Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycan dili: müasir dövrün çağırışları və inkişaf perspektivləri
SİYASƏT
Ana dilimiz – milli sərvətimiz
SİYASƏT
Azərbaycan dili: milli kimliyimizin və dövlətçiliyimizin əbədi dayağı
SİYASƏT
Azərbaycan–Avropa tərəfdaşlığında yeni istiqamətlər: yaşıl enerji imkanları
SİYASƏT
Azərbaycan–Avropa əməkdaşlığı yeni mərhələdə
SİYASƏT
Hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir
SİYASƏT
Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların müəllifi qalib Azərbaycandır - ŞƏRH
SİYASƏT
Rəqəmsallaşma dövlət idarəçiliyinin və bütövlükdə cəmiyyətin inkişafının əsas istiqamətlərindəndir- ŞƏRH
CƏMİYYƏT
​Milli Məclisin deputatı Günay Ağamalı :Leyla xanım Əliyevanı təbrik edib
CƏMİYYƏT
​YAP Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İH Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir təşkil edib
SİYASƏT
Türkoloji Qurultayın 100 illik yubileyi - Mədəni əməkdaşlığı daha da gücləndirən mühüm faktor
SİYASƏT
Azərbaycanın uğurlu siyasət strategiyası - Regional və qlobal miqyasda mühüm faktor
SİYASƏT
Millət vəkili Günay Ağamalı Biləsuvarın Əliabad kəndində vətəndaşları qəbul edib
SİYASƏT
Bu gün Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 6 ili tamam olur.
SİYASƏT
Milli Məclisin deputatı Günay Ağamalı Salyan Rayonun Qızılağac kəndində növbəti dəfə vətəndaş qəbulu keçirib!
SİYASƏT
"Yeni reallıqların müəllifi Azərbaycandır”
SİYASƏT
Məlahət İbrahimqızı: "Qərbi Azərbaycan qadınları Qayıdış Konsepsiyasının aparıcı qüvvəsidir"
SİYASƏT
Dərinləşdikcə strateji tərəfdaşlıq mərhələsinə daxil olan Azərbaycan–Türkmənistan əlaqələri Avrasiya qitəsi üçün yeni regional imkanlar yaradır
SİYASƏT
"AŞPA-nın növbəti qərəzli mövqeyi ikili standartlar siyasətinin ardıcıl təzahürüdür"
SİYASƏT
Qərbi Azərbaycan İcması adından 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!
SİYASƏT
Zəfər ruhlu ordumuz
SİYASƏT
Qüdrətin və Qürurun Təcəssümü - Azərbaycan Silahlı Qüvvələrinin Şanlı Salnaməsi
SİYASƏT
“Azərbaycan günümüzdə regionda etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi çıxış edir” - DEPUTAT DANIŞDI
SİYASƏT
Deputat Günay Agamali :Tarixi yazanlara hesabat yazanlar dil uzada bilməz!
SİYASƏT
26 İyun - Azərbaycan Ordusunun Şərəf Salnaməsi
SİYASƏT
Müasir Ordu Quruculuğunun Şərəfli Tarixi
SİYASƏT
Azərbaycan Ordusunun 108 İllik Şanlı Yolu
SİYASƏT
Azərbaycan və Türkmənistan: ortaq dəyərlər üzərində qurulan qardaşlıq və əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan-Türkmənistan əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycan-Türkmənistan münasibətləri: tarixi köklərə söykənən strateji tərəfdaşlıq

