Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Sülhün "Yol Xəritəsi" və Qarşılıqlı Etimad

2026-05-05 20:00:39 9040 baxış
Xəbər şəkil

 

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində konstruktiv və balanslı siyasət yürütməkdə davam etdiyini bir daha nümayiş etdirdi. Cənab prezident İlham Əliyevin çıxışında sülhün regionda iqtisadi inteqrasiya və tranzit imkanlarının genişlənməsi üçün əsas amil olduğu bəyan edilir. Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən tədbirdə videobağlantı formatında çıxış edən dövlət başçısı Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olunduğunu, ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə imzalanan Birgə Bəyannaməni xatırladaraq, artıq iki ölkənin doqquz aydır sülh içərisində yaşadığını vurğulayıb.
Azərbaycan hər zaman sülhün tərəfdarı olub və 30 ildən çox müddətdə məhdudlaşdırılmış tranzit imkanlarının birtərəfli qaydada aradan qaldırılması bunun bariz nümunəsidir. Prezident İlham Əliyevində vurğuladığı kimi: “İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib”. Bütün bunlar ölkələr arasında qarşılıqlı münasibətlərin formalaşmaqda olduğunu ifadə edir ki, burada da lokomotiv Azərbaycandır. Sülhün davam etdiyi doqquz ayın dinamikasına nəzərə saldıqda da bunu aydın şəkildə görmək mümkündür.
Azərbaycan daimi beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dövlətlərlə rəqabət deyil,  əməkdaşlıq etməyə üstünlük verən, olduğu məkana sülh daşıyan dünyəvi bir dövlətdir. Azərbaycandan keçməklə Ermənistana gedən tranzit yüklər, bu yüklərin içərisində taxıl, yanacaq və s. kimi cəmiyyətin və sənayenin gündəlik tələbat mallarının yer alması dövlətimizin sülhpərvərliyinin, xalqımızın müqəddəs dəyərlərə hörmətlə yanaşmasının, sülh və qarşılıqlı əməkdaşlıq şəraitində yaşamağa üstünlük verməsinin real nümunələridir. İlk tranzit yükün taxıl olması da bir rəmzi məna kəsb edir və qarşı tərəfi də sülhə, dostluğa səsləyir.  
Dövlət başçısının çıxışının əsas xəttini sülhün artıq reallığa çevrildiyi barədə mesaj təşkil edib. Prezident bildirib ki, Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşayır və bu şəraitdə qarşılıqlı münasibətləri formalaşdırır. Bu yanaşma sülhün yalnız siyasi bəyanat olmadığını, konkret addımlar və praktiki nəticələrlə müşayiət olunduğunu göstərir. Dövlət başçısının təşəbbüsü ilə 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması və Ermənistanın bu təşəbbüsü dəstəkləməsi regionda formalaşmaqda olan yeni siyasi reallıqların mühüm göstəricisidir. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real və dönməz xarakter aldığını təsdiqləyən əhəmiyyətli addımdır.
Prezident cənab İlham Əliyev bəzi Avropa təsisatlarının Ermənistan–Azərbaycan sülh prosesinə münasibətdə nümayiş etdirdiyi ikili standartlara əsaslı şəkildə diqqət çəkdi. Dövlət başçısı vurğuladı ki, təəssüflər olsun ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər”.
Azərbaycanın ərazi bütövlüyünün bərpası və separatizmə son qoyulması beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olduğu halda, ölkəmizə qarşı ədalətsiz yanaşmalar qəbuledilməzdir. Xüsusilə qeyd olunmalıdır ki, Avropa Parlamenti son beş il ərzində Azərbaycanla bağlı 14 qətnamə qəbul etməklə obyektivlikdən uzaq mövqe nümayiş etdirib. Halbuki Avropa məkanında mövcud olan ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya və sosial problemlər kimi fundamental məsələlər daha ciddi diqqət və həll tələb edir. Bu baxımdan, Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qəbul etdiyi qərar milli maraqlarımızın qorunmasına yönəlmiş prinsipial addımdır.
Prezident İlham Əliyevin çıxışı həm regional, həm də ümumavropa miqyasında yeni əməkdaşlıq mərhələsinin əsaslarını qoyur və  Azərbaycanın yeni xarici siyasət mərhələsini əks etdirir. Bu mərhələ əldə olunmuş nəticələrə əsaslanan inam, praqmatik əməkdaşlıq və milli maraqların qətiyyətlə müdafiəsi ilə səciyyələnir. İrəvan sammiti bir daha nümayiş etdirdi ki, region artıq yeni inkişaf mərhələsinə qədəm qoyub və Azərbaycan bu prosesdə aparıcı rol oynayır.Azərbaycan sülhün, sabitliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olaraq bundan sonra da qətiyyətli və prinsipial mövqeyini davam etdirəcək.

Rahib Kərimov,
  Salyan rayon Yolüstü kənd tam orta ümumtəhsil məktəbin direktoru





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19