Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycan-Qırğızıstan münasibətləri: Tarixi köklər üzərində qurulan strateji tərəfdaşlıq
SİYASƏT
Dilini Qoruyan Xalq Öz Tarixini və Mədəniyyətini Qoruyur: Ömər Hüseynli.
SİYASƏT
Ana dilimiz – Müstəqil dövlətçiliyimizin toxunulmaz qalası
SİYASƏT
Əbədi Milli Sərvətimiz – Azərbaycan Dili
SİYASƏT
Milli mənsubiyyətin ən uca zirvəsi
SİYASƏT
Ana dilimiz milli kimliyimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir
SİYASƏT
Milli kimliyin və dövlət suverenliyinin sarsılmaz zəmanəti: Ana dilimiz
SİYASƏT
Azərbaycan dili: müasir dövrün çağırışları və inkişaf perspektivləri
SİYASƏT
Ana dilimiz – milli sərvətimiz
SİYASƏT
Azərbaycan dili: milli kimliyimizin və dövlətçiliyimizin əbədi dayağı
SİYASƏT
Azərbaycan–Avropa tərəfdaşlığında yeni istiqamətlər: yaşıl enerji imkanları
SİYASƏT
Azərbaycan–Avropa əməkdaşlığı yeni mərhələdə
SİYASƏT
Hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir
SİYASƏT
Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların müəllifi qalib Azərbaycandır - ŞƏRH
SİYASƏT
Rəqəmsallaşma dövlət idarəçiliyinin və bütövlükdə cəmiyyətin inkişafının əsas istiqamətlərindəndir- ŞƏRH
CƏMİYYƏT
​Milli Məclisin deputatı Günay Ağamalı :Leyla xanım Əliyevanı təbrik edib
CƏMİYYƏT
​YAP Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İH Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir təşkil edib
SİYASƏT
Türkoloji Qurultayın 100 illik yubileyi - Mədəni əməkdaşlığı daha da gücləndirən mühüm faktor
SİYASƏT
Azərbaycanın uğurlu siyasət strategiyası - Regional və qlobal miqyasda mühüm faktor
SİYASƏT
Millət vəkili Günay Ağamalı Biləsuvarın Əliabad kəndində vətəndaşları qəbul edib
SİYASƏT
Bu gün Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 6 ili tamam olur.
SİYASƏT
Milli Məclisin deputatı Günay Ağamalı Salyan Rayonun Qızılağac kəndində növbəti dəfə vətəndaş qəbulu keçirib!
SİYASƏT
"Yeni reallıqların müəllifi Azərbaycandır”
SİYASƏT
Məlahət İbrahimqızı: "Qərbi Azərbaycan qadınları Qayıdış Konsepsiyasının aparıcı qüvvəsidir"
SİYASƏT
Dərinləşdikcə strateji tərəfdaşlıq mərhələsinə daxil olan Azərbaycan–Türkmənistan əlaqələri Avrasiya qitəsi üçün yeni regional imkanlar yaradır
SİYASƏT
"AŞPA-nın növbəti qərəzli mövqeyi ikili standartlar siyasətinin ardıcıl təzahürüdür"
SİYASƏT
Qərbi Azərbaycan İcması adından 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!
SİYASƏT
Zəfər ruhlu ordumuz
SİYASƏT
Qüdrətin və Qürurun Təcəssümü - Azərbaycan Silahlı Qüvvələrinin Şanlı Salnaməsi
SİYASƏT
“Azərbaycan günümüzdə regionda etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi çıxış edir” - DEPUTAT DANIŞDI

Azərbaycan-Qırğızıstan münasibətləri: Tarixi köklər üzərində qurulan strateji tərəfdaşlıq

2026-08-02 00:20:09 20 baxış
Xəbər şəkil

Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan xarici siyasətinin Türk dünyasına yönəlmiş strateji xəttinin növbəti mühüm uğuru kimi tarixə düşdü. Səfər iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi və Türk dövlətləri arasında inteqrasiyanın daha dərin məzmun qazanması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dostluq və tərəfdaşlıq müstəvisini keçərək tamhüquqlu müttəfiqlik səviyyəsinə yüksəlib:

“Dövlətimizin başçısı cənab İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri iki ölkənin gələcək fəaliyyət istiqamətlərini müəyyən edən manifestdir. Sözügedən yanaşma Bakı və Bişkekin beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi, təhlükəsizlik sahəsində əməkdaşlığı, iqtisadi inteqrasiyanı və regional layihələr üzrə koordinasiyanı daha da gücləndirmək əzmində olduğunu təsdiqləyir.

