Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
“BBG Energy” qlobal mövcudluğunu genişləndirir
SİYASƏT
Bakının mesajı Moskvaya çatdırıldı
SİYASƏT
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mühüm ictimai-siyasi gündür - Deputat
SİYASƏT
Dünya Azərbaycanlılarının Həmrəyliyi və Qurultaylar Platforması
SİYASƏT
Həmrəylik günü – milli birlik və azərbaycançılıq məfkurəsinin təntənəsi
SİYASƏT
Dünya azərbaycanlılarının həmrəyliyi: tarixi əsaslar və Heydər Əliyev irsi
SİYASƏT
Uzunmüddətli perspektivə hesablanmış siyasət
SİYASƏT
Deputat: “İlham Əliyev Qarabağda tarix yazır”
SİYASƏT
Zəngəzur əvəzinə, Qazax yolu?
SİYASƏT
Azərbaycanın beynəlxalq idman arenalarındakı uğurları və inkişaf perspektivlər
SİYASƏT
Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətidir
SİYASƏT
Zəfər ruhu, dövlət bayrağı və Azərbaycan idmançısının artan məsuliyyəti
SİYASƏT
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli kimliyinin, birlik və bərabərliyinin simvoluna çevrilmiş əlamətdar tarixi gündür
SİYASƏT
Həmrəylikdən Zəfərə
SİYASƏT
Dünya azərbaycanlılarını birləşdirən qalib dövlət.
SİYASƏT
Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümü.
SİYASƏT
AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya üzərinə düşən öhdəlikləri icra etməkdən yayınır"
SİYASƏT
Hərbi gücümüzü artırmalıyıq" - Komitə sədri prezidentin çağırışını şərh ETDİ
SİYASƏT
Milli Məclisin deputatı: Prezident İlham Əliyev hər bir böyük idman uğurunu şəxsən dəyərləndirir
CƏMİYYƏT
Deputat: Vəkilləri peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Türkiyə aviasiya tarixində ilkə imza atıb –İki "Bayraktar" eyni vaxtda uçdu
SİYASƏT
Dövlətin idmana göstərdiyi davamlı diqqət ildən-ilə daha böyük nəticələrə gətirib çıxarır və idmançılarımız artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara qatılırlar.
SİYASƏT
Tramp Putinlə telefonla danışdı –"Çox yaxşı danışığım oldu”
SİYASƏT
Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir
SİYASƏT
Uzunmüddətli perspektivə hesablanmış siyasət
SİYASƏT
“Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birliyimizin, gücümüzün və gələcəyə inamımızın rəmzidir.”
SİYASƏT
Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir
SİYASƏT
Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır
SİYASƏT
Ermənistanın viran qoyduğu torpaqlarda Azərbaycan bu gün yenidən həyat qurur”
CƏMİYYƏT
Milli məclisin deputatı Günay Ağamalı Milli incəsənət Muzeyində tədbirində iştirak edib 

Zəngəzur əvəzinə, Qazax yolu?

2025-12-29 20:42:58 94 baxış
Xəbər şəkil

Ekspertlər düşünür ki, məhz İcevan yolu Ermənistana taxıl və neft daşınması üçün ən yaxşı yoldur, amma bu...

İran Zəngəzur dəhlizinin heç bir şəkildə, heç bir ad altında, heç bir tərəfin iştirakı ilə çəkilməsini istəmir. Onun üçün yeganə məqbul variant bu dəhlizin ümumiyyətlə olmamasıdır. İran tərəfi Zəngəzur dəhlizi məsələsində israrlı şəkildə əks mövqe qoyaraq, müxtəlif bəhanələr gətirməklə prosesi qaralamağa çalışır. Hələ bir müddət əvvəl İranın dini lideri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayətinin verdiyi açıqlama da bunu təsdiqləyir.

Lakin Tehran mediasında başqa bir maraqlı tendensiya diqqəti çəkir. Məsələ odur ki, İran Zəngəzur dəhlizinin deyil, başqa bir yolun açılmasının təşəbbüskarı kimi çıxış etməyə çalışır. Məsələn, SEPAH-a bağlı “Tasnim” Agentliyi yazıb ki, İcevan-Qazax yolu çəkilərsə, bu tarixdə Qərblə Şərqi birləşdirən ən qısa quru yol olacaq. Daha sonra isə “Bu, Azərbaycan və Ermənistan üçün ciddi əhəmiyyət daşıyır”, - deyə qeyd edib. 

İran əvvəllər Zəngəzur dəhlizi ilə bağlı Rusiya ilə şiddətli diplomatik və siyasi qarşıdurmaya girsə də, Tehran və Moskva indi “Tramp marşrutu”na qarşı mahiyyətcə birləşib, eyni zamanda rəsmi İrəvana yeni təzyiqlər silsiləsi başlayıb. 

