Dekabr ayında Yaponiya qardan elektrik enerjisi istehsal etməyə başlayacaq. Alimlərin fikrincə, o, günəş panelləri və yel dəyirmanlarından daha səmərəlidir.
Bu texnologiya qar kütləsinin daxilində və qar yığınından kənarda olan temperatur fərqinə əsaslanır. Aomori küçələrindən qar keçmiş məktəbdə təchiz olunmuş hovuza aparılacaq. Qar laylarında istilikkeçirici borular quraşdırılacaq, çöldəki havanın qızması səbəbindən temperatur fərqindən konveksiya cərəyanı yaranacaq. O, turbini döndərəcək və elektrik enerjisi istehsal edəcək.
Bundan əlavə, texnologiyada isti su mənbələrindən istifadə etmək planlaşdırılır ki, bunun sayəsində böyük temperatur dalğalanmalarından istifadə etmək mümkün olacaq. Tədqiqatçıların hesablamalarına görə, bu elektrik enerjisi 1 kVt/saata 14 sentdən ucuz başa gələcək.
Mütəxəssislər qışda texnoloji istehsalda və təsərrüfatlarda belə konveksiya turbinlərinin tətbiqini təklif edirlər.
Kanal4.az