Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycan dili: müasir dövrün çağırışları və inkişaf perspektivləri
SİYASƏT
Ana dilimiz – milli sərvətimiz
SİYASƏT
Azərbaycan dili: milli kimliyimizin və dövlətçiliyimizin əbədi dayağı
SİYASƏT
Azərbaycan–Avropa tərəfdaşlığında yeni istiqamətlər: yaşıl enerji imkanları
SİYASƏT
Azərbaycan–Avropa əməkdaşlığı yeni mərhələdə
SİYASƏT
Hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir
SİYASƏT
Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların müəllifi qalib Azərbaycandır - ŞƏRH
SİYASƏT
Rəqəmsallaşma dövlət idarəçiliyinin və bütövlükdə cəmiyyətin inkişafının əsas istiqamətlərindəndir- ŞƏRH
CƏMİYYƏT
​Milli Məclisin deputatı Günay Ağamalı :Leyla xanım Əliyevanı təbrik edib
CƏMİYYƏT
​YAP Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İH Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir təşkil edib
SİYASƏT
Türkoloji Qurultayın 100 illik yubileyi - Mədəni əməkdaşlığı daha da gücləndirən mühüm faktor
SİYASƏT
Azərbaycanın uğurlu siyasət strategiyası - Regional və qlobal miqyasda mühüm faktor
SİYASƏT
Millət vəkili Günay Ağamalı Biləsuvarın Əliabad kəndində vətəndaşları qəbul edib
SİYASƏT
Bu gün Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 6 ili tamam olur.
SİYASƏT
Milli Məclisin deputatı Günay Ağamalı Salyan Rayonun Qızılağac kəndində növbəti dəfə vətəndaş qəbulu keçirib!
SİYASƏT
"Yeni reallıqların müəllifi Azərbaycandır”
SİYASƏT
Məlahət İbrahimqızı: "Qərbi Azərbaycan qadınları Qayıdış Konsepsiyasının aparıcı qüvvəsidir"
SİYASƏT
Dərinləşdikcə strateji tərəfdaşlıq mərhələsinə daxil olan Azərbaycan–Türkmənistan əlaqələri Avrasiya qitəsi üçün yeni regional imkanlar yaradır
SİYASƏT
"AŞPA-nın növbəti qərəzli mövqeyi ikili standartlar siyasətinin ardıcıl təzahürüdür"
SİYASƏT
Qərbi Azərbaycan İcması adından 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!
SİYASƏT
Zəfər ruhlu ordumuz
SİYASƏT
Qüdrətin və Qürurun Təcəssümü - Azərbaycan Silahlı Qüvvələrinin Şanlı Salnaməsi
SİYASƏT
“Azərbaycan günümüzdə regionda etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi çıxış edir” - DEPUTAT DANIŞDI
SİYASƏT
Deputat Günay Agamali :Tarixi yazanlara hesabat yazanlar dil uzada bilməz!
SİYASƏT
26 İyun - Azərbaycan Ordusunun Şərəf Salnaməsi
SİYASƏT
Müasir Ordu Quruculuğunun Şərəfli Tarixi
SİYASƏT
Azərbaycan Ordusunun 108 İllik Şanlı Yolu
SİYASƏT
Azərbaycan və Türkmənistan: ortaq dəyərlər üzərində qurulan qardaşlıq və əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan-Türkmənistan əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycan-Türkmənistan münasibətləri: tarixi köklərə söykənən strateji tərəfdaşlıq

