Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır

2026-10-05 10:29:51 153 baxış
Xəbər şəkil

 

Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlərin əsasında xalqımızın milli iradəsi, dövlətimizin qətiyyəti və cəmiyyətin vahid mövqeyi dayanır. Ölkəmizin qarşısında duran ən mühüm milli məqsədin – ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının həyata keçirilməsi də məhz bu amillərin vəhdəti nəticəsində mümkün olub. Azərbaycan xalqı uzun illər ərzində öz haqqına və tarixi ədalətin bərpa olunacağına inamını qoruyub, dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləyib.
Bu birlik Yeni Azərbaycan Partiyasının fəaliyyətində də öz aydın ifadəsini tapıb. YAP yarandığı ilk gündən dövlətçilik ideyalarını, milli həmrəyliyi və Azərbaycanın müstəqil inkişaf yolunu əsas fəaliyyət istiqamətləri kimi qəbul edib. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qeyd etdiyi kimi, ölkəmizin son illər ərzində keçdiyi uğurlu və şərəfli yolda partiyanın fəallarının böyük payı və töhfəsi vardır. Bu baxımdan partiyanın fəaliyyəti xalqın milli iradəsinin və dövlətçilik mövqeyinin siyasi müstəvidə ifadə olunmasının mühüm istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.
Azərbaycanın Zəfər yolunun ən mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, ölkəmiz bu yolda yalnız hərbi gücünə deyil, eyni zamanda siyasi iradəsinə və xalqın birliyinə arxalanıb. Uzun illər ərzində Ermənistanın işğal siyasətinə son qoyulması istiqamətində aparılan danışıqlar nəticə vermədikdə Azərbaycan öz milli maraqlarını təmin etmək üçün bütün imkanlarını səfərbər etdi. Ölkəmizə qarşı müxtəlif təzyiqlərin göstərildiyi, fərqli siyasi mövqelərin səsləndirildiyi bir şəraitdə Azərbaycan öz yolundan dönmədi.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi bu qətiyyətin ən parlaq təzahürü oldu. Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb etdi, Azərbaycan Ordusu isə Ali Baş Komandanın rəhbərliyi ilə qarşıya qoyulan tarixi vəzifəni yerinə yetirdi. 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması ilə Zəfərimizin həlledici mərhələsi təmin edildi. Bu tarix xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq və 8 Noyabr Azərbaycanın ən möhtəşəm tarixi günlərindən biri kimi gələcək nəsillərə ötürüləcək.
Lakin əldə olunmuş hərbi Zəfərdən sonra qarşıda daha bir mühüm tarixi vəzifə dayanırdı. Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi ilə yanaşı, dövlət suverenliyimizin ölkənin bütün ərazisində bərpa olunması lazım idi. Buna görə də 2020-ci il Zəfərindən sonra Azərbaycanın fəaliyyəti bir gün belə dayanmadı. Siyasi, diplomatik və hərbi istiqamətlərdə ardıcıl addımlar atıldı, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndirildi, ərazidə strateji imkanlarımız genişləndirildi. Prezident İlham Əliyevin VIII Qurultayda qeyd etdiyi kimi, 2020-ci ildən 2023-cü ilin sentyabrına qədər Azərbaycan bir neçə istiqamətdə paralel fəaliyyət göstərib. Bir tərəfdən beynəlxalq müstəvidə ölkəmizin haqlı mövqeyi müdafiə olunub, digər tərəfdən Qarabağ bölgəsində strateji mövqelər gücləndirilib və dövlət suverenliyinin tam bərpası üçün zəruri şərait yaradılıb. Bu prosesin hər bir mərhələsi əvvəlki addımlarla əlaqəli şəkildə həyata keçirilib.