Azərbaycan dili: milli kimliyimizin və dövlətçiliyimizin əbədi dayağı

2026-07-31 12:08:55 39 baxış
Xəbər şəkil

Hər bir xalqı dünyada tanıdan, onun milli varlığını, tarixini, mədəniyyətini və mənəvi sərvətlərini yaşadan ən mühüm amillərdən biri ana dilidir. Dil təkcə ünsiyyət vasitəsi deyil, xalqın keçmişini gələcəyə daşıyan, milli yaddaşı qoruyan, dövlətçilik ənənələrini yaşadan müqəddəs mənəvi sərvətdir. Azərbaycan dili də əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərinin, zəngin ədəbi irsinin və mədəniyyətinin daşıyıcısı kimi formalaşaraq bu gün müstəqil Azərbaycanın dövlət dili statusunda inkişafını uğurla davam etdirir. Məhz buna görə də hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ana dilimizin keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, onun qorunması və zənginləşdirilməsi istiqamətində görülən işləri dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini xalqımızın milli varlığının əsas sütunlarından biri hesab edərək deyirdi: "Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik." Bu fikirlər Azərbaycan dilinə verilən yüksək dəyərin, ana dilinin milli kimliyin qorunmasında oynadığı müstəsna rolun ən dolğun ifadəsidir.
Sovet hakimiyyəti illərində milli dillərin inkişafı müxtəlif dövrlərdə ciddi maneələrlə üzləşmişdi. Xüsusilə 1970-ci illərin ortalarından etibarən SSRİ-də milli respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmiş, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması istiqamətində meyillər daha da güclənmişdi. Belə mürəkkəb bir şəraitdə ana dili məsələsini açıq şəkildə müdafiə etmək böyük siyasi iradə və cəsarət tələb edirdi. Çünki ötən onilliklərdə ana dilinin hüquqlarını müdafiə edən ziyalılar müxtəlif təqiblərə məruz qalmış, hətta sürgün edilmişdilər. Milli respublikaların əksəriyyətində rəhbərlər belə bu məsələyə toxunmaqdan çəkinirdilər.
Məhz belə bir dövrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli maraqları qətiyyətlə müdafiə edən dövlət xadimi kimi ana dilinin qorunması və inkişafı istiqamətində prinsipial mövqe nümayiş etdirdi. O, dövlət dili uğrunda mübarizəni milli özünüdərkin mühüm istiqamətlərindən biri hesab edir, ziyalıları və cəmiyyəti bu məsələdə fəal olmağa çağırırdı. Ulu Öndər SSRİ Konstitusiyasının müzakirəsi zamanı çıxış edərək xüsusi vurğulayırdı ki, Konstitusiyanın vətəndaşlara verdiyi təhsil hüququ yalnız ana dilində təhsil almaq imkanının təmin olunması ilə tam mənada reallaşa bilər. Bu mövqe həm milli maraqların müdafiəsi, həm də gələcək dövlətçilik strategiyasının mühüm tərkib hissəsi idi.
Heydər Əliyevin prinsipial və uzaqgörən siyasətinin ən mühüm nəticələrindən biri 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması oldu. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsinin müzakirəsinə həsr edilmiş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndərin təklifi ilə Konstitusiyanın 73-cü maddəsi belə ifadə olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir." O dövrün siyasi reallıqları nəzərə alınarsa, bu qərar son dərəcə mühüm tarixi hadisə idi. Çünki SSRİ məkanında milli dillərin hüquqlarının məhdudlaşdırıldığı bir vaxtda Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi Heydər Əliyevin qətiyyətli siyasi iradəsinin, xalqına və milli dəyərlərinə bağlılığının parlaq təzahürü idi.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası ana dilinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dili dövlət idarəçiliyində, qanunvericilikdə, təhsil sistemində, elm və mədəniyyət sahəsində öz layiqli yerini daha da möhkəmləndirdi. Azərbaycan dilinin tətbiq dairəsinin genişləndirilməsi, latın qrafikalı əlifbaya tam keçidin təmin olunması, dilin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edildi. 1 avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis olunması da məhz bu siyasətin məntiqi davamı idi.
Bu gün Prezident İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi dil siyasətini müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. Qloballaşma proseslərinin sürətləndiyi, xarici təsirlərin artdığı bir dövrdə Azərbaycan dilinin saflığının qorunması, onun zənginləşdirilməsi və düzgün tətbiqi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə bu məsələyə xüsusi toxunaraq bildirmişdir: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər... Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər." Dövlət başçısının bu çağırışı ana dilimizin yalnız hüquqi baxımdan deyil, gündəlik həyatımızda, informasiya məkanında və ictimai münasibətlərdə də qorunmasının vacibliyini bir daha göstərir.
Müasir dövrdə Azərbaycan dilinin inkişafı yalnız dövlətin həyata keçirdiyi siyasətlə məhdudlaşmır. Hər bir vətəndaşın ana dilinə sevgi ilə yanaşması, onu düzgün öyrənməsi, zəngin söz ehtiyatını qoruması və gələcək nəsillərə ötürməsi mühüm vətəndaşlıq məsuliyyətidir. Çünki dil milli kimliyimizin əsas rəmzlərindən biri olmaqla yanaşı, xalqımızın tarixini, mədəniyyətini və dövlətçilik ənənələrini yaşadan ən böyük mənəvi sərvətdir.
Azərbaycan dili bu gün müstəqil dövlətimizin rəsmi dili, xalqımızın milli birliyinin möhkəm təməli və dünya azərbaycanlılarını birləşdirən əsas mənəvi bağlardan biridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dil siyasəti nəticəsində Azərbaycan dili dövlətçiliyimizin ayrılmaz atributu kimi daha da möhkəmlənir, beynəlxalq nüfuzu artır və gələcək nəsillərə zəngin milli irs kimi ötürülür. Ana dilimizi qorumaq, onun saflığını və zənginliyini yaşatmaq isə hər bir azərbaycanlının həm mənəvi borcu, həm də milli məsuliyyətidir.