Ana dilimiz – milli sərvətimiz

2026-07-31 15:27:00 32 baxış
Xəbər şəkil

Müstəqilliyini bərpa edən hər bir dövlət üçün milli dəyərlərin qorunması və onların hüquqi əsaslarının yaradılması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan dövlət dilinin statusunun müəyyənləşdirilməsi müstəqil dövlət quruculuğunun əsas istiqamətlərindən biridir. Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı zəngin dil irsi müstəqillik illərində dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmiş, Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi, tətbiq dairəsinin genişləndirilməsi və inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Bu gün Azərbaycan dili dövlət idarəçiliyində, ictimai-siyasi həyatda və milli-mədəni mühitdə öz layiqli yerini qoruyaraq müasir Azərbaycanın inkişafının mühüm göstəricilərindən birinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyev ana dilini xalqın milli-mənəvi sərvəti kimi yüksək qiymətləndirərək deyirdi: "Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır." Bu fikirlər Azərbaycan dilinə yalnız ünsiyyət vasitəsi kimi deyil, xalqın milli ruhunu yaşadan mənəvi sərvət kimi yanaşmanın ən dolğun ifadəsidir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ana dilinin hüquqi statusunun daha da möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası oldu. Konstitusiya hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüş, geniş ictimai müzakirələr aparılmışdı. Müzakirələr zamanı cəmiyyətin böyük əksəriyyəti dövlət dilinin məhz Azərbaycan dili adlandırılmasını dəstəklədi. Nəticədə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Bununla da ana dilimiz müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyən edən ali sənəddə öz layiqli yerini aldı və dövlətçiliyimizin ayrılmaz atributu kimi təsdiqləndi.
Azərbaycan dilinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə yanaşı, onun dövlət idarəçiliyində, təhsil sistemində, elm, mədəniyyət və ictimai həyatın bütün sahələrində geniş tətbiqinin təmin olunması da xüsusi diqqət mərkəzində saxlanıldı. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanı Azərbaycan dil siyasətinin inkişafında yeni mərhələ açdı. Həmin Fərman dövlət dilinin tətbiqi ilə bağlı mövcud vəziyyəti hərtərəfli qiymətləndirərək qarşıda duran vəzifələri müəyyənləşdirdi, Azərbaycan dilinin dövlət idarəçiliyində və ictimai həyatın bütün sahələrində daha geniş tətbiqini təmin etmək üçün mühüm hüquqi və təşkilati mexanizmlər formalaşdırdı. Elə həmin Fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması dövlət dilinin qorunması, inkişaf etdirilməsi və tətbiqinə sistemli yanaşmanın formalaşmasına xidmət etdi.
Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl siyasətin mühüm tərkib hissələrindən biri də ana dilimizin və milli əlifbamızın dövlət səviyyəsində təbliği oldu. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün təkcə əlifba tariximizin deyil, həm də ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin təntənəsidir. Qloballaşmanın sürətləndiyi, müxtəlif dillərin qarşılıqlı təsirinin artdığı müasir dövrdə bu qərar Azərbaycan dilinin milli-mənəvi dəyər kimi qorunmasına xidmət edən mühüm addımlardan biri olmuşdur.
Ana dilinin dövlət dili kimi hüquqi əsaslarının daha da möhkəmləndirilməsi məqsədilə 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul edildi. Bu Qanunda Azərbaycan Respublikasının Azərbaycan dilinin dövlət dili kimi işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri hesab etdiyi xüsusi vurğulanır. Eyni zamanda dövlətin Azərbaycan dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdiyi, dünya azərbaycanlılarının milli-mədəni özünüifadə ehtiyaclarının təmin olunmasına xüsusi önəm verdiyi əksini tapır. Sözügedən Qanun dövlət dilinin hüquqi statusunu dəqiq müəyyən etməklə yanaşı, onun cəmiyyət həyatının bütün sahələrində tətbiqinin əsas prinsiplərini də müəyyənləşdirdi.
Dilin inkişafı yalnız hüquqi sənədlərlə məhdudlaşmır. Onun düzgün işlədilməsi, yazı normalarının qorunması və vahid dil qaydalarının formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan dilinin Orfoqrafiya Normaları" dilimizin müasir inkişaf mərhələsində mühüm əhəmiyyət kəsb edən sənədlərdən biridir. Orfoqrafiya normalarının yenilənməsi yazı mədəniyyətinin təkmilləşdirilməsinə, vahid dil qaydalarının tətbiqinə və Azərbaycan dilinin zəngin imkanlarının daha səmərəli istifadəsinə mühüm töhfə vermişdir.
Müasir dövrdə Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasını və inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi davam etdirir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, "Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır." Prezident İlham Əliyev qeyd edir ki, son illərdə dilimizə lüzumsuz şəkildə daxil edilən bəzi xarici sözlər onun təbii inkişafına mənfi təsir göstərə bilər. Bu baxımdan media qurumlarının, televiziya kanallarının, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin dil siyasətini yüksək qiymətləndirərək hər il avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunmasının ana dilimizin təbliği və qorunması baxımından mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayır.
Bu gün Azərbaycan dili təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı vahid milli kimlik ətrafında birləşdirən mənəvi körpüdür. Dövlətin həyata keçirdiyi məqsədyönlü dil siyasəti nəticəsində Azərbaycan dili beynəlxalq tədbirlərdə, diplomatik münasibətlərdə, elm və təhsil mühitində, informasiya-kommunikasiya texnologiyalarında və rəqəmsal platformalarda öz mövqeyini getdikcə daha da möhkəmləndirir. Bu inkişaf milli-mənəvi dəyərlərimizin qorunması ilə müasir dünyanın çağırışları arasında uğurlu tarazlığın təmin edilməsinin bariz nümunəsidir.
Azərbaycan dilinin inkişafı istiqamətində qəbul edilən qanunlar, fərmanlar və həyata keçirilən dövlət proqramları göstərir ki, ana dilimizə münasibət ölkəmizdə ardıcıl və məqsədyönlü siyasət əsasında formalaşıb. Bu siyasətin əsas məqsədi yalnız Azərbaycan dilinin hüquqi statusunu qorumaq deyil, eyni zamanda onun müasir dövrün tələblərinə uyğun inkişafını təmin etməkdir. Bu gün hər bir azərbaycanlının qarşısında duran vəzifələrdən biri də dilimizin zənginliyini, ifadə imkanlarını və saflığını qorumaqdır. Çünki dövlətin yaratdığı hüquqi imkanlarla yanaşı, dilin yaşadılması və gələcək nəsillərə ötürülməsi cəmiyyətin fəal münasibətindən asılıdır. Azərbaycan dili dövlətimizin müstəqilliyini ifadə edən mühüm atribut olmaqla yanaşı, xalqımızın milli düşüncəsini, dünyagörüşünü və mədəni irsini yaşadan əbədi dəyərdir.

