Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Laçında yeni həyatın təməli möhkəmlənir
SİYASƏT
Laçın: işğaldan azadlığa uzanan tarixi yol
SİYASƏT
Laçın quruculuq və inkişaf məkanına çevrilir
SİYASƏT
Azərbaycan–Özbəkistan əlaqələrinin mənəvi dayaqları: ortaq tarix və mədəni bağlar
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
SİYASƏT
Azərbaycan–Özbəkistan iqtisadi əlaqələri: qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın yeni üfüqləri
SİYASƏT
Vətən Sərhəddən Başlayır: Sərhəd Qoşunlarının Şərəfli Yolu
SİYASƏT
Ortaq dəyərlər üzərində yüksələn MÜTTƏFİQLİK
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
SİYASƏT
Bakı görür və hesablayır: İrəvan hansı oyunun içindədir? 
SİYASƏT
Komitə sədri: ” Naxçıvanda komando tipli hərbi birləşmələrin yaradılması regionun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır”
SİYASƏT
Naxçıvan öz inkişafında yeni dövrə qədəm qoyur
SİYASƏT
Naxçıvan: nəqliyyat, ticarət və iqtisadi əməkdaşlığın qovşağı
SİYASƏT
Yeni Nəqliyyat və Enerji Xəritəsinin Mühüm Qovşağı-Naxçıvan 
SİYASƏT
Naxçıvanın Gələcəyə Baxış Strategiyası
SİYASƏT
Naxçıvan Muxtar Respublikası Yeni İslahatlar və İnkişaf Mərhələsində
SİYASƏT
“Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
SİYASƏT
Naxçıvanın nəqliyyat potensialı və Zəngəzur dəhlizi
SİYASƏT
Naxçıvan Azərbaycanın enerji strategiyasında yeni imkanlar yaradır
SİYASƏT
Naxçıvanın inkişafı yeni mərhələyə qədəm qoyur
SİYASƏT
Naxçıvan: zəngin keçmişdən hərtərəfli inkişafa doğru
CƏMİYYƏT
Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
SİYASƏT
Deputat: Naxçıvanın gələcəyinə yeni səhifə açılır
SİYASƏT
Ermənistanın sülh gündəliyinə gəlməsi Azərbaycanın hərbi-siyasi gücünün nəticəsidir - DEPUTAT
SİYASƏT
Siyasi mühacir” adı məsuliyyətdən xilas etmir - radikallara sərt xəbərdarlıq
SİYASƏT
Qırğızıstan səfəri göstərdi: Azərbaycan Türk dünyasının inteqrasiyasına istiqamət verir
SİYASƏT
Deputat Gunay Agamali : "Kino tariximiz xalqımızın mənəviyyatını əbədiləşdirən güclü vasitədir"
SİYASƏT
Azərbaycan-Qırğızıstan münasibətləri: Tarixi köklər üzərində qurulan strateji tərəfdaşlıq
SİYASƏT
İkitərəfli əlaqələr yeni məzmun qazanır
SİYASƏT
Mərkəzi Asiya ilə əməkdaşlıq genişlənir

Vaqif Səməd Oğlu: Məzarıma nə baş daşı qoyun nə heykəl

2024-01-28 10:22:45 25265 baxış
Xəbər şəkil

Şair, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vəkilov) XX əsrin böyük söz ustadlarındandır. O,1939-cu il iyun ayının 5-də Bakıda doğulub. F.Q. Lorkayla, M.Müşfiqlə bir gündə. Lorka Franko diktaturasının, Müşfiq Stalin diktaturasının qurbanı oldu, Vaqif isə özünə qeyri-adi tərcümeyi-hal yazaraq mənən onların aqibətini yaşadı:
Doğuldum 1939-da, 1937-də tutuldum...
Dogumları eyni aya, eyni günə düşən bu üç böyük şairi həm də Poeziyaya olan bağlılıq birləşdirir. Qitar səsini İspan poeziyasına hopduran Lorkanı, tar nəfəsini, tar sözünü şeirimizə qaytaran Müşfiqi və caz, klassik musiqini şeir diliylə danışdıran, –Minorda ömür sürüb, Majorda ölmək – Baxın əsəri kimi... – deyən Vaqif Səmədoğlunu.
Vaqif Azərbaycan poeziyasınsn görkəmli nümayəndəsi Səməd Vurğunun ailəsində doğulan üçüncü övlad olub. Anası Xavər xanım musiqi təhsili görmüş (piano üzrə), sonradan Bakı universitetinin filoloqiya fakültəsini bitirmişdi. Pianoda ilk notları Vaqifə göstərən anası Xavər xanım olmuşdu.

