Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır

Strateji hədəflərin dolğun ifadəsi

2026-10-09 10:05:24 29 baxış
Xəbər şəkil

 

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Möhtərəm Cənab Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin proqram xarakterli çıxışı ölkəmizin keçdiyi tarixi yolun, qazandığı möhtəşəm nailiyyətlərin və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəflərin dolğun ifadəsidir.

 

Qurultayın xüsusi tarixi əhəmiyyəti var. Yeni Azərbaycan Partiyası ilk dəfədir ki, qurultayı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, separatizmə birdəfəlik son qoyduğu, qalib və qüdrətli dövlət kimi yeni geosiyasi reallıqlar formalaşdırdığı bir dövrdə keçirtdi. 8 Noyabr Zəfəri və 20 Sentyabr suverenliyimizin tam bərpası müasir dövlətçilik tariximizin iki mühüm zirvəsidir. Sözügedən tarixi nailiyyətlərin əsasında Möhtərəm Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi, Ordumuzun qəhrəmanlığı və xalq-iqtidar birliyi dayanır.

 

Dövlətimizin başçısının çıxışında səsləndirdiyi mühüm fikirlərdən biri də Azərbaycanın öz haqqını böyük siyasi təzyiqlər, ikili standartlar və geosiyasi müqavimət fonunda təmin etməsi ilə bağlı idi. Otuz ilə yaxın müddətdə həllini tapmayan münaqişəyə Azərbaycan özü son qoydu. Beynəlxalq hüququn kağız üzərində qalan prinsiplərini Azərbaycan dövləti öz siyasi iradəsi və hərbi qüdrəti ilə gerçəkliyə çevirdi. Bununla da sübut olundu ki, milli maraqların ardıcıl müdafiəsi, güclü dövlət, qüdrətli Ordu və xalqın vahid mövqeyi qarşısında heç bir təzyiq nəticə verə bilməz.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh müqaviləsi paraflanıb, regionda tamamilə yeni siyasi reallıq yaranıb. Reallığın müəllifi Möhtərəm Cənab Prezident İlham Əliyevdir. 

 

Cənab Prezident İlham Əliyevin çıxışında Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun dövlətçilik tariximizlə bağlılığı da xüsusi vurğulandı. 1992-ci ilin noyabrında Naxçıvanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan cəmiyyətinin dövlətçiliyin qorunmasına, ölkənin parçalanmaq təhlükəsindən xilas edilməsinə və güclü siyasi liderliyə olan tələbinin ifadəsi idi.

 

1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Dövlətçiliyimizin əsasları möhkəmləndirildi, siyasi sabitlik təmin olundu, iqtisadi inkişafın təməli qoyuldu, beynəlxalq təcrid aradan qaldırıldı və müstəqil Azərbaycanın uzunmüddətli inkişaf strategiyası müəyyənləşdirildi. “Əsrin müqaviləsi” ilə başlayan iqtisadi yüksəliş sonrakı mərhələdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin əsas dayaqlarından birinə çevrildi.

 

Ölkə başçımız Cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt yeni dövrün çağırışlarına uyğun olaraq daha böyük miqyas aldı. Azərbaycan iqtisadi cəhətdən müstəqil, güclü orduya malik, öz milli maraqlarını qətiyyətlə müdafiə edən və heç bir xarici siyasi mərkəzdən asılı olmayan dövlətə çevrildi. Bu gün ölkəmizin bir sıra beynəlxalq ekspertlər tərəfindən “orta güc dövləti” kimi xarakterizə edilməsi reallıqdır. Azərbaycan regionda baş verən proseslərin istiqamətini müəyyən edən mühüm geosiyasi aktor kimi çıxış edir.

 

Dövlət başçımızın gələcək hədəflərlə bağlı müəyyən etdiyi prioritetlər də xüsusi əhəmiyyət daşıyır. Dünyada beynəlxalq hüququn təsir imkanlarının zəiflədiyi, müharibə və münaqişələrin coğrafiyasının genişləndiyi mürəkkəb şəraitdə Azərbaycanın hərbi qüdrətinin daha da artırılması strateji zərurətdir. Qələbə qazanmağımız arxayınlaşmaq üçün əsas deyil. Əksinə, tarixi təcrübəmiz göstərir ki, dövlətimizin təhlükəsizliyi yalnız güclü Ordu, möhkəm iqtisadiyyat, milli birlik və hər an özünü müdafiə etmək imkanları üzərində qurulmalıdır.