Rüstəm Məlikov,
“Ana Kürüm” qəzetinin baş redaktoru, “Ali Media” mükafatı laureatı, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Azərbaycan dili: müasir dövrün çağırışları və inkişaf perspektivləri
2026-07-31
Ana dilimiz – milli sərvətimiz
2026-07-31
Azərbaycan dili: milli kimliyimizin və dövlətçiliyimizin əbədi dayağı
2026-07-31
Azərbaycan–Avropa tərəfdaşlığında yeni istiqamətlər: yaşıl enerji imkanları
2026-07-08
Azərbaycan–Avropa əməkdaşlığı yeni mərhələdə
2026-07-08
Hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir
2026-07-08
Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların müəllifi qalib Azərbaycandır - ŞƏRH
2026-07-06
Rəqəmsallaşma dövlət idarəçiliyinin və bütövlükdə cəmiyyətin inkişafının əsas istiqamətlərindəndir- ŞƏRH
2026-07-06
​Milli Məclisin deputatı Günay Ağamalı :Leyla xanım Əliyevanı təbrik edib
2026-07-03
Günay Ağamalı Azərbaycan Polisini Təbrik Etdi: "Polis Əməkdaşları Gecə-Gündüz Yorulmadan Xidmət Edən Qəhrəmanlardır"
2026-07-03
​YAP Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İH Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir təşkil edib
2026-07-01
Türkoloji Qurultayın 100 illik yubileyi - Mədəni əməkdaşlığı daha da gücləndirən mühüm faktor
2026-07-01
Azərbaycanın uğurlu siyasət strategiyası - Regional və qlobal miqyasda mühüm faktor
2026-07-01
Millət vəkili Günay Ağamalı Biləsuvarın Əliabad kəndində vətəndaşları qəbul edib
2026-07-01
Deputat Günay Ağamalı Şorkənd sakinlərinin müraciətlərini dinləyib
2026-07-01
Bu gün Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 6 ili tamam olur.
2026-07-01
Milli Məclisin deputatı Günay Ağamalı Salyan Rayonun Qızılağac kəndində növbəti dəfə vətəndaş qəbulu keçirib!
2026-06-30
"Yeni reallıqların müəllifi Azərbaycandır”
2026-06-29
Məlahət İbrahimqızı: "Qərbi Azərbaycan qadınları Qayıdış Konsepsiyasının aparıcı qüvvəsidir"
2026-06-29
Dərinləşdikcə strateji tərəfdaşlıq mərhələsinə daxil olan Azərbaycan–Türkmənistan əlaqələri Avrasiya qitəsi üçün yeni regional imkanlar yaradır
2026-06-28
"AŞPA-nın növbəti qərəzli mövqeyi ikili standartlar siyasətinin ardıcıl təzahürüdür"
2026-06-28
Qərbi Azərbaycan İcması adından 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!
2026-06-26
Zəfər ruhlu ordumuz
2026-06-26
Qüdrətin və Qürurun Təcəssümü - Azərbaycan Silahlı Qüvvələrinin Şanlı Salnaməsi
2026-06-26
“Azərbaycan günümüzdə regionda etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi çıxış edir” - DEPUTAT DANIŞDI
2026-06-25

2026-06-24