Həqiqətən də ekspertlər düşünürlər ki, məhz Qazax-İcevan yolu Ermənistana taxıl və neft daşınması üçün ən yaxşı yoldur və bərpa edilməlidir. Aydın məsələdir ki, bu, Gürcüstan üçün iqtisadi baxımdan heç də arzuolunan mənzərə deyil. Çünki bu tranzitdən qazanılan milyonlar indi Ermənistanın qazancına çevrilə bilər. Ekspertlər qeyd edir ki, dəmir yolunun bərpasının sürətlənməsi üçün Ermənistandakı esklavlarımızın qaytarılmasına zərurət var. Xüsusilə də dəmir yolu xəttinin keçdiyi kəndlər - Sofulu və Bərxudarlı kəndlərinin qaytarılması və sürətli olaraq, Qazaxdan həmin kəndlərə həm avtomobil, həm də dəmir yolunun inşası ən real yoldur. Azərbaycan bu istiqamətdə işləri tez həyata keçirə bilər. İranın və Rusiyanın təzyiqlərindən yayınmaq üçün Qazax-İcevan müvəqqəti çıxış yolu kimi görünə bilər. Zəngəzur daha geniş layihədir, amma onun inşası uzana bilər.

Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat yaydı

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra regionda kommunikasiya xətlərinin açılması ətrafında gedən müzakirələr bir daha göstərir ki, bu məsələ iqtisadi, geosiyasi və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir: “Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı İranın tutduğu mövqe açıq və birmənalıdır. Rəsmi Tehran sözügedən layihənin reallaşmasını istəmir. Mövqe müxtəlif bəhanələr və siyasi manipulyasiyalarla müşayiət olunur və prosesin məqsədli şəkildə qaralanmasına xidmət edir. İran rəsmiləri Zəngəzur dəhlizi fonunda Azərbaycan və Türkiyənin regiondakı aparıcı rolunun daha artmasından narahatdır. 

Eyni zamanda diqqətçəkən məqam ondan ibarətdir ki, İran mediasında Zəngəzur dəhlizinə alternativ kimi Qazax-İcevan yolunun önə çıxarılması tendensiyası müşahidə olunur. Yanaşma ilk baxışdan regional əməkdaşlıq təşəbbüsü kimi təqdim edilsə də, niyyət Zəngəzur layihəsini neytrallaşdırmaqdır və Azərbaycanın strateji maraqlarını tamamilə ziddir. İranın bir tərəfdən Zəngəzur dəhlizinə qəti etiraz etməsi, digər tərəfdən alternativ marşrutları təşviq etməsi regionda nəqliyyat arxitekturasını öz maraqları çərçivəsində formalaşdırmaq cəhdindən xəbər verir.

Qazax-İcevan xəttinin bərpası ilə bağlı müzakirələrdə bir məqam xüsusi vurğulanmalıdır ki, bu marşrut Azərbaycanın suveren hüquqları ilə birbaşa bağlıdır. Həmin istiqamətdə real və davamlı nəqliyyat əlaqəsinin qurulması üçün Ermənistan tərəfindən işğal olunmuş Sofulu və Bərxudarlı kəndlərinin, ümumilikdə, anklavların geri qaytarılması zəruri şərtdir. Bu kəndlərsiz nə dəmir yolunun, nə də avtomobil magistralının təhlükəsiz və tamhüquqlu fəaliyyəti mümkün ola bilməz.

Şübhəsiz ki, Qazax-İcevan yolu müəyyən mərhələdə müvəqqəti texniki həll kimi gündəmə gələ bilər. Lakin bu marşrut Zəngəzur dəhlizini əvəz edən alternativ kimi təqdim edilə bilməz. Burada Gürcüstan tərəfinin də narahatlıqlarının iqtisadi əsası yoxdur. Ölkəmiz məhz şaxələndirilmiş nəqliyyat-komunikasiya şəbəkəsi formalaşdırmaq istəyir ki, bu xətt bütün bölgə dövlətləri üçün faydalıdır. Yəni Zəngəzur dəhlizinin reallaşması ölkəmizin və bütövlükdə regionun iqtisadi inteqrasiyasına və sabitliyinə xidmət edəcək. 

Azərbaycan bu məsələdə prinsipial mövqeyindən geri çəkilməyəcək. Heç bir  təzyiq ölkəmizin suveren hüquqlarını və milli maraqlarını kölgə altına ala bilməz. Biz regional kommunikasiyaların açılmasının tərəfdarıyıq və bu proses ədalət, beynəlxalq hüquq və qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirilməlidir".