 


                                                 Markiz adalarında 
                                                  doğsaydı məni anam, 
                                                  adımı yəqin ki,
                                                  Xemao qoyacaqdı atam.
                                                  Mənim şərəfimə
                                                  Bir şeir də yazacaqdı
                                                  Samoa dilində.
                                                  Boya-başa çatıb Xemao,
                                                  Bakının doğum evində
                                                  doğulmağını istəyəcəkdi.
                                                  Arzulayacaqdı
                                                  adının Vaqif qoyulmasını.
                                                  Və Markiz adalarında
                                                  darıxacaqdı zavallı...

 

Vaqif  ədəbi-mədəni mühitdə böyümüş, uşaqlıqdan evlərində ailəsinin ünsiyyətdə oldugu və dostluq etdiyi tanınmış musiqiçiləri, yazıçıları, şairləri, rəssamları görmüşdü. Hər şeyi öyrənmək, bilmək marağı, musiqiyə, kitablara olan  həvəsi onu yetkin bir gənc kimi yetişdirmişdi.
Vaqif orta təhsil aldığı indiki Bülbül adına musiqi məktəbini fortepiano sinfi üzrə 1956 - cı ildə əla qiymətlərlə başa vurmuş və mükafat olaraq filarmoniyada maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrlə S.Raxmaninovun 1-ci konsertini ifa etmişdir. Həmin il daxil olduğu Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfini 1962-ci ildə müvəffəqiyyətlə  başa vurmuş, həmin il Azərbaycan gənclərinin üçüncü festivalında fortepiano üzrə laureat adını qazanmışdır.1962-1964-ci illərdə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında stajor olmuşdu.
Xruşşov “ottopeli” dövrünə təsadüf edən bu illərdə azad təfəkkürün qaynadığı Moskva mühitiylə nəfəs almaq, azaddüşüncəli yaradıcı insanlarla görüşlər, təmasda olmaq Vaqifin dünyagörüşünə öz təsirini göstərməyə bilməzdi. Moskvadan qayıtdıqdan sonra o,1964-1972-ci illərdə Bakı konservatoriyasında fortepianodan dərs demişdir.


                                                       İri, mavi mamont idim, 
                                                  yer üzünün buz ömründə.. 
                                                  O vaxt nə Koroğlu vardı,    
                                                  nə Meri Pikford,
                                                  nə Lemberanski, 
                                                  nə Henrix Ford. 
                                                                  O vaxt
                                                  sağ yox idi,  sol yox idi.     
                                                  İşıqforlu yol yox idi.
                                                  Buz...
                                                  Dəniz...
                                                  Yenə buz...
                                                  Soyuq idi...
                                                  İri, mavi mamont idim.
                                                  İndi...fortepiano müəllimiyəm...

 

Qeyd etmək lazımdır ki, keçən əsrin 80-ci illərində bu şeir Pribaltika ölkələrində çox populyar olmuş və Latviya məktəblərinin ədəbiyyat dərsliklərinə salınmışdı. Vaqifin musiqi janrının bütün sahələrini professional səviyyədə bilməsi, Şopen, Mosart, Maler, Raxmaninov və başqa klassiklərə ehtiramı, Amerika cazını və ümumiyyətlə, modern cazı dərindən bilməsi və fortepianoda gözəl ifası yaradıcılığından yan keçməmiş və o, ömrünün sonuna kimi musiqi ilə nəfəs alan şair olaraq qalmışdır.
80-cı ilin ortalarında AzTV-də “Caz klub” verilişinin əvəzsiz aparıcısı kimi Vaqif Səmədoğlu caz musiqisinin Azərbaycanda təbliğində böyük rol oynamışdı.
23 - cü il olaydı. 


