Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
SİYASƏT
AQEM Sədrliyinin Strateji Prioritetləri
SİYASƏT
Azərbaycanın Qlobal Diplomatiya Modeli
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Füzuli müasir quruculuq və inkişaf yolunda
SİYASƏT
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
SİYASƏT
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
SİYASƏT
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
SİYASƏT
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
SİYASƏT
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
SİYASƏT
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
SİYASƏT
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
SİYASƏT
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
SİYASƏT
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi

Azərbaycan–Avropa əməkdaşlığı yeni mərhələdə

2026-07-08 05:22:42 156 baxış
Xəbər şəkil

 

2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, həmçinin mətbuata verilən birgə bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının bəyanatında səsləndirilən fikirlər göstərir ki, tərəflər arasında əməkdaşlıq artıq təkcə enerji sektoru ilə məhdudlaşmır, siyasi dialoq, iqtisadi əlaqələr, ticarət, nəqliyyat-kommunikasiya, yaşıl enerji, regional təhlükəsizlik və digər istiqamətlər üzrə də genişlənərək daha strateji xarakter alır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər hazırda çox mühüm bir mərhələyə daxil olub. Bunun ən bariz göstəricilərindən biri son aylarda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin ölkəmizə ardıcıl səfərləridir. Bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, iyul ayında isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərləri Brüsselin ölkəmizlə münasibətlərə verdiyi əhəmiyyətin göstəricisidir. Bu səfərlər siyasi dialoqun intensiv xarakter aldığını və qarşılıqlı etimadın daha da möhkəmləndiyini təsdiqləyir.
Azərbaycan hər zaman Avropa İttifaqı ilə münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqların nəzərə alınması prinsipləri əsasında inkişaf etdirilməsinin tərəfdarı olub. Prezident İlham Əliyevin bəyanatında da qeyd olunduğu kimi, bu gün münasibətlərdə görünməmiş dinamika müşahidə edilir. Hər iki tərəf əməkdaşlığın genişləndirilməsi istiqamətində siyasi iradə nümayiş etdirir və bu iradə konkret layihələr, qarşılıqlı səfərlər və praktiki əməkdaşlıq formatlarında öz əksini tapır.
Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti ilk növbədə ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı nüfuzdan irəli gəlir. Dövlətimiz uzun illərdir ki, üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri vaxtında və yüksək məsuliyyətlə yerinə yetirir. Məhz bu etibarlılıq Avropa İttifaqı ilə münasibətlərin davamlı inkişafına möhkəm zəmin yaradır. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş amili xüsusi əhəmiyyət kəsb edir və Azərbaycan bu statusunu ardıcıl siyasəti ilə təsdiqləyib.
Prezident İlham Əliyev çıxışında iqtisadi əlaqələrin mövcud vəziyyətinə də xüsusi diqqət çəkərək bildirdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqına üzv dövlətlərin payına düşməsi tərəflər arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir. Digər tərəfdən, Azərbaycan da Avropa İttifaqının Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşıdır və regionun ümumi ticarət dövriyyəsinin təxminən 70 faizi məhz ölkəmizin payına düşür. Bu göstəricilər Azərbaycanın region iqtisadiyyatında aparıcı mövqeyə malik olduğunu və Avropa bazarı üçün mühüm tərəfdaş kimi çıxış etdiyini təsdiq edir.
Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında enerji sektoru xüsusi yer tutur. Dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu bu əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu. Həmin sənədin imzalanmasından sonra Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə təbii qaz ixracının təxminən 65 faiz artması həyata keçirilən siyasətin uğurlu nəticəsidir. Hazırda ixrac olunan təbii qazın yarısı Avropa bazarına yönəldilir və artıq Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazından istifadə edir. Bununla yanaşı, gələcəkdə bu coğrafiyanın daha da genişləndirilməsi üçün real imkanlar mövcuddur.
Enerji təhlükəsizliyi müasir dövrdə hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Son illər dünyada baş verən geosiyasi proseslər göstərdi ki, etibarlı enerji mənbələrinin və təhlükəsiz nəql marşrutlarının mövcudluğu dövlətlərin iqtisadi sabitliyi üçün həlledici əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində illərlə ardıcıl siyasi fəaliyyət göstərib, mühüm diplomatik təşəbbüslər irəli sürüb və milyardlarla dollar həcmində sərmayə yatıraraq müasir enerji infrastrukturunu formalaşdırıb.