Nəhayət, 2023-cü il sentyabrın 19-da başlayan antiterror tədbirləri sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Beləliklə, 8 Noyabr 2020-ci ildə əldə edilən tarixi Zəfər 20 Sentyabr 2023-cü ildə dövlət suverenliyimizin tam təmin olunması ilə tamamlandı. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu iki tarix təkcə Azərbaycan üçün deyil, beynəlxalq münasibətlər sistemi baxımından da mühüm əhəmiyyət daşıyır.
Məhz bu baxımdan Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirildiyi tarixi şərait xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk qurultaydır. Əvvəlki qurultaylardan fərqli olaraq, bu dəfə partiyanın qarşısında dayanan məsələlər artıq yeni siyasi və geosiyasi reallıqlar fonunda müzakirə olunur. Azərbaycanın milli məqsədlərindən ən mühümü – ərazi bütövlüyünün və suverenliyin tam bərpası artıq gerçəkləşib. Bu, eyni zamanda, əldə edilmiş tarixi nəticələrin qorunması və ölkəmizin qarşısında açılan yeni imkanlardan səmərəli istifadə olunması üçün yeni məsuliyyət deməkdir. Zəfərin qazanılması qədər onun nəticələrinin möhkəmləndirilməsi, dövlətçiliyimizin daha da gücləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin edilməsi də mühüm vəzifələrdəndir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı məhz belə bir mərhələdə partiyanın qarşıdakı fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir.
Bu gün 8 Noyabr və 20 Sentyabr tarixləri Azərbaycanın müasir tarixinin iki mühüm Zəfər səhifəsidir. 8 Noyabr xalqımızın hərbi Zəfərinin, 20 Sentyabr isə dövlət suverenliyimizin tam bərpasının rəmzidir. Bu tarixi nəticələr xalqımızın milli iradəsinin, dövlətimizin qətiyyətli siyasətinin, Azərbaycan Ordusunun gücünün və şəhidlərimizin fədakarlığının məntiqi nəticəsidir. Əldə olunan Zəfər Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açmaqla yanaşı, xalqımızın öz gücünə və dövlətinə olan inamını daha da möhkəmləndirib. Bu gün həmin tarixi nailiyyətlər Azərbaycanın qarşısında yeni imkanlar açır və ölkəmizin daha böyük hədəflərə doğru inamla irəliləməsi üçün möhkəm zəmin yaradır. 
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının məhz belə bir tarixi mərhələdə keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Qurultayda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan son illərdə əldə etdiyi böyük tarixi nəticələri yalnız keçmişin nailiyyəti kimi qiymətləndirmir, bu Zəfərləri gələcək inkişafın möhkəm təməli kimi qəbul edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə qarşısında tamamilə yeni bir inkişaf mərhələsi açıb.
Ən başlıcası isə odur ki, bütün bu proseslər xalqımızın vahid mövqeyi və dövlətimizin qətiyyətli iradəsi ilə həyata keçirilib. Bu birlik və həmrəylik Azərbaycanın ən mürəkkəb sınaqlardan uğurla çıxmasının əsas amillərindən biri olub. Bu gün də əldə edilmiş Zəfərlərin yaratdığı yeni reallıqlar ölkəmizin gələcəyinə inamla baxmağa, dövlətimizin gücünü və beynəlxalq mövqelərini daha da möhkəmləndirməyə imkan verir.
VIII Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən də aydın görünür ki, Azərbaycanın keçdiyi Zəfər yolu təsadüfi hadisələrin deyil, illər ərzində düşünülmüş və ardıcıl şəkildə həyata keçirilmiş dövlət siyasətinin nəticəsidir. Bu siyasətin təməlində milli maraqlar, dövlətçilik iradəsi və xalqın birliyi dayanır. Məhz bu amillər Azərbaycanın tarixinin ən mühüm səhifələrini yazmasına imkan verib və bu gün ölkəmizin yeni uğurlara doğru inamla irəliləməsi üçün möhkəm siyasi və mənəvi əsas yaradıb.

Fariz Sadıqlı,
Salyan rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi, YAP fəalı  

 





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19