                                                        Olaydım Çikaqoda.
                                                  Bir kafedə qəlyan 
                                                  çəkə-çəkə oturaydım.
                                                  Və mütləq bir svinq çalınaydı orda.
                                                  Çalınaydı kökdən düşmüş qəhvəyi                                                                  royalda.
                                                  Çalanı özüm,
                                                  həm də zənci olaydım mütləq...

 

Vaqif Səmədoğlu Həyatı
Artıq seçimini ədəbiyyat xeyrinə edən Vaqif Səmədoğlu 1967-1970-ci illərdə Azərbaycan Ensiklopediyasında incəsənət şöbəsinin müdiri vəzifəsində,1970-ci illərin əvvəllərində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari emalatxanasında ssenarist, 1978-1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor kimi və 1982-1985-ci illərdə kinostudiyada kinoaktyor teatrının ədəbi hissə müdiri işləmişdir. 1992-1994-cü illərdə Azərbaycan yazıçılarının müstəqil qəzeti olan “Oğuz eli”nin baş redaktoru olmuşdur.
80-cı illərin sonlarında Azərbaycanın müstəqilliyi uğrunda gedən Milli Azadlıq mübarizəsində fəal iştirak etmiş, Azərbaycan müstəqillik qazandıqdan sonra Milli Məclisin deputatı (2000-2010) və Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü(2000-2005) olmuşdu.
Ədəbiyyata gəldiyi ilk gündən Vaqif şeirlərinin fəlsəfi dərinliyi, orijinal deyim tərziylə diqqəti cəlb etdi. Gənc müəllifin şeirləri ilə ilk tanışlıqdan heyrətlənən Xalq şairi Rəsul Rza yazırdı: “...Mümkünmüdür, ilk dəfə əlinə qələm alan bir gənc belə bitkin, müasir təfəkkür və geniş müşahidələrlə zəngin şeirlər yazsın...”.


Vaxtsız ölsəm, çox yaşadı deyin.
Vaxtsız öldü, deyin, qoca ölsəm.
Bir il yatıb, ölsəm, qəflətən öldü, deyin.
Uzun sürən xəstəlikdən sonra öldü, deyin,
qəflətən ölsəm...

 

Şeirlərindəki təfəkkür müasirliyi yalnız forma və biçimdə təzahür etmirdi, hərçənd Vaqifin şeirləri bu cəhətdən də yeni idi. Eyni zamanda onun şeirlərindəki bəşəri hisslərin adiliyi, təbiiliyi və qeyri-adiliyi, poetik təfəkkürünün gücü diqqəti cəlb edirdi.


                                                  Məzarıma nə baş daşı qoyun,
                                                  nə heykəl.
                                                  Bir cüt ayaqqabı qoyun, 
                                                  ayağıyalın geyib getsin...

 

Rəsul Rza Vaqif haqqında “Geniş yola çıx” adlı məqalə yazaraq  onun bir neçə şeiriylə birlikdə 1963-cü ildə “Azərbaycan” jurnalında dərc etdirdi.
Bu il Vaqif Səmədoğlunun yaradıcılıq yolunun başlanğıcı hesab oluna bilər. Ancaq   bu yol çox kəşməkeşli, enişli-yoxuşlu oldu...
Məlumdur ki, 60-cı illər cəmiyyətin tarixində oyanma, özünəqayıdış mərhələsi kimi təhlil edilir. Yeni obrazlar, ifadə tərzi, dünyaya, həyata yeni münasibətlər formalaşmaqda idi.Və Vaqif Səmədoğlu bu yeniləşmə  prosesində öndə gedən sənətkarlardan oldu.
1968 və 1972-ci illərdə gənc şairin “Yoldan teleqram” və “Günün baxtı” adlı  iki kiçik şeirlər toplusu böyük çətinliklərdən sonra qısaldılmış şəkildə, məhdud tirajla çap olundu.
Vaqifin ədəbiyyata gəlişi bir hadisəyə çevrildi. Şeirləri əl-əl gəzir, əzbərlənir, başqa dillərə tərcümə edilirdi. Şeirləri oxucunu sarsıdır, düşündürür, heyrətləndirirdi. 70-80-cı illər bir neçə nəsl gənc Azərbaycan modernist şairləri üçün o, ədəbi Quru olmuşdur.
Şeirləri forma, obraz və mövzu cəhətdən sovet ideologiyasıyla uzlaşmadığından, atası kimi yazmadığıına görə gənc şair rəsmi tənqidin mühafizəkar hücumlarına məruz qaldı. Bundan sonra  o yazdıqlarını üzə çıxarmamaq qərarını verdi.

