Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu

"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"

2026-10-12 19:14:00 4 baxış
Xəbər şəkil

Məktəb bilik və bacarıqların mənimsənildiyi təhsil müəssisəsi, eyni zamanda şəxsiyyətin formalaşdığı, milli-mənəvi dəyərlərin aşılandığı, qarşılıqlı hörmət, bərabərlik və birgəyaşayış mədəniyyətinin təməlinin qoyulduğu sosial mühitdir. Bu baxımdan təhsil müəssisələrində tətbiq olunan qaydalar, o cümlədən vahid məktəbli forması məsələsi ilk növbədə uşaqların mənafeyi, onların psixoloji rahatlığı və sağlam inkişafı prizmasından qiymətləndirilməlidir.

Sözügedən mövzuya emosional yanaşmalardan və dini müstəvidə qarşıdurma yaratmaq cəhdlərindən uzaq, cəmiyyətimizin ümumi maraqları və təhsil sistemimizin prinsipləri əsasında münasibət bildirilməlidir.

Vahid məktəbli formasının tətbiqində əsas məqsəd şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almaq, bərabərlik mühitini gücləndirmək, intizamı və kollektiv məsuliyyət hissini formalaşdırmaqdır.

Vahid məktəbli formasının tətbiqi dünya təcrübəsində də geniş yayılmışdır. Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Sinqapur, Türkiyə və digər ölkələrin təhsil müəssisələrində vahid geyim qaydaları mövcuddur. Bu təcrübə şagirdlər arasında sosial bərabərliyin, nizam-intizamın, kollektiv mənsubiyyət hissinin və sağlam təhsil mühitinin formalaşdırılmasına xidmət edir.

Məktəblərdə müxtəlif sosial təbəqələrdən olan ailələrin övladları təhsil alırlar. Maddi imkanların geyim vasitəsilə nümayiş etdirilməsi bəzi uşaqlarda psixoloji narahatlıq, özünəinamın zəifləməsi və sosial təcrid hissi yarada bilər. Vahid məktəbli forması bu fərqlərin nəzərə çarpmasını aradan qaldırmaqla şagirdlərin özlərini eyni kollektivin bərabərhüquqlu üzvləri kimi hiss etmələrinə kömək edir.

Məsələnin digər mühüm tərəfi uşaqların psixoloji inkişafı ilə bağlıdır. Uşaqlıq və yeniyetməlik dövründə sosial mühitin, həmyaşıdlarla münasibətlərin və kollektivə mənsubiyyət hissinin şəxsiyyətin formalaşmasına təsiri böyükdür. Məktəbdə sağlam psixoloji atmosferin yaradılması, şagirdlərin bir-birinə geyiminə, ailəsinin maddi vəziyyətinə və fərdi xüsusiyyətlərinə görə deyil, insani keyfiyyətlərinə, davranışına və biliklərinə görə münasibət göstərməsi əsas prioritetlərdən olmalıdır.

Eyni zamanda, vahid məktəbli formasının tətbiqini dini etiqad azadlığına qarşı yönəlmiş addım kimi qiymətləndirmək kökündən yanlışdır.

Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini tolerantlığın, multikultural dəyərlərin və vicdan azadlığının qorunduğu ölkədir. Konstitusiyamız hər kəsin vicdan azadlığını təsbit edir. Dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətin əsasını müxtəlif dini inanclara hörmət, qarşılıqlı anlaşma və ictimai həmrəylik təşkil edir.

Dünyəvilik dinə qarşı münasibət deyil, dövlət institutlarının fəaliyyətində ümumi hüquqi prinsiplərin və bərabərliyin təmin olunmasıdır.

Təhsil müəssisələrində müəyyən edilmiş geyim qaydalarının mövcudluğu da məhz bu kontekstdə dəyərləndirilməlidir. Bununla yanaşı, həmin qaydaların tətbiqi zamanı uşaqların ləyaqətinin qorunması, dini mənsubiyyətinə görə ayrı-seçkiliyə yol verilməməsi və valideynlərlə konstruktiv dialoqun aparılması son dərəcə vacibdir.

Azərbaycan xalqı tarixən öz milli-mənəvi dəyərlərinə, dini inanclarına və zəngin adət-ənənələrinə bağlı olub. Analarımızın, nənələrimizin istifadə etdiyi kəlağayı və digər ənənəvi baş örtükləri milli mədəniyyətimizin ayrılmaz hissəsidir. Bu dəyərlərə hörmətlə yanaşılması ilə məktəblərdə vahid geyim qaydalarının tətbiqi bir-birinə zidd anlayışlar kimi təqdim edilməməlidir. Əksinə, cəmiyyətimizdə formalaşmış tolerantlıq ənənələri belə həssas məsələlərin qarşılıqlı anlayış və hörmət çərçivəsində müzakirəsinə imkan verir.

Digər tərəfdən, uşaqların dini və dünyagörüşü məsələlərində ailənin rolu danılmazdır. Lakin nəzərə almalıyıq ki, uşağın hüquqları, onun şəxsiyyət kimi sərbəst inkişafı və təhsil almaq imkanları hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Valideynlərin dini inanclarına hörmətlə yanaşmaqla yanaşı, uşaqların hər hansı mənəvi və psixoloji təzyiqə məruz qalmaması da təmin edilməlidir. Burada əsas meyar uşağın üstün mənafeyidir.

Hesab edirəm ki, məktəbli forması ətrafında yaranan müzakirələrdə qarşıdurma ritorikasına deyil, maarifləndirici yanaşmaya üstünlük verilməlidir.

Hədəfimiz vahid geyim qaydalarına əməl olunması, eyni zamanda məktəblərimizdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması, şagirdlər arasında qarşılıqlı hörmətin, dostluğun və həmrəyliyin möhkəmləndirilməsi olmalıdır.

Biz elə bir təhsil mühiti formalaşdırmalıyıq ki, hər bir uşaq özünü təhlükəsiz, dəyərli və bərabərhüquqlu hiss etsin. Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır.

Vahid məktəbli forması məsələsi təhsil mədəniyyətinin, ictimai intizamın və sosial bərabərliyin təşviqi ilə bağlıdır. Əsas vəzifəmiz milli-mənəvi dəyərlərimizə sədaqəti, konstitusion hüquqlara hörməti və uşaqlarımızın üstün mənafeyini uzlaşdıraraq sağlam, savadlı, azad düşüncəli və Vətəninə bağlı gənc nəslin yetişməsidir.

Günay Ağamalı 

Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri.

Oxşar xəbərlər

Xəbər lenti
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-12
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02

2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01