Günel Orucova, 
Salyan şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Dilçilik İnstitutunun dissertantı, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Azərbaycan dili: müasir dövrün çağırışları və inkişaf perspektivləri
2026-07-31
Ana dilimiz – milli sərvətimiz
2026-07-31
Azərbaycan dili: milli kimliyimizin və dövlətçiliyimizin əbədi dayağı
2026-07-31
Azərbaycan–Avropa tərəfdaşlığında yeni istiqamətlər: yaşıl enerji imkanları
2026-07-08
Azərbaycan–Avropa əməkdaşlığı yeni mərhələdə
2026-07-08
Hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir
2026-07-08
Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların müəllifi qalib Azərbaycandır - ŞƏRH
2026-07-06
Rəqəmsallaşma dövlət idarəçiliyinin və bütövlükdə cəmiyyətin inkişafının əsas istiqamətlərindəndir- ŞƏRH
2026-07-06
​Milli Məclisin deputatı Günay Ağamalı :Leyla xanım Əliyevanı təbrik edib
2026-07-03
Günay Ağamalı Azərbaycan Polisini Təbrik Etdi: "Polis Əməkdaşları Gecə-Gündüz Yorulmadan Xidmət Edən Qəhrəmanlardır"
2026-07-03
​YAP Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İH Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir təşkil edib
2026-07-01
Türkoloji Qurultayın 100 illik yubileyi - Mədəni əməkdaşlığı daha da gücləndirən mühüm faktor
2026-07-01
Azərbaycanın uğurlu siyasət strategiyası - Regional və qlobal miqyasda mühüm faktor
2026-07-01
Millət vəkili Günay Ağamalı Biləsuvarın Əliabad kəndində vətəndaşları qəbul edib
2026-07-01
Deputat Günay Ağamalı Şorkənd sakinlərinin müraciətlərini dinləyib
2026-07-01
Bu gün Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 6 ili tamam olur.
2026-07-01
Milli Məclisin deputatı Günay Ağamalı Salyan Rayonun Qızılağac kəndində növbəti dəfə vətəndaş qəbulu keçirib!
2026-06-30
"Yeni reallıqların müəllifi Azərbaycandır”
2026-06-29
Məlahət İbrahimqızı: "Qərbi Azərbaycan qadınları Qayıdış Konsepsiyasının aparıcı qüvvəsidir"
2026-06-29
Dərinləşdikcə strateji tərəfdaşlıq mərhələsinə daxil olan Azərbaycan–Türkmənistan əlaqələri Avrasiya qitəsi üçün yeni regional imkanlar yaradır
2026-06-28
"AŞPA-nın növbəti qərəzli mövqeyi ikili standartlar siyasətinin ardıcıl təzahürüdür"
2026-06-28
Qərbi Azərbaycan İcması adından 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!
2026-06-26
Zəfər ruhlu ordumuz
2026-06-26
Qüdrətin və Qürurun Təcəssümü - Azərbaycan Silahlı Qüvvələrinin Şanlı Salnaməsi
2026-06-26
“Azərbaycan günümüzdə regionda etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi çıxış edir” - DEPUTAT DANIŞDI
2026-06-25

2026-06-24