 


                                                   Şeirlərimi yazan kimi   
                                                  unutmaq istəyirəm,
                                                  elə bil kağıza yox,
                                                  nəyinsə baş daşına
                                                  həkk olunur sözlərim...

 

Öz poetik dünyasına sadiq qalaraq Vaqif yaza-yaza susmağı seçdi. Bu həm də onun protesti idi.


                                                  Bir az çəkil, 
                                                  ölümə yer saxla yanında, 
                                                  ölümsüz göstərmə özünü 
                                                  Qız Qalası, 
                                                  Xəzərdən gen düşmüş bu şəhərdə.
                                                  Ayıbdır, yavaş,
                                                  bir az yavaş danış,
                                                  şairlər susan bu şəhərdə...

 

 

“Susan şair” ifadəsi Vaqifin ədəbi taleyinin rəmzinə çevrildi. Çap olunmamaqla  o, özünü  sovet senzurasının təzyiqlərindən qorudu və bir şair kimi öz azadlığını, ideya, fikir azadlığını qoruyub saxlaya bildi. Heç bir ideoloji-siyasi tələblərə boyun əymədən öz  poetik “mən”inə sığınaraq susmaq əzabını yaşadı, təsəllisini“Şair sözündən qorxan  ya cəllad, ya dəlidir”, aforizmində tapdı.
Etiraf edilməlidir ki, nə vaxtsa yazdıqlarının üzə çıxa biləcəyi ümidinin çox cüzi olmasına baxmayaraq Vaqifin  sınmaması, yorulmadan, usanmadan  hər gün yaza bilməsi, sözün əsl mənasında şair hünəri idi.
Şairin şeir kitabları yalnız müstəqillik illərində işıq üzü görə bildi. 24 ildən sonra çap olunan şeirləri sübut etdi ki, Vaqifin şeirləri siyasi quruluşların, ictimai təsisatların fövqündə, zamanın fövqündə duran poeziyadır.  Dünyəvi və yaşardır.
Poeziya aləmində özünəməxsus dərin dəst-xətti olan Vaqif Səmədoğlu Azərbaycan şeirinin  novatorlarındandır. Onun bütün poeziyası özünü, öz daxilini anlamaq, onun dərinliklərinə varid olmaq ehtirasıdır. Eyni zamanda şeirləri həyatın,cəmiyyətin, insan psixologiyasının fəlsəfi təhlilidir. Onun şeirlərinin adı yoxdur. Şeirlərinin sonunda isə adətən üç nöqtə qoyulur.Məzmun etibarıyla Vaqif Səmədoğlunun poeziyasında Şərq şairlərindən gələn  fəlsəfi dərinlik var. Eyni zamanda onun şeirləri çağdaş şeirlərdir.
Allah, Azadlıq, Tənhalıq, Ölüm – Vaqif Səmədoğlu poeziyasının əsas mövzulardır. Bu mövzuların hər birində o orijinaldır, yenidir. Onun “Allaha müraciət” mövzulu şeirləri poeziyamızda ilk dəfə olaraq Allah üzərindəki mistik örtüyü götürdü. İnsanla Allah doğmalaşdı.

 


                                                   Kimin var Ulu Tanrı
                                                  məndən savayı bu dünyada?  
                                                  Kimim var səndən başqa
                                                  bu aləmdə mənim?
                                                  Sən tək, mən tək,   
                                                  Ulu Tanrı...