Azərbaycan son illərdə formalaşdırdığı etibarlı tərəfdaşlıq modelini Qırğızıstanla münasibətlərdə də ən yüksək səviyyəyə çatdırır. Dövlətlərarası əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldilməsi Türk dünyasında qarşılıqlı etimada əsaslanan yeni geosiyasi əməkdaşlıq modelinin formalaşdığını nümayiş etdirir. Səfər zamanı imzalanan çoxsaylı sənədlər siyasi dialoqdan iqtisadiyyat, investisiya, nəqliyyat, energetika, humanitar əməkdaşlıq və təhlükəsizlik sahələrinədək geniş istiqamətləri əhatə edir. Bu sənədlər Azərbaycan–Qırğızıstan münasibətlərinin uzunmüddətli strateji planlaşdırmaya söykəndiyini bir daha təsdiqləyir”.

Deputat bildirib ki, səfərin ən mühüm iqtisadi nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması oldu:

“Qərar iqtisadi tərəfdaşlığın yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. Fond vasitəsilə həyata keçirilən layihələr yalnız investisiya qoyuluşu ilə məhdudlaşmır, eyni zamanda yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına, texnologiyaların transferinə və regional iqtisadi inteqrasiyanın genişlənməsinə xidmət edir.

Azərbaycanın Qırğızıstanda həyata keçirdiyi "Baku Resort & Spa" layihəsi iqtisadi diplomatiyanın uğurlu nümunələrindəndir. İssık-Kul gölünün sahilində inşa edilən ilk beşulduzlu hotelin "Bakı" adını daşıması Azərbaycanın dost ölkələrdə uzunmüddətli iqtisadi və humanitar iştirakının göstəricisidir. Belə layihələr xalqlar arasında qarşılıqlı etimadı daha da möhkəmləndirərək əməkdaşlığın davamlı inkişafına xidmət edir”.

Günay Ağamalı hesab edir ki, ölkə başçımız Cənab İlham Əliyevin çıxışında Qarabağın bərpasına Qırğızıstanın göstərdiyi dəstəyə xüsusi təşəkkür etməsi iki ölkə arasında münasibətlərin mənəvi dayaqlarını bir daha nümayiş etdirdi:

“Ağdam rayonunda "Manas" adına məktəbin inşa edilməsi qardaş ölkələrin həmrəyliyinin parlaq təzahürüdür. Qarabağın dirçəlişində dost və qardaş dövlətlərin iştirakı Azərbaycanın formalaşdırdığı yeni əməkdaşlıq modelinin mühüm elementinə çevrilib.

Humanitar əməkdaşlıq münasibətlərin strateji mahiyyətini daha da gücləndirən əsas istiqamətlərdən biridir. Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və parkının açılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi ortaq tarixi, mədəni və mənəvi irsin qorunmasına xidmət edir. Bütün bu təşəbbüslər siyasi tərəfdaşlığın möhkəm humanitar təməl üzərində inkişaf etdiyini nümayiş etdirir.

Səfərin mühüm siyasi nəticələrindən biri də Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunmasıdır. Qərar ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin institusional əsasda inkişaf etdiyini göstərməklə yanaşı, Azərbaycanın regionun siyasi və iqtisadi proseslərinin ayrılmaz iştirakçısına çevrildiyini təsdiqləyir. Bu platforma Xəzər hövzəsi, Orta Dəhliz, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və logistika sahələrində yeni əməkdaşlıq imkanları yaradır.

Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni strateji mərhələnin başlanğıcıdır. Sözügedən sənəd Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsinə, regional təhlükəsizliyin möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin genişləndirilməsinə və beynəlxalq platformalarda fəaliyyətin daha səmərəli əlaqələndirilməsinə mühüm töhfə verir.

Səfər çərçivəsində dövlət başçılarının qarşılıqlı ali dövlət mükafatları ilə təltif olunması xüsusi siyasi məna daşıyır. Dövlət başçımız Cənab İlham Əliyevin Qırğızıstanın birinci dərəcəli "Manas" ordeni ilə, Prezident Sadır Japarovun Azərbaycanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi iki ölkə arasında formalaşmış yüksək etimadın, qarşılıqlı hörmətin və strateji tərəfdaşlığın ən ali səviyyədə qiymətləndirilməsinin bariz nümunəsidir.