Bu baxımdan Cənub Qaz Dəhlizi XXI əsrin ən uğurlu beynəlxalq enerji layihələrindən biri hesab olunur. Təxminən 3500 kilometr uzunluğunda olan vahid boru kəməri sistemi Xəzər dənizinin enerji ehtiyatlarını Avropa bazarları ilə birləşdirərək qitənin enerji təchizatında mühüm rol oynayır. Layihənin uğurla həyata keçirilməsi Azərbaycanın təşəbbüskar dövlət, etibarlı tərəfdaş və böyük regional layihələri uğurla reallaşdırmaq potensialına malik ölkə olduğunu bir daha sübut edib.
Prezident İlham Əliyevin bəyanatında xüsusi yer verilən məsələlərdən biri də nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi oldu. Son illərdə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına böyük həcmdə investisiyalar yatıraraq Avrasiyanın mühüm logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmizin əlverişli coğrafi mövqeyi, müasir liman infrastrukturu, yenilənmiş dəmir yolu şəbəkəsi və avtomobil yolları beynəlxalq yükdaşımaların həcminin davamlı artmasına şərait yaradır. Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlər üzrə dinamik şəkildə artır. Xüsusilə dəyişən geosiyasi reallıqlar fonunda alternativ və təhlükəsiz nəqliyyat marşrutlarına tələbatın yüksəlməsi ölkəmizin tranzit imkanlarının əhəmiyyətini daha da artırır. Bu reallığı nəzərə alan Azərbaycan hökuməti dəniz limanlarının, dəmir yolu xətlərinin və logistika mərkəzlərinin genişləndirilməsi istiqamətində yeni investisiya layihələrini həyata keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün bu işlər planlı şəkildə, ölkənin maliyyə imkanları və uzunmüddətli inkişaf strategiyası əsasında həyata keçirilir.
Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri təkcə milli maraqlara deyil, həm də regional və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir. Qonşu dövlətlərlə formalaşdırılmış qarşılıqlı etimada əsaslanan münasibətlər müxtəlif ölkələri birləşdirən çoxtərəfli əməkdaşlıq platformalarının yaranmasına şərait yaradıb. Bu layihələr iqtisadi əlaqələrin genişlənməsinə, ticarətin artmasına, yeni investisiyaların cəlb edilməsinə və regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Bir sözlə, Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə birgə bəyanatı bir daha göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı maraqlar, etibarlı tərəfdaşlıq və uzunmüddətli strateji baxış üzərində qurulub. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat və logistika sahələrində əldə olunan uğurlar bu tərəfdaşlığın gələcək illərdə daha da dərinləşəcəyinə əsas verir. Azərbaycanın təşəbbüskarı olduğu regional layihələr, həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət və etibarlı tərəfdaş imici ölkəmizin həm Avropa İttifaqı, həm də bütövlükdə Avrasiya məkanında strateji əhəmiyyətini daha da artırır.

Daşqın Cəbiyev,
YAP Salyan rayon təşkilatının fəalı





Oxşar xəbərlər


Xəbər lenti
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
2026-10-16
AQEM Sədrliyinin Strateji Prioritetləri
2026-10-16
Azərbaycanın Qlobal Diplomatiya Modeli
2026-10-16
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-10-16
Füzuli müasir quruculuq və inkişaf yolunda
2026-10-16
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
2026-10-16
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
2026-10-16
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
2026-10-15
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
2026-10-15
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
2026-10-15
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
2026-10-13
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
2026-10-13
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
2026-10-13
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
2026-10-13
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
2026-10-13
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
2026-10-13
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
2026-10-13
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
2026-10-13
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-13
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-13
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
2026-10-12
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
2026-10-12
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
2026-10-12
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
2026-10-12
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
2026-10-12
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
2026-10-12
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-12