Milli məclisin deputatı Günay Ağamalı Milli incəsənət Muzeyində tədbirində iştirak edib
Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində deputat həmkarlarımla birlikdə dahi sənətkar, Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanınmasında misilsiz xidmətləri olan Rəşid Behbudovun 110 illik yubileyinə həsr edilmiş “Səsin rəngi” adlı sərginin açılış mərasimində iştirak etdik.
Sərgi sənətkarın xatirəsinə, bənzərsiz səsinin, zəngin yaradıcılıq yolunun və milli mədəniyyətimizə verdiyi əvəzsiz töhfələrin sənət dili ilə ifadəsidir. Rəşid Behbudov özünəməxsus ifa tərzi ilə Azərbaycan musiqisini dünya səhnələrinə daşıyan nadir sənətkarlardandır.
Mədəni təşəbbüslər milli irsimizin qorunması, gələcək nəsillərə ötürülməsi və mədəni yaddaşımızın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Rəşid Behbudovun zəngin sənət irsi daim yaşayacaq və Azərbaycan mədəniyyətinin qürur mənbəyi olaraq qalacaq.


