Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Azərbaycan dili: müasir dövrün çağırışları və inkişaf perspektivləri

2026-07-31 15:31:09 159 baxış
Xəbər şəkil

 

Dil xalqın yalnız keçmişini deyil, həm də gələcəyini müəyyən edən ən mühüm mənəvi dəyərlərdən biridir. Zəngin söz ehtiyatına, geniş ifadə imkanlarına malik olan Azərbaycan dili əsrlər boyu xalqımızın düşüncə tərzini, yaradıcılığını və milli yaddaşını yaşadıb. Ana dilinin qorunması və inkişaf etdirilməsi hər bir dövrdə mühüm vəzifə olduğu kimi, müasir qloballaşma şəraitində də xüsusi aktuallıq kəsb edir. Çünki sürətlə dəyişən informasiya dünyasında dillərin qarşılıqlı təsiri artır, yeni texnologiyalar və kommunikasiya vasitələri dil qarşısında yeni tələblər yaradır. Bu baxımdan Azərbaycan dilinin müasir dövrün imkanlarından istifadə etməklə inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinə xalqımızın milli varlığının əsas göstəricisi kimi yanaşırdı. O, ana dilinin qorunmasını milli özünüdərkin ayrılmaz hissəsi hesab edərək deyirdi: “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” Ulu Öndər Azərbaycan dilinin yalnız qorunmasının deyil, onun inkişaf etdirilərək gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi vurğulayırdı. O, Azərbaycan Respublikası gənclərinin birinci forumunda çıxışı zamanı bildirmişdi: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.” Bu yanaşma ana dilinə sevginin həm də milli tarixə, mədəniyyətə və dövlətçilik dəyərlərinə bağlılıq olduğunu göstərir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Bu siyasətin əsas məqsədlərindən biri Azərbaycan dilinin tətbiq imkanlarını genişləndirmək, onun elmi, mədəni, informasiya və texnoloji mühitdə daha fəal istifadəsini təmin etməkdir.
Azərbaycan dilinin inkişafında mühüm addımlardan biri latın qrafikasının geniş tətbiqinin təmin edilməsi oldu. Prezident İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı bu istiqamətdə mühüm əhəmiyyət daşıyırdı. Sərəncama əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmış, zəngin ədəbi və elmi irsin müasir əlifba ilə geniş oxucu auditoriyasına çatdırılması təmin edilmişdir. Bu addım təkcə nəşr prosesinin təşkili baxımından deyil, həm də Azərbaycan dilinin müasir yazı sisteminin möhkəmləndirilməsi baxımından mühüm tarixi əhəmiyyətə malikdir.
Ana dilinin elmi və mədəni imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən biri də Azərbaycan Milli Ensiklopediyasının hazırlanması oldu. Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncamı milli elmi-mədəni irsimizin sistemləşdirilməsi və Azərbaycan dilində fundamental elmi nəşrlərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, 2007-ci il 30 dekabr tarixli Sərəncamla dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşrinin nəzərdə tutulması ana dilimizin bədii və elmi imkanlarının daha da genişlənməsinə xidmət etdi.
Müasir dövrdə dilin inkişafı yalnız kitab və nəşrlərlə məhdudlaşmır. İnternet və rəqəmsal texnologiyalar dilin istifadə sahələrini əhəmiyyətli dərəcədə genişləndirib. Bu reallığı nəzərə alan Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinin müasir çağırışlara uyğun inkişafında mühüm mərhələ oldu. Dövlət Proqramı dilimizin saflığının qorunması, elmi əsaslarla öyrənilməsi, dilçilik sahəsində araşdırmaların genişləndirilməsi və Azərbaycan dilinin beynəlxalq informasiya məkanında mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi də müasir dövrdə qarşıda duran əsas vəzifələrdən biridir. Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı məhz bu məqsədə xidmət edir. Sərəncam Azərbaycan dilinin rəqəmsal platformalarda tətbiqinin artırılması, elektron resursların zənginləşdirilməsi və dilimizin yeni texnoloji mühitdə daha fəal istifadəsi üçün mühüm imkanlar yaratdı.
Qloballaşma dövründə milli dillərin qarşısında duran əsas məsələlərdən biri də onların saflığının qorunmasıdır. Bu istiqamətdə Prezident İlham Əliyevin 2018-ci il 1 noyabr tarixində imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edir. Həmin sənəd dövlət dilinin tətbiqi sahəsində mövcud məsələlərin daha sistemli şəkildə həllinə, Azərbaycan dilindən düzgün istifadə prinsiplərinin gücləndirilməsinə yönəlmiş mühüm addım oldu.
Prezident İlham Əliyev Azərbaycan dilinin zənginliyini və qorunmasının vacibliyini daim diqqətdə saxlayaraq bildirir: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” Bu fikirlər ana dilinə münasibətin yalnız dövlət siyasəti deyil, həm də hər bir vətəndaşın məsuliyyəti olduğunu göstərir.
Müasir dövrdə Azərbaycan dilinin inkişafı qarşıya yeni vəzifələr qoyur. Dilimizin internet məkanında daha geniş yayılması, elmi terminologiyanın zənginləşdirilməsi, gənc nəslin düzgün dil vərdişlərinə yiyələnməsi və milli söz ehtiyatının qorunması bu istiqamətdə əsas məsələlərdəndir. Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində ana dilimiz həm milli-mədəni irs kimi qorunur, həm də müasir dünyanın tələblərinə uyğun şəkildə inkişaf edir.
Azərbaycan dili bu gün tarixdən gələn zəngin irsimizlə müasir inkişaf imkanlarını birləşdirən mühüm mənəvi körpüdür. Onun qorunması və inkişafı yalnız keçmişə hörmət deyil, həm də gələcəyə məsuliyyətli yanaşmadır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dil siyasəti Azərbaycan dilinin yeni dövrdə daha geniş imkanlar qazanmasına, dövlət və cəmiyyət həyatında mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Mahirə Məlikova,
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19