Bu gün Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 6 ili tamam olur.
Sosial Xidmətlər Agentliyi əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas əhali qruplarına göstərilən xidmətlərin keyfiyyətinin artırılması və sosial rifahın təmin olunması istiqamətində mühüm fəaliyyət göstərməkdədir. Şəhid ailələri, qazilər, əlilliyi olan şəxslər, ahıllar, uşaqlar və sosial qayğıya ehtiyacı olan vətəndaşlara göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi dövlətimizin sosial siyasətinin uğurlu nəticəsidir.
Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan amilinə əsaslanan sosial dövlət modeli daha da gücləndirilir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri sözügedən sahəyə mühüm töhfələr verir. Sosial xidmətlərin müasir yanaşmalar əsasında təşkili, vətəndaş məmnunluğunun artırılması və hər kəs üçün əlçatan sosial dəstək mexanizmlərinin formalaşdırılması adıçəkilən siyasətin əsas istiqamətlərindəndir.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovu və Agentliyin bütün kollektivini fəaliyyətlərinin 6 illiyi münasibətilə təbrik edir, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar diləyirəm.
Günay Ağamalı
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri.
30 İyun 2026-cı il.