Deputat Günay Ağamalı FHN-nin işçilərinin peşə bayramı münasibətilə təbrik edib
Fövqəladə Hallar Nazirliyinin yaranma Günü və peşə bayramı münasibətilə Fövqəladə Hallar Nazirliyinin bütün əməkdaşlarını təbrik edirəm. Siz çətin və məsuliyyətli peşənizlə hər gün insanların həyatını, sağlamlığını və təhlükəsizliyini qoruyur, fədakarlıq və peşəkarlıq nümunəsi göstərirsiniz. Fövqəladə vəziyyətlər zamanı nümayiş etdirdiyiniz çeviklik, cəsarət və yüksək məsuliyyətiniz təqdirəlayiqdir. Bu sahədə formalaşdırılan müasir idarəetmə sistemi və peşəkar kadr potensialı ölkəmizdə təhlükəsizliyin etibarlı təminatına çevrilib.
Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi maddi-texniki baza, kadr hazırlığı və idarəetmə baxımından davamlı şəkildə gücləndirilmiş, qurumun operativliyi və effektivliyi əhəmiyyətli dərəcədə artırılmışdır. Dövlət başçısının təhlükəsizlik və insan həyatının qorunması sahəsində apardığı ardıcıl siyasət FHN-in fəaliyyətində öz real nəticələrini göstərir.
Bu əlamətdar gün münasibətilə bütün əməkdaşlara möhkəm cansağlığı, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. Qoy Vətənə və xalqa xidmət yolunuz daim açıq olsun!
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
16 Dekabr 2025-ci il