Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir

Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY

2026-10-08 18:22:21 32 baxış
Xəbər şəkil

 

4 oktyabr Azərbaycan tarixində qürurla xatırlanan, xalqımızın milli yaddaşında Zəfərin mühüm rəmzlərindən birinə çevrilən əlamətdar gündür. 2020-ci ilin məhz bu günündə Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun kəndlərini Ermənistanın uzun illər davam edən işğalından azad etdi.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi təsis edilməsi bu tarixi Zərfərin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir.

"Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 27 il davam edən işğal dövründə rayonun yaşayış məntəqələri, məktəbləri, səhiyyə və mədəniyyət müəssisələri, tarixi-mədəni abidələri məqsədli şəkildə dağıdıldı, təbii sərvətləri talan edildi. Xudafərin körpüsündən qədim türbə və məqbərələrə qədər xalqımızın çoxəsrlik tarixini özündə yaşadan zəngin irs vandalizmə məruz qaldı. On minlərlə cəbrayıllı doğma yurdlarından didərgin salınaraq uzun illər məcburi köçkün həyatı yaşamağa məcbur oldu.

Bütün amansızlıqlara baxmayaraq Cəbrayıl heç zaman unudulmadı. Doğma torpağa qayıdış arzusu xalqımızın qəlbində yaşadı, dövlətimizin siyasi iradəsində öz əksini tapdı. 1994-cü ilin Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlının azad edilməsi, 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin nəzarətimizə qaytarılması gələcək Böyük Zəfərin mühüm hərbi-siyasi mərhələləri idi. Cocuq Mərcanlıya həyatın qaytarılması sonrakı illərdə gerçəkləşəcək Böyük Qayıdışın ilk müjdəsi oldu.

2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları tarixi ədalətin bərpasına yol açdı", - deyə qeyd edib.

Deputat vurğulayıb ki, oktyabrın 4-də Cəbrayıl şəhərinin azad olunması Vətən müharibəsinin gedişində mühüm strateji dönüş nöqtələrindən idi.

G.Ağamalı qeyd edib ki, düşmənin illərlə qurduğu çoxpilləli müdafiə və istehkam xətlərinin yarılması Azərbaycan əsgərinin peşəkarlığının, şücaətinin və Vətən sevgisinin parlaq təcəssümünə çevrildi: "Cəbrayılın azad edilməsi sonrakı hərbi əməliyyatlar üçün geniş imkanlar yaratdı. Ordumuzun irəliləyişi Hadrut, Zəngilan, Qubadlı və digər istiqamətlərdə uğurla davam etdi. Azərbaycan əsgərinin Arazboyu torpaqlarımızda irəliləməsi, üçrəngli əzəmərli bayrağımızın qədim Xudafərin körpüsü üzərində dalğalanması xalqımızın yaddaşına həkk olunan tarixi anlardan oldu. Ölkə başçımız Cənab İlham Əliyevin Xudafərində bayrağımızı ucaltması dövlətimizin öz tarixi torpaqlarına qayıdışının siyasi və mənəvi rəmzinə çevrildi.

Sözügedən Qələbənin arxasında dövlət başçımızın qətiyyəti, şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin qəhrəmanlığı dayanır. Cəbrayıl uğrunda döyüşlərdə göstərilən igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Biz azad Cəbrayıldan danışarkən həmin Zəfərin Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi, qəhrəman Ordumuzun şücaəti və şəhidlərimizin canı, qanı bahasına qazanıldığını heç zaman unutmayacağıq.

Cəbrayılın taleyində tamamilə yeni dövr başlayıb. Bir zamanlar xarabalığa çevrilmiş ərazilərdə indi genişmiqyaslı quruculuq işləri aparılır, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, yollar, enerji infrastrukturu, istehsal və sahibkarlıq obyektləri yaradılır. Cəbrayıl müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması Cəbrayılın gələcək iqtisadi potensialının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni müəssisələrin fəaliyyətə başlaması, iş yerlərinin yaradılması, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi Cəbrayılın regionun mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd, Şükürbəyli–Cəbrayıl–Hadrut və digər yol layihələri rayonun Qarabağ və Şərqi Zəngəzurun vahid nəqliyyat sisteminə inteqrasiyasını təmin edir.

Enerji sahəsində həyata keçirilən layihələr Cəbrayılın gələcəyinə hesablanmış strateji addımlardır. “Cəbrayıl” yarımstansiyasının, Soltanlı kəndində 330 kV-luq “Şəfəq” yarımstansiyasının istifadəyə verilməsi, günəş elektrik stansiyalarının yaradılması bu torpaqların yaşıl enerji məkanına çevrilməsi istiqamətində dövlətimizin ardıcıl siyasətinin göstəricisidir.

Ən mühüm hadisə insanların öz ata-baba yurdlarına qayıtmasıdır. 2024-cü ilin sentyabrında Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması ilə uzun illərin həsrəti qayıdışla əvəz olundu. Günümüzdə Cəbrayıl şəhərində, Horovlu və Şükürbəyli kəndlərində minlərlə keçmiş məcburi köçkün artıq öz doğma torpağında yaşayır. Yeni evlərin işıqları yanır, məktəblərdə uşaqların səsi eşidilir, kəndlərdə həyat yenidən canlanır. Böyük Qayıdışın əsl mənası da məhz budur.

Möhtərəm Cənab Prezident İlham Əliyevin Cəbrayıla çoxsaylı səfərləri, burada mühüm infrastruktur və sosial layihələrin təməlini qoyması, yeni obyektlərin açılışlarında iştirakı göstərir ki, azad edilmiş ərazilərin dirçəldilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Sözügedən siyasətin mərkəzində doğma yurduna qayıdan, təhlükəsiz, ləyaqətli və firavan gələcəyini quran Azərbaycan vətəndaşı dayanır.

Cəbrayılın bugünkü mənzərəsi həm də iki dövr arasındakı böyük fərqin ifadəsidir. Ermənistanın 27 il ərzində qoyub getdiyi dağıntıların yerində dövlətimiz qurur, yaradır və həyata qaytarır. Dünən xarabalıq olan ərazilərdə bu gün evlər tikilir, yollar çəkilir, enerji və istehsal infrastrukturu yaradılır, sabahın şəhərləri və kəndləri salınır. Bütün bunlar Azərbaycan dövlətinin gücünün, iqtisadi imkanlarının və öz torpaqlarına sahib çıxmaq iradəsinin ən aydın göstəricisidir.

Bu gün 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününü qeyd edərkən böyük qürurla deyə bilirik ki, Cəbrayıl azaddır, Cəbrayıl dirçəlir, Cəbrayıl öz sakinlərinə qovuşur. Cəbrayıl daxil olmaqla azad edilmiş bütün torpaqlarımız bundan sonra Azərbaycanın gücünün, inkişafının və milli iradəsinin əbədi ünvanı olacaq".





Oxşar xəbərlər


Xəbər lenti
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29