 

 

Yaradıcılığa gəldiyi ilk gündən Allahla aramsız dərdləşmənin məntiqi nəticəsi kimi Vaqif dərindən dərin bir mətləb kəşf etdi. Həmişə Allahdan imdad diləyən şair bu dəfə dünyanı, insanı Allaha kömək etməyə çağırdı:

 

                                                  İndi nə dua, nə qarğış,
                                                  Nə nəzir demək vaxtıdır.
                                                  Dünya susmalıdır artıq,
                                                  Allaha kömək vaxtıdır...

 

 

Ölüm barədə Azərbaycan poeziyasında Vaqif  Səmədoğlu qədər çox yazan şair az olar. Ölümlə ömür bir yolun mənzilləridir, ömür doğulandan ölüm onu bəsləyir, özü üçün saxlayır. Ömürsə yırğalanır ölümün beşiyində... Ölüm ömrün məşəqqətlərindən keçməsini dözümlə izləyir, ən sədaqətli sevgili kimi onun vüsalını gözləyir. Ölüm yetim kimi durub qapı dalında...
Vaqif  ölümün mütləqliyini əbədi həqiqət bilib, insanı ona hazırlayır, ondan qorxmamağa  alışdırır. Ömrə dözməyə çağırır.
Təsvir obyektinə yeni fəlsəfi münasibət, az sözlə geniş təəssürat  yaratmaq, dərin fikir söyləmək onun poeziyasının fərqli, əvəzsiz cəhətlərindəndir. Vaqifin düşüncə tərzi də, deyim tərzi də yenidir, orijinaldır.

 


                                                Göz yaşı da axar sudur,
                                                  tapır axarını,
                                                  burda batsa bu gün
                                                  gəlib sabah ordan çıxacaq,
                                                  bir göz tapıb özünə
                                                  yer üzünə axacaq.
                                                  Bizdə quruyub
                                                  sızdə yaşaracaq...

 

 

