Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Əsrlərin şairi Nizami” adlı Zoom proqramı ilə tədbir keçirildi.
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami ili” elan olunması ilə əlaqədar imzaladığı sərəncama əsasən “Əsrlərin şairi Nizami” adlı Zoom proqramı ilə tədbir keçirildi. Tədbirdə Hacıqabul Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, Hacıqabul Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Məhərrəm İsayev, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, Qobustan Heydər Əliyev Mərkəzinin əməkdaşı Mirzəliyeva Mələk və məktəbli şagirdlər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açıq elan edən Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzedicisi Yahyayeva Fəridə bildirdi ki, Nizami Gəncəvinin zəngin irsinin tədqiqi, təbliği, əsərlərinin tərcümə və nəşr edilməsi haqqında ümummilli lider Heydər Əliyev 1979-cu ildə qərar qəbul etmişdir. Bu qərarla görünür ki, ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusi diqqət yetirmişdir.


Səmil Şahlaroğlu
KANAL4.AZ