 

Möhtərəm Cənab Prezident İlham Əliyevin ideoloji təhlükəsizliklə bağlı səsləndirdiyi fikirlər müasir dövr üçün son dərəcə aktualdır. İnformasiya müharibələrinin, süni intellektin, kiberhücumların və xaricdən yönəldilən manipulyativ təsirlərin genişləndiyi bir zamanda dövlət sərhədlərinin qorunması qədər milli şüurun və informasiya məkanının qorunması da vacibdir. Bunun ən güclü vasitələri keyfiyyətli təhsil, tarixi yaddaş, milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlikdir. Bu istiqamətdə hər bir Azərbaycanlının üzərinə məsuliyyət düşür. Müasir ideoloji fəaliyyət Azərbaycanın həqiqətlərini, əldə etdiyi uğurları və qarşısında duran məqsədləri xüsusilə gənc nəslə yeni kommunikasiya vasitələri ilə çatdırmalıdır.

 

Azərbaycanın xarici siyasətdə əldə etdiyi mövqe dövlətimizin artan qüdrətinin bariz göstəricisidir. Azərbaycan öz milli maraqlarına əsaslanan, bərabərhüquqlu əməkdaşlığa söykənən müstəqil xarici siyasət həyata keçirir. Müxtəlif siyasi qütblərlə münasibətlər qurmaqla yanaşı, öz prinsipial mövqeyini qoruyur. Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasının əsas səbəbi də məhz sözünə, imzasına və öhdəliklərinə sadiqliyidir.

 

Türk dünyası, Mərkəzi Asiya, İslam dünyası, Avropa, Çin və Amerika Birləşmiş Ştatları ilə münasibətlərin yeni səviyyəyə yüksəlməsi Azərbaycanın çoxvektorlu və milli maraqlara söykənən diplomatiyasının nəticəsidir. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsində oynadığı birləşdirici rol, beynəlxalq dialoq üçün etibarlı məkan kimi qəbul edilməsi və müxtəlif siyasi qütblər arasında ünsiyyət platformasına çevrilməsi onun beynəlxalq nüfuzunun real göstəricisidir.

 

Möhtərəm Cənab Prezident İlham Əliyevin çıxışında iqtisadi və sosial məsələlərə geniş yer ayrılması dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərdi. Minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılmasının qarşıya məqsəd qoyulması sosial rifahın yüksəldilməsinin bundan sonra da əsas istiqamətlərdən olacağını göstərir. Eyni zamanda, xarici borcun aşağı səviyyəsi, böyük valyuta ehtiyatları, ölkəyə milyardlarla dollar həcmində yeni investisiyaların cəlb olunması Azərbaycanın maliyyə dayanıqlığının və iqtisadi müstəqilliyinin göstəricisidir.

 

Enerji və nəqliyyat sahələrində Azərbaycanın artan rolu ölkəmizi qlobal iqtisadi və təhlükəsizlik sisteminin mühüm elementinə çevirir. Azərbaycan neft, təbii qaz və elektrik enerjisinin etibarlı təchizatçısı olmaqla yanaşı, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağına çevrilir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarının imkanlarının genişləndirilməsi ölkəmizin geoiqtisadi əhəmiyyətini qarşıdakı illərdə daha da artıracaq.

 

Bütün bunlarla yanaşı, qarşıda duran ən müqəddəs vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsidir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri tarixi ədalətin tam bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və Zəfərimizin sosial-iqtisadi məzmunla tamamlanmasıdır. “Böyük Qayıdış”ın bundan sonra daha da sürətlənməsi bütöv Azərbaycanın yeni inkişaf mərhələsinin əsas istiqamətlərindən biri olacaq.

 

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha göstərdi ki, Azərbaycan gələcəyin hədəflərini müəyyən edən qüdrətli ölkədir. Ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub, dövlətimizin beynəlxalq nüfuzu yüksəlib, iqtisadi müstəqilliyimiz möhkəmlənib və Azərbaycan xalqı öz gələcəyinə inamla baxır.

 

Qarşımızda yeni tarixi mərhələ dayanır. Bu mərhələnin əsas fəlsəfəsi güclü dövlət, qüdrətli Ordu, dayanıqlı iqtisadiyyat, sosial rifah, milli birlik, ideoloji təhlükəsizlik və müstəqil xarici siyasətdir.

 

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu və dövlət başçımız Cənab İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi siyasi strategiya Azərbaycanın bundan sonrakı inkişafının da möhkəm təməlidir. Yeni Azərbaycan Partiyası yarandığı gündən olduğu kimi, bundan sonra da dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması və Azərbaycanın yeni qələbələrə doğru inamla irəliləməsi naminə üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəkdir.1q

Bu gün Azərbaycan qalib, suveren, öz taleyinin sahibi və gələcəyini özü müəyyən edən qüdrətli dövlətdir. Qarşıdakı əsas vəzifəmiz bu tarixi nailiyyətləri qorumaq, onları daha da möhkəmləndirmək və gələcək nəsillərə daha güclü Azərbaycan əmanət etməkdir.

 

 

Günay Ağamalı

 

Milli Məclisin deputatı,

Ana Vətən Partiyasının sədri.

 

02 Oktyabr 2026-cı il.





Oxşar xəbərlər


Xəbər lenti
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29