Vaqif Səmədoğlu Həyatı
Vaqifin sənətinin böyüklüyü onun bənzərsizliyində, yalnız özünə məxsus stilindədir. Heç kəsin demədiyini gözlənilməz, ağla gəlməz şəkildə deməsindədir. Onun hikməti  bənzətmələrində üzə çıxır. Hər bənzətmənin arxasında fəlsəfi obraz düşünülür. Bənzətmələr təşbeh səviyyəsinə qədər ucalır: Göz yaşı dənizindən tutulan balıq tarix dadı verir; isti çörək təki dadlı, yayda səslənən muğam kimi tənbəlsən; kənddə qapı ağzında oturub keçmişə baxan qarıya bənzəyir göy üzü bu gün; Ən xoş niyyət də pisliyə dönür əvvəl-axır, qalib gəlib hakimiyyət olmuş inqilab kimi; Qafiyəmdi, uşaq təbəssümü....
Şeirləri ümumiləşdirmələrlə, hikmətli ifadələrlə, müdrik kəlamlarla da zəngindir. Vaqif Səmədoğlu poeziyası Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə müqayisə edilir. Belə ki, onun da poeziyasında mütləq mənada qəm, xoşbəxtlik, sevinc, məhəbbət, yalan, həqiqət yoxdur, mütləq şəkildə təkcə Tanrı qəbul edilir. Bu məntiqi Vaqif öz ədəbiyyatında bədii dillə ifadə etmişdir.
Hansı janrda yazırsa yazsın – şeir, pyes, kinossenari, pritça, mahnı mətni – onun böyük istedadı görünür. O, milli dramaturgiyamızı dolğun məzmunlu əsərləri ilə zənginləşdirərək yeni mərhələyə yüksəltmişdi.Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran mütəfəkkir bir sənətkardır.Onun yaradıcılığı milli mənbələrlə sıx bağlı olduğu üçün çox qüvvətli və zəngindir. Pyesləri tutarlı sözlər və məsəllərlə doludur.  Xalq ləhcəsindən, şivəsindən böyük ustalıqla istifadə edən sənətkarın özünəməxsus fərqli yumoru, üslubu əsərlərinə xüsusi maraq doğurur. Azərbaycan teatrlarında səhnə təcəssümü tapmış “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “İntihar”, “Qeneralın son əmri”, “Mamoy kişinin yuxuları”  tragikomediyaları  və “Yaşıl eynəkli adam” trilogiyası,”Yumurta” kimi televiziya filmləri tamaşıçı məhəbbəti qazanmışdı. Vaqif Səmədoğlunun  əsərlərində bütün  gülüşlərin  arxasında insanı düşündürən, silkələyib ayıldan bir kədər dayanır. Onun pyeslərində diqqəti çəkən həm də personajların dilidir. Hər kəs öz dilində danışır. İstər ləhcə, şivə, istərsə də daxili nitq, məntiqi fikir. Bir çox əsərlərində səslənən fikir və deyimlər xalq arasında folklor nümunəsi kimi yayılmışdı.
Poeziyadakı Vaqif Səmədoğlu ilə dramaturgiyadakı Vaqif Səmədoğlunu müqayisə edənlər onları bir-birindən fərqləndirirlər: Nədən onun şeirlərindəki kədərlə pyeslərindəki zahiri nikbinlik bir təzad təşkil edir? Buna Vaqif Səmədoğlu belə cavab verirdi: “Heç bir ziddiyyət yoxdur. Mənim yaradıcılığım hamısı bir şeirdir”.
Vaqif Səmədoğlu milli-bədii təfəkkürə, qlobal bəşəri-dünyagörüşə əsaslanan fundamental ədəbi-ənənə yaratmışdır. Onun əsərlərinin ideya-fəlsəfi dərinliyi imkan verir ki, gələcək ədəbi nəsillər bu irsdən dəyərli mənbə kimi örnək götürsünlər.
80-cı illərin sonlarında Vaqif Səmədoğlu Azərbaycanda başlanan milli-azadlıq hərəkatının fəallarından biri olduqda, bu onu tanıyanları təəccübləndirmədi.Çünki Vaqif Səmədoğlu öz poeziyasıyla totalitar şüuru alt-üst edən və özünün iç mübarizəsində İstiqlalını qazanan birincilərdən idi. O, xalqımızın o dövrdə siyasi və sosial sarsıntılar içərisindəki əhval-ruhiyyəsini dəqiq ifadə edərək, dünyada tənha olduğunu elan etmiş və “Milli Tənhalıq”anlayışını işlətmişmişdir.
Haraya hay verməyib,

 


                                                  Dünya keçir kar kimi. 
                                                  Bir kor dəyir divara 
                                                  Bizim dualar kimi...

 

 

Vaqif Səmədoğlu Həyatı
İnsanilik, müdriklik, qətiyyət Vaqif Səmədoğlunun şəxsiyyətini səciyyələndirən əsas amillərdir.Qlobal düşüncə sahibi olan sənətkar hadisələrə təmkinli, ayıq, fərqli baxışı ilə seçilmiş, öz sözünü demişdir. Bu cəhət onun Milli Məclisin deputatı kimi də fəaliyyətinə xasdır. O, beynəlxalq və Avropa qurumlarının tədbirlərində Azərbaycanı ləyaqətlə təmsil etmiş, ictimai-siyasi məsələlərin müzakirəsində özünün prinsipal ölçülü mövqeyi ilə seçilmişdi. Bir insan kimi həddən artıq təvazökar olan Vaqif Səmədoğlunun  incə yumoru, yüksək intellektual səviyyəsi, sadəliyi onunla həmsöhbət olanları məftun edirdi. Bu xüsusiyyətlər ona xarici deputatların da hörmətini, sevgisini qazandırmışdı.
Vaqif Səmədoğlu 1999-cu ildə Xalq şairi adına layiq görülmüş, 2004-cü ildə “Şöhrət”, 2009-cü ildə “Şərəf”, 2014 - cü ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdi.
2015-ci il yanvar ayının 28-də amansız xəstəlik bu böyük  sənətkarın həyatına son qoydu və o , Fəxri Xiyabanda dəfn olundu.
Səməd Vurğunun Ev Muzeyində Vaqif Səmədoğlunun  həyat və yaradıcılığına həsr olunan ekspozisiya yaradılmışdır.
Vaqif Səmədoğlunun həyat yoldaşı – fəlsəfə doktoru Babayeva-Vəkilova Nüşabə Rəşid qızıdır. O, Vaqif Səmədoğlunun kitablarının tərtibatçısı və redaktoru olmaqla yanaşı onların işıq üzü görməsində böyük rol oynamışdır.2015-ci ildən S.Vurğunun Ev muzeyinin direktorudur.
Qızları – Vəkilova Nigar, Vəkilova Məhbub və Vəkilova Mirvaridir.

