əsasında sistemli dövlət siyasəti, peşəkar məşqçi heyəti, düzgün qurulmuş seleksiya mexanizmi və güclü maddi-texniki baza dayanır. Son illərdə regionlarda inşa edilən Olimpiya İdman kompleksləri və müasir idman infrastrukturu ölkədə idmanın kütləviliyinin artmasına, gənc nəslin sağlam ruhda yetişməsinə və peşəkar idmançıların formalaşmasına mühüm töhfə verib. Bu isə nəticə etibarilə beynəlxalq arenada əldə olunan uğurların davamlılığını təmin edir. Diqqət çəkən digər mühüm məqam milli komandada hökm sürən birlik və sağlam mənəvi-psixoloji mühitdir. Prezidentin bu amili xüsusi vurğulaması təsadüfi deyil. Müasir idmanda fərdi ustalıqla yanaşı, komanda ruhu və daxili həmrəylik həlledici rol oynayır. 

Azərbaycan güləşçilərinin bir ailə kimi çıxış etməsi, qarşılıqlı dəstək və məsuliyyət hissi onların uğurlarını şərtləndirən əsas faktorlar sırasındadır. Eyni zamanda, dövlət başçısının çıxışında beynəlxalq yarışlarda bəzən müşahidə olunan ədalətsiz yanaşmalarla bağlı səsləndirilən fikirlər idman mühitində mövcud problemlərə real və praqmatik yanaşmanı əks etdirir. Bu kontekstdə idmançıların ləyaqətli davranış sərgiləməsinin vacibliyi vurğulanmaqla yanaşı, Azərbaycanın hər zaman ədalətli mübarizənin tərəfdarı olduğu bir daha diqqətə çatdırılır. Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi də ölkənin bu sahədə qazandığı institusional təcrübənin göstəricisidir.

Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və MDB Oyunlarının yüksək səviyyədə təşkili ölkənin həm təşkilati potensialını, həm də idmanın inkişafına verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Bu amil, öz növbəsində, Azərbaycanın beynəlxalq idman məkanında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Qadın güləşində əldə olunan nəticələrin ayrıca qeyd olunması isə gender balansının və idmanda inklüzivliyin təmin olunması istiqamətində görülən işlərin uğurlu nəticəsidir. Bu sahədə artan maraq gələcəkdə daha böyük nailiyyətlərin əldə olunacağını deməyə əsas verir. Ümumilikdə, Azərbaycan güləşçilərinin Avropa çempionatında qazandığı tarixi qələbə ölkədə həyata keçirilən məqsədyönlü idman siyasətinin məntiqi nəticəsidir. Bu uğur həm də milli həmrəyliyin, güclü iradənin və peşəkarlığın sintezini özündə əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, idman sahəsində qazanılan nailiyyətlər ölkənin ümumi inkişaf göstəricisi olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına da mühüm təsir göstərir. Beləliklə, əldə olunan nəticələr Azərbaycanın idman dövləti kimi mövqeyini daha da möhkəmləndirir və gələcək uğurlar üçün ciddi zəmin yaradır.

Bu çempionat təkcə medalların sayı ilə deyil, həm də qırılan rekordlarla yadda qaldı. Gənc pəhləvanların təcrübəli idmançılarla çiyin-çiyinə mübarizə aparması və dördqat Avropa çempionluğu kimi zirvələrin fəth edilməsi Azərbaycan güləşinin gələcəyinin əmin əllərdə olduğunun göstəricisidir. 

Prezidentin qəbulu bir daha göstərdi ki, Azərbaycan dövləti öz qəhrəmanlarını tanıyır və onları hər zaman dəstəkləyir. Bu dəstək isə yeni-yeni qələbələrin ən böyük təminatıdır.

 

Namid Ələsgərov,

Salyan rayonu ,təqaüddə olan idman müəllimi





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19