Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.
SİYASƏT
Salyan səhiyyə işçiləri sağlamlığın qorunması naminə qripə qarşı peyvənd olundular
SİYASƏT
Azərbaycan-Böyük Britaniya əlaqələrində təhsil və innovasiya əməkdaşlığının yeni üfüqləri
SİYASƏT
Azərbaycan və Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
SİYASƏT
Azərbaycan-Böyük Britaniya iqtisadi tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradır
SİYASƏT
Tələbələr üçün ictimai nəqliyyatda güzəştlər təklif olunur
SİYASƏT
Azərbaycan-Böyük Britaniya münasibətləri: qarşılıqlı maraqların inteqrasiyası
SİYASƏT
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
SİYASƏT
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə: İkitərəfli əlaqələrin yeni zirvəsi

Strateji Tərəfdaşlıq və Siyasi Dialoq

2026-05-06 08:57:06 9669 baxış
Xəbər şəkil

 

04 may 2026-cı il tarixində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizə rəsmi səfərə gələn İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri xüsusilə yaddaqalan oldu. Son 13 ildə İtaliya Baş nazirinin Azərbaycana ilk rəsmi səfəri olmaqla, iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçdiyini bir daha təsdiqləyib. Bu səfər təkcə işgüzar xarakter daşımır, həm də özündə ciddi siyasi və rəmzi mesajlar ehtiva edir. Səfərin xronologiyası olduqca diqqətçəkəndir: Meloninin Ermənistanda keçirilən çoxtərəfli tədbirdən dərhal sonra Bakıya gəlməsi İtaliyanın Cənubi Qafqazdakı prioritetlərini və real müttəfiqlik ünvanını aydın nümayiş etdirir. Bu səfər Azərbaycan-İtaliya dostluğunun fundamental xarakter daşıdığını təsdiqləyir. Meloni bu ziyarəti ilə İtaliyanın Azərbaycanın ərazi bütövlüyünə, regional liderliyinə və sülh gündəliyinə verdiyi dəstəyi bir daha bütün dünyaya bəyan etmiş oldu.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan və İtaliyanın sadiq strateji tərəfdaşlar olduğunu vurğulayaraq, münasibətlərin 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələrinə əsaslandığını qeyd edib. Dövlət başçısı bu sənədlərin kağız üzərində qalmadığını, real həyatda öz əksini tapdığını bildirib. Baş nazir Meloni isə Azərbaycanı regionda İtaliyanın "etibarlı və uzunmüddətli tərəfdaşı" kimi xarakterizə edib.
Azərbaycan ilə İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Bu əlaqələr qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında qurularaq zaman keçdikcə daha da möhkəmlənib. Bu münasibətlərin formalaşmasında və davamlı inkişafında möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti, praqmatik yanaşması və güclü liderliyi xüsusi rol oynayır. Onun təşəbbüsü və məqsədyönlü fəaliyyəti nəticəsində iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, təhsil, humanitar və mədəni sahələrdə də etibarlı, davamlı və qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaradılıb. Bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regional sabitlik və inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyev ötən gün verdiyi bəyanatında ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdiyini və İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda 130-a yaxın şirkəti fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ərazilərin bərpası və infrastruktur layihələrində İtaliya şirkətlərinin iştirakı, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Zəfər muzeylərinin memarlıq layihələrinin hazırlanmasında italyan dizayn məktəbinin yaxından iştirakı bu tərəfdaşlığın həm də mənəvi-mədəni körpülər üzərində qurulduğunun göstəricisidir.
Mədəni əlaqələrdən danışarkən isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilir. İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Keçən il isə Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universitetinin açılışının baş tutması isə bunun bariz nümunəsidir
Ölkələrimiz arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri özünü ən bariz şəkildə enerji sektorunda da büruzə verir. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır və bu ölkənin enerji bazarında ikinci ən mühüm tərəfdaşı kimi çıxış edir. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə çatdırılan Azərbaycan qazı İtaliya sənayesinin və məişət sektorunun sabit fəaliyyəti üçün əvəzedilməz resursdur. 2025-ci ildə Azərbaycanın İtaliyaya təxminən 10 milyard kubmetr qaz ixrac etməsi bu mövqeyi daha da möhkəmləndirib. Ümumilikdə Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyaya çatdırılan qazın həcminin 50 milyard kubmetrə yaxınlaşması bu marşrutun İtaliya üçün nə dərəcədə həyati bir arteriya olduğunu sübut edir. Eyni zamanda, Azərbaycan İtaliyaya neft ixracı sahəsində də mühüm rol oynayaraq 2-ci yerdə qərarlaşıb.
Beləliklə, Azərbaycan-İtaliya münasibətləri bütövlükdə Avrasiya məkanında sabitlik, iqtisadi tərəqqi və strateji həmrəylik üçün nümunəvi, uzunmüddətli və konyunkturdan asılı olmayan bir model olaraq qalmaqdadır. Bakı və Roma arasındakı münasibətlər artıq sadəcə alqı-satqı müstəvisindən çıxaraq, hərbi-texniki, yüksək texnologiyalar və mədəniyyət sahələrini əhatə edən çoxşaxəli ittifaqa çevrilmişdir.
Səidə Əliyeva,
  Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru





Oxşar xəbərlər


Xəbər lenti
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.
2026-11-19
Salyan səhiyyə işçiləri sağlamlığın qorunması naminə qripə qarşı peyvənd olundular
2026-11-18
Azərbaycan-Böyük Britaniya əlaqələrində təhsil və innovasiya əməkdaşlığının yeni üfüqləri
2026-11-17
Azərbaycan və Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
2026-11-17
Azərbaycan-Böyük Britaniya iqtisadi tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradır
2026-11-17
Hacıqabul Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi.
2026-11-17
Tələbələr üçün ictimai nəqliyyatda güzəştlər təklif olunur
2026-11-17
Azərbaycan-Böyük Britaniya münasibətləri: qarşılıqlı maraqların inteqrasiyası
2026-11-16