 

 

Elmir Bağırov 
Siyasi elmlər üzrə fəlsəfə doktoru .
Saatlı RİH başçısı.





Oxşar xəbərlər


Xəbər lenti
Laçında yeni həyatın təməli möhkəmlənir
2026-08-26
Laçın: işğaldan azadlığa uzanan tarixi yol
2026-08-26
Laçın quruculuq və inkişaf məkanına çevrilir
2026-08-26
Azərbaycan–Özbəkistan əlaqələrinin mənəvi dayaqları: ortaq tarix və mədəni bağlar
2026-08-26
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
2026-08-26
Azərbaycan–Özbəkistan iqtisadi əlaqələri: qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın yeni üfüqləri
2026-08-26
Vətən Sərhəddən Başlayır: Sərhəd Qoşunlarının Şərəfli Yolu
2026-08-25
Ortaq dəyərlər üzərində yüksələn MÜTTƏFİQLİK
2026-08-25
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
2026-08-25
Bakı görür və hesablayır: İrəvan hansı oyunun içindədir? 
2026-08-17
Komitə sədri: ” Naxçıvanda komando tipli hərbi birləşmələrin yaradılması regionun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır”
2026-08-14
Naxçıvan öz inkişafında yeni dövrə qədəm qoyur
2026-08-14
Naxçıvan: nəqliyyat, ticarət və iqtisadi əməkdaşlığın qovşağı
2026-08-14
Yeni Nəqliyyat və Enerji Xəritəsinin Mühüm Qovşağı-Naxçıvan 
2026-08-14
Naxçıvanın Gələcəyə Baxış Strategiyası
2026-08-14
Naxçıvan Muxtar Respublikası Yeni İslahatlar və İnkişaf Mərhələsində
2026-08-14
“Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
2026-08-14
Naxçıvanın nəqliyyat potensialı və Zəngəzur dəhlizi
2026-08-14
Naxçıvan Azərbaycanın enerji strategiyasında yeni imkanlar yaradır
2026-08-14
Naxçıvanın inkişafı yeni mərhələyə qədəm qoyur
2026-08-14
Naxçıvan: zəngin keçmişdən hərtərəfli inkişafa doğru
2026-08-14
Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”
2026-08-13
Deputat: Naxçıvanın gələcəyinə yeni səhifə açılır
2026-08-12
Ermənistanın sülh gündəliyinə gəlməsi Azərbaycanın hərbi-siyasi gücünün nəticəsidir - DEPUTAT
2026-08-09
Siyasi mühacir” adı məsuliyyətdən xilas etmir - radikallara sərt xəbərdarlıq
2026-08-06
Günay Ağamalı Neftçalada növbəti vətəndaş qəbulu keçirib
2026-08-04
Qırğızıstan səfəri göstərdi: Azərbaycan Türk dünyasının inteqrasiyasına istiqamət verir
2026-08-04
Deputat Gunay Agamali : "Kino tariximiz xalqımızın mənəviyyatını əbədiləşdirən güclü vasitədir"
2026-08-03
Azərbaycan-Qırğızıstan münasibətləri: Tarixi köklər üzərində qurulan strateji tərəfdaşlıq
2026-08-02
İkitərəfli əlaqələr yeni məzmun qazanır
2026-08-02