Bütün bunlar göstərir ki, Möhtərəm Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini ardıcıl şəkildə gücləndirir. Son illərdə Türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlar siyasi, iqtisadi və institusional nəticələr verir. Azərbaycan bu prosesdə təşəbbüskar və etibarlı tərəfdaş kimi çıxış edərək regional əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Günümüzdə Bakı ilə Bişkek arasında formalaşan müttəfiqlik münasibətləri bütövlükdə Türk dünyasının birliyinə, regional sabitliyə və Avrasiya məkanında yeni əməkdaşlıq modelinin formalaşmasına mühüm töhfə verir.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti milli maraqların qətiyyətlə qorunmasına, strateji tərəfdaşlıqların möhkəmləndirilməsinə və Türk dünyasının siyasi-iqtisadi inteqrasiyasının dərinləşdirilməsinə xidmət edən ardıcıl və uğurlu inkişaf xəttini inamla davam etdirir”.

Oxşar xəbərlər

Xəbər lenti
Azərbaycan-Qırğızıstan münasibətləri: Tarixi köklər üzərində qurulan strateji tərəfdaşlıq
2026-08-02
Dilini Qoruyan Xalq Öz Tarixini və Mədəniyyətini Qoruyur: Ömər Hüseynli.
2026-08-01
Ana dilimiz – Müstəqil dövlətçiliyimizin toxunulmaz qalası
2026-08-01
Əbədi Milli Sərvətimiz – Azərbaycan Dili
2026-08-01
Milli mənsubiyyətin ən uca zirvəsi
2026-08-01
Ana dilimiz milli kimliyimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir
2026-08-01
Milli kimliyin və dövlət suverenliyinin sarsılmaz zəmanəti: Ana dilimiz
2026-08-01
Azərbaycan dili: müasir dövrün çağırışları və inkişaf perspektivləri
2026-07-31
Ana dilimiz – milli sərvətimiz
2026-07-31
Azərbaycan dili: milli kimliyimizin və dövlətçiliyimizin əbədi dayağı
2026-07-31
Azərbaycan–Avropa tərəfdaşlığında yeni istiqamətlər: yaşıl enerji imkanları
2026-07-08
Azərbaycan–Avropa əməkdaşlığı yeni mərhələdə
2026-07-08
Hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir
2026-07-08
Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların müəllifi qalib Azərbaycandır - ŞƏRH
2026-07-06
Rəqəmsallaşma dövlət idarəçiliyinin və bütövlükdə cəmiyyətin inkişafının əsas istiqamətlərindəndir- ŞƏRH
2026-07-06
​Milli Məclisin deputatı Günay Ağamalı :Leyla xanım Əliyevanı təbrik edib
2026-07-03
Günay Ağamalı Azərbaycan Polisini Təbrik Etdi: "Polis Əməkdaşları Gecə-Gündüz Yorulmadan Xidmət Edən Qəhrəmanlardır"
2026-07-03
​YAP Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İH Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir təşkil edib
2026-07-01
Türkoloji Qurultayın 100 illik yubileyi - Mədəni əməkdaşlığı daha da gücləndirən mühüm faktor
2026-07-01
Azərbaycanın uğurlu siyasət strategiyası - Regional və qlobal miqyasda mühüm faktor
2026-07-01
Millət vəkili Günay Ağamalı Biləsuvarın Əliabad kəndində vətəndaşları qəbul edib
2026-07-01
Deputat Günay Ağamalı Şorkənd sakinlərinin müraciətlərini dinləyib
2026-07-01
Bu gün Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 6 ili tamam olur.
2026-07-01
Milli Məclisin deputatı Günay Ağamalı Salyan Rayonun Qızılağac kəndində növbəti dəfə vətəndaş qəbulu keçirib!
2026-06-30
"Yeni reallıqların müəllifi Azərbaycandır”
2026-06-29
Məlahət İbrahimqızı: "Qərbi Azərbaycan qadınları Qayıdış Konsepsiyasının aparıcı qüvvəsidir"
2026-06-29
Dərinləşdikcə strateji tərəfdaşlıq mərhələsinə daxil olan Azərbaycan–Türkmənistan əlaqələri Avrasiya qitəsi üçün yeni regional imkanlar yaradır
2026-06-28

2026-06-26
Zəfər ruhlu ordumuz
2026-06-26