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə qeyd etdi ki, İran Zəngəzur dəhlizinin açılmasına heç bir halda əngəl ola bilməyəcək: “8 avqustda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın iştirakı ilə əldə edilmiş razılaşmalar, Tramp yolunun açılması barədə imzalanan sənədlər prosesi geri dönüşü olmayan prosesə çevirdi. Bu yolun adının necə adlandırılmasından asılı olmayaraq açılacaq və bunun da arxasında Birləşmiş Ştatlar kimi qlobal super güc dayanır.  İranın hədələri və təxribatları nəticə verməyəcək. Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin bir neçə istiqamətdə olması sovet dönəmlərində də var idi. Eynilə də Naxçıvanı Azərbaycana birləşdirən dəmiryol xətti də mövcud olub. İranın da siyasi coğrafiyası dəyişməyib. Tehran bəhanə edir ki, Zəngəzur dəhlizinin işə salınması onun təhlükəsizliyini təhdid edir. Dövlətlərin ərazisi dəyişdirilir, ABŞ regiona daxil olur və s. Bütün bunların hamısı cəfəngiyyatdan başqa bir şey deyil. Əksinə, bu yolun açılması regionun hərtərəfli inteqrasiyasına və inkişafına stimul verəcək. Təhlükəsizliyini təminat altına alacaq. Həm də bu dəhliz təkcə Azərbaycanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiya dəhlizi olmayacaq. Asiya ilə Avropanı birləşdirən və iqtisadi siyasi cəhətdən möhkəm bağlayan bağ olacaq. Bu layihə birləşdirici xarakter alacaq. Zəngəzur dəhlizi ilə bağlı Moskvanın İrana təzyiq etmək üçün bir neçə aləti var. İqtisadi, ticari asılılıqdan tutulmuş siyasi asılılığa qədər Kreml İrəvana təsir göstərə, eyni zamanda 2020-ci il 10  noyabr bəyanatındakı 9-cu bəndə istinad edə bilər. Moskva bununla bağlı bəzi xatırlatmalarını da səsləndirib. Bunun isə nəyisə dəyişəcəyinə inanmıram. Yükdaşımaların Qazax-İcevan dəmir yolu xətti ilə göndərilməsi mümkündür, ancaq öncə sülh sazişi imzalanmalı, bəzi delimitasiya problemləri həll edilməlidir.  Bu xəttin özünün də əsaslı təmirə ehtiyacı var və bu işlər  müəyyən zaman alacaq. Zəngəzur dəhlizinin də digər nəqliyyat xətləri ilə əvəzləməsi mümkün deyil. Odur ki, nə Rusiya, nə də İran Zəngəzur (TRIPP) yolunu özlərinin istədikləri kimi improvizə edə və dəyişə bilməzlər. Bu artıq qlobal bir layihənin qırılmaz zənciri halına gəlib”.

Oxşar xəbərlər
Xəbər lenti
“BBG Energy” qlobal mövcudluğunu genişləndirir
2025-12-31
Bakının mesajı Moskvaya çatdırıldı
2025-12-31
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mühüm ictimai-siyasi gündür - Deputat
2025-12-30
Dünya Azərbaycanlılarının Həmrəyliyi və Qurultaylar Platforması
2025-12-30
Həmrəylik günü – milli birlik və azərbaycançılıq məfkurəsinin təntənəsi
2025-12-30
Dünya azərbaycanlılarının həmrəyliyi: tarixi əsaslar və Heydər Əliyev irsi
2025-12-30
Uzunmüddətli perspektivə hesablanmış siyasət
2025-12-30
Deputat: “İlham Əliyev Qarabağda tarix yazır”
2025-12-30
Zəngəzur əvəzinə, Qazax yolu?
2025-12-29
Azərbaycanın beynəlxalq idman arenalarındakı uğurları və inkişaf perspektivlər
2025-12-29
Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətidir
2025-12-29
Zəfər ruhu, dövlət bayrağı və Azərbaycan idmançısının artan məsuliyyəti
2025-12-29
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli kimliyinin, birlik və bərabərliyinin simvoluna çevrilmiş əlamətdar tarixi gündür
2025-12-29
Həmrəylikdən Zəfərə
2025-12-29
Xalqı birləşdirən Qələbə.
2025-12-29
Dünya azərbaycanlılarını birləşdirən qalib dövlət.
2025-12-29
Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümü.
2025-12-29
AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya üzərinə düşən öhdəlikləri icra etməkdən yayınır"
2025-12-29
Hərbi gücümüzü artırmalıyıq" - Komitə sədri prezidentin çağırışını şərh ETDİ
2025-12-29
Milli Məclisin deputatı: Prezident İlham Əliyev hər bir böyük idman uğurunu şəxsən dəyərləndirir
2025-12-29
Deputat: Vəkilləri peşə bayramı münasibətilə təbrik edib
2025-12-29
Türkiyə aviasiya tarixində ilkə imza atıb –İki "Bayraktar" eyni vaxtda uçdu
2025-12-28
Dövlətin idmana göstərdiyi davamlı diqqət ildən-ilə daha böyük nəticələrə gətirib çıxarır və idmançılarımız artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara qatılırlar.
2025-12-28
Tramp Putinlə telefonla danışdı –"Çox yaxşı danışığım oldu”
2025-12-28
TƏBİB ilə Çinin aparıcı ali təhsil mərkəzləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
2025-12-27
      Bu il də Azərbaycan idmanı üçün uğurlu il olub. 