Ruhumuzun qayıdışı: Milli kimliyimizi yaşadan rəsm əsərləri!
14 aprel 2026-cı il tarixində Azərbaycan Rəssamlar İttifaqında Qərbi Azərbaycan İcması və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə rəssam Əli İsmayıl Əliyevin keçirilən “Qərbi Azərbaycan” adlı rəsm sərgisində iştirak etdik.
Qərbi Azərbaycan tarixi yaddaşımız, əzəli yurd yerimiz və zəngin mədəniyyət beşiyimizdir. Bu cür sərgi və ekspozisiyaların təşkili xalqımızın öz tarixi köklərinə qırılmaz tellərlə bağlılığının, milli kimliyimizin bədii müstəvidə təcəssümüdür.
Sərgidə nümayiş etdirilən əsərlər milli üslubumuzu, etnoqrafik rəngarəngliyimizi və Qərbi Azərbaycanın ulu mənəvi dünyasını özündə yaşadan əsl yaddaş salnaməsidir. İncəsənət vasitəsilə tarixi irsimizin qorunması və mədəniyyətimizin davamlı şəkildə təbliği milli birliyimiz baxımından ən vacib missiyalardandır.
Milli mədəni irsimizin qorunmasına, yaşadılmasına və tanıdılmasına xidmət edən bu dəyərli layihənin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürümü bildirir, mədəniyyət tariximizə işıq tutan bu cür təşəbbