Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır

Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu

2026-10-02 09:38:43 17 baxış
Xəbər şəkil

 

Otuz ildən artıq müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi Azərbaycan dövlətinin və xalqının qarşısında duran ən mühüm məsələlərdən biri olub. Azərbaycan uzun illər ərzində münaqişənin sülh yolu ilə həllinə üstünlük verib, danışıqlar prosesində ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini ortaya qoyub. Lakin aparılan danışıqların nəticəsiz qalması, işğalın davam etdirilməsi və Ermənistanın yeni ərazilər ələ keçirmək cəhdləri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi-siyasi imkanlarından istifadə etməsini zəruri etdi. Beləliklə, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etdiyi tarixi mərhələyə çevrildi. Bu Zəfər yolunda Cəbrayılın azad edilməsi isə mühüm əhəmiyyət daşıyan hadisələrdən biri oldu.
2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatlarının ilk günündə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları oktyabrın ilk günlərində də davam etdirildi. Oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də isə Cəbrayıl şəhəri ilə yanaşı Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl kəndləri işğaldan azad olundu. Sonrakı hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun ərazisində ümumilikdə 1 şəhər və 90 kənd azad edildi.
Cəbrayıl şəhərinin azad olunması 44 günlük Vətən müharibəsinin ilk günlərində əldə edilən mühüm hərbi uğurlardan biri idi. Azərbaycan Ordusu burada düşmənin bir neçə müdafiə xəttindən ibarət möhkəmləndirilmiş istehkamları ilə qarşılaşdı. Bu istehkamların yarılması və düşmənin müdafiəsinin dağıdılması hərbçilərimizdən böyük cəsarət, peşəkarlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl istiqamətində əldə olunan uğurlar Azərbaycan Ordusunun qarşısında yeni hərbi imkanlar açdı və sonrakı əməliyyatların daha geniş ərazilərdə aparılmasına şərait yaratdı.
Cəbrayılın azad edilməsinin mühüm cəhətlərindən biri də onun digər istiqamətlərdə hərbi əməliyyatların davam etdirilməsi üçün əlverişli imkan yaratması idi. Cəbrayılın azadlığından sonra Azərbaycan Ordusu Xocavənd rayonunun cənub kəndləri və strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində uğurlu əməliyyatlar keçirdi. Bu ərazilərdə əldə edilən nəticələr Zəngilan, Qubadlı və Laçın rayonlarının cənub hissəsinin azad edilməsinə gedən yolu açdı. Beləliklə, Cəbrayıl istiqamətində əldə olunan hərbi üstünlük Vətən müharibəsinin sonrakı gedişinə də ciddi təsir göstərən amillərdən birinə çevrildi.
Cəbrayılın azad olunması Azərbaycanın dövlət sərhədinin bərpası baxımından da xüsusi əhəmiyyət daşıyırdı. Rayonun azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin mühüm hissəsində nəzarət təmin olundu. Bu hadisə həm hərbi, həm də siyasi baxımdan mühüm nəticələr doğurdu. Cəbrayılın azadlığı ilə Azərbaycanın tarixi torpaqlarında dövlət bayrağının yenidən dalğalanması üçün imkan yarandı. Bu baxımdan Xudafərin körpülərinin azad edilməsi xüsusi tarixi məna daşıyırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpülərinin düşməndən azad olunmasından sonra Azərbaycan bayrağının burada dalğalanması xalqımız üçün böyük mənəvi əhəmiyyət kəsb etdi. 2020-ci il oktyabrın 18-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağının ucaldılması dövlətçilik tariximizin əlamətdar hadisələrindən biri oldu. Əsrlər boyu tarixi və mədəni irsimizin mühüm nümunələrindən olan Xudafərin üzərində dövlət bayrağımızın dalğalanması Azərbaycanın bu torpaqlara qayıdışının rəmzi kimi yadda qaldı.
Cəbrayıl uğrunda döyüşlərdə Azərbaycan hərbçiləri misilsiz qəhrəmanlıq və şücaət göstərdilər. Bu Qələbənin əldə olunmasında əsgər və zabitlərimizin döyüş əzmi, şəhidlərimizin fədakarlığı və qazilərimizin qəhrəmanlığı mühüm rol oynadı. Cəbrayıl rayonunun azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22 797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Bu medal Cəbrayıl uğrunda döyüşən hərbçilərimizin xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinin ifadəsidir.
Cəbrayıl şəhərinin azad edilməsi xəbəri 2020-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin xalqa müraciətində elan edildi. Dövlət başçısı müraciətində Cəbrayıl şəhərinin azad olunması münasibətilə Azərbaycan xalqını təbrik etdi. Həmin gün Cəbrayıl şəhərinin azad edilməsi ilə bağlı xəbərin bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılanması Vətən müharibəsinin gedişində xalqımızın Zəfərə olan inamını daha da artırdı.
Cəbrayılın azad edilməsi ilə bağlı tarixi günün əhəmiyyəti sonrakı illərdə də dövlət səviyyəsində qorunub saxlanıldı. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin qeyd edilməsi təsis edildi. Həmin Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyənləşdirildi. Bununla da Cəbrayılın azad edildiyi gün ölkəmizin rəsmi Zəfər təqviminə daxil edildi və bu əlamətdar tarixin gələcək nəsillərə çatdırılması üçün mühüm hüquqi əsas yaradıldı.
Bu gün Cəbrayıl adı Azərbaycan xalqının yaddaşında yalnız azad edilən şəhər kimi deyil, Vətən müharibəsinin gedişində mühüm dönüş yaradan, qəhrəmanlığın və dövlət qətiyyətinin nümayiş olunduğu ünvanlardan biri kimi yaşayır. 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü isə 2020-ci ildə əldə edilən tarixi Qələbənin xatırlanması ilə yanaşı, şəhid və qazilərimizin Vətən qarşısındakı xidmətlərinə ehtiramın ifadəsidir. Cəbrayılın azadlığı ilə başlayan yeni tarix bu gün şəhərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və sakinlərin doğma yurda qayıdışı ilə davam edir. Cəbrayılın adı bundan sonra Azərbaycanın Böyük Qayıdış və quruculuq salnaməsində də özünəməxsus yer tutacaq.

Rəşad Kərimov,
Salyan Rayon İcra Hakimiyyətinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Vətən müharibəsi iştirakçısı, YAP fəalı
 





Oxşar xəbərlər


Xəbər lenti
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24