Kanal4.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan bu barədə ölkə parlamentində bildirib ki, avqustun 25-i axşamdan Azərbaycan hərbçiləri yolun “SSRİ xəritələrinə əsasən Sovet Ermənistanının ərazisi olmayan” ərazidən keçən 21 km-lik hissəsini hərəkət üçün bağlayıblar: “Onlar bunu Azərbaycan sərhədçisinin ermənilər tərəfindən yaralanması ilə əsaslandırırlar. Biz rəsmi olaraq bəyan edirik ki, bu məlumat həqiqətə uyğun deyil və Azərbaycan tərəfini faktları təhqiqat aparmaq üçün bizə təqdim etməyə çağırıram”.
Paşinyan həmçinin bildirib ki, Ermənistan məsələni kökündən həll etmək niyyətindədir. Belə ki, onun sözlərinə görə, Qafan-Ağvani yolunun modernləşdirilməsi işləri sürətlə icra olunur: “Sünik vilayəti Ermənistandan ayrılmayıb. Biz belə vəziyyəti əvvəlcədən görürdük və ona görə də yol işlərini sürətlə həyata keçirməyə qərar vermişik”.
Qeyd edək ki, dünən Azərbaycan tərəfi Ruslan Şirəliyev adlı sərhədçimizin Qubadlı rayonunda iki erməni hərbçinin hücumuna məruz qalaraq, sinəsindən süngü yarası almasına dair məlumat yayıb. Ermənistan tərəfinin bu vəhşiliyinə cavab olaraq Azərbaycan sərhədçiləri Qafandan Gorusa gedən, 21 km-lik hissəsi Azərbaycan ərazisindən keçən yolda hərəkəti dayandırıblar.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...