Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığı

2026-05-06 08:51:26 13369 baxış
Xəbər şəkil

Dövlət müstəqilliyi bərpa olunmuş Azərbaycanla dünyanın əksər dövlətlərinin ikitərəfli, çoxtərəfli əlaqələri vardır və bu əlaqələr müxtəlif müstəvilərdə genişlənməkdədir. Qarşılıqlı əlaqələr qarşılıqlı rəsmi səfərlərlə daha da inkişaf etdirilir. Belə dövlətlərdən biri də İtaliya Respublikasıdır. 4 may 2026-cı il tarixində İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycan Respublikasına rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm hadisə kimi tarixə düşmüşdür. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya hökumətinin başçısı arasında keçirilən görüşlər, aparılan danışıqlar və verilən bəyanatlar ölkələrarası münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirmişdir.
Təxminən 12 milyard dollarlıq illik ticarət dövriyyəsi tərəflər arasında iqtisadi əlaqələrin miqyasını və dərinliyini açıq şəkildə nümayiş etdirir. Bu göstərici yalnız enerji ixracı ilə deyil, eyni zamanda sənaye, xidmət və investisiya sahələrində genişlənən əməkdaşlıqla şərtlənir. Energetika sektoru Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığının əsas sütunu olaraq qalır. Azərbaycanın İtaliyanın həm neft, həm də qaz təchizatında ön sıralarda yer alması bu əməkdaşlığın strateji əhəmiyyətini artırır. Xüsusilə qaz ixracı sahəsində əldə olunan nəticələr diqqətəlayiqdir: Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetrinin İtaliya bazarına yönəldilməsi bu ölkənin Azərbaycan üçün əsas enerji bazarlarından biri olduğunu təsdiqləyir. Bu, eyni zamanda, Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi bu əməkdaşlığın infrastruktur əsasını təşkil edir. Hazırda layihənin genişləndirilməsi ilə bağlı aparılan müzakirələr gələcəkdə qaz ixracının daha da artırılacağını göstərir. Bu isə həm Azərbaycanın ixrac potensialının genişlənməsi, həm də İtaliyanın enerji təhlükəsizliyinin daha da möhkəmlənməsi deməkdir.
Son illərdə dünya miqyasında baş verən hadisələr müxtəlif regionlarda sülhə təhdidlər, ədalətsiz müharibələr, anlaşılmazlığın böyüyüb müharibəyə çevrilməsi və s. bütün dövlətləri düşündürür. Heç bir dövlət belə hadisələrdən sığortalanmayıb. Bu səbəbdən hər dövlət özünün təhlükəsizliyinin təmin olunması üçün gərəkli, zəruri tədbirlər görür. Belə tədbirlərdən biri də hərbi-texniki əməkdaşlıqdır. Prezident İlham Əliyevin çıxışında regional təhlükəsizlik məsələlərinə də toxunulmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasına böyük önəm verir və bu istiqamətdə həyata keçirilən siyasət beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. O, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha vurğulamış və regionda davamlı sülhün təmin olunmasının vacibliyini qeyd etmişdir.
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən məqamlardan biri də siyasi dialoqun yüksək səviyyədə olmasıdır. O, qeyd etmişdir ki, Azərbaycan və İtaliya beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir. Bu isə iki ölkə arasında etimadın və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu göstərir.
Azərbaycanın Avropa İttifaqı ilə çoxşaxəli və bərabərhüquqlu əlaqələrinin dərinləşməsində İtaliya ən fəal tərəfdaş olmaqla yanaşı, həm də Brüssel ilə Bakı arasında etibarlı bir körpü rolunu oynayır. Romanın rəsmi Bakının regional təşəbbüslərinə və Avropanın enerji arxitekturasındakı strateji roluna verdiyi prinsipial dəstək ölkəmizin Aİ məkanında iqtisadi və siyasi inteqrasiyasını daha da sürətləndirir. Ölkə rəhbərləri arasındakı səmimi və qarşılıqlı hörmətə söykənən dialoq bu il keçirilən Hökumətlərarası Komissiyanın iclasında da öz praktiki bəhrəsini verib. Bu iclasda qəbul edilən qərarlar təkcə mövcud ticarət dövriyyəsini artırmaqla kifayətlənməyib, həm də qeyri-neft sektoru, yaşıl enerji və yüksək texnologiyalar kimi sahələrdə yeni investisiya imkanları üçün konkret yol xəritəsini müəyyən edib. Beləliklə, İtaliya ilə qurulan bu institusional əməkdaşlıq Azərbaycanın Avropanın iqtisadi sisteminə daha dərindən nüfuz etməsi üçün strateji bir platforma funksiyasını yerinə yetirir.
İtaliya bu gün Avropa İttifaqı ailəsində Azərbaycanın təkcə ən böyük ticarət tərəfdaşı deyil, həm də milli maraqlarımızın müdafiəsində çıxış edən ən sadiq strateji müttəfiqlərindən biridir. İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə reallaşdırdığı bu tarixi səfər ikitərəfli sarsılmaz bağların keyfiyyətcə yeni və daha dinamik bir mərhələyə qədəm qoymasına misilsiz töhfə verəcək. 
Humanitar və mədəni əlaqələr də bəyanatda xüsusi yer tutmuşdur. Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan və İtaliya zəngin mədəni irsə malik ölkələrdir və bu sahədə əməkdaşlıq xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Təhsil, elm, turizm və mədəniyyət sahələrində həyata keçirilən layihələr iki ölkə arasında əlaqələrin dərinləşməsinə mühüm töhfə verir.Bəyanatda həmçinin nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunulmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni regionda mühüm nəqliyyat qovşağına çevirir və bu imkanlardan istifadə etməklə Azərbaycan–İtaliya əməkdaşlığını daha da genişləndirmək mümkündür. Xüsusilə Orta Dəhliz çərçivəsində həyata keçirilən layihələr Avropa ilə Asiya arasında ticarət əlaqələrinin gücləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin verdiyi bəyanat Azərbaycan–İtaliya münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə əks etdirir. Bu bəyanat göstərir ki, iki ölkə arasında əməkdaşlıq yalnız mövcud sahələrlə məhdudlaşmır, eyni zamanda yeni istiqamətlərin də müəyyən olunmasına zəmin yaradır.
 Sabir Rəhmanov
Salyan rayonu Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Oxşar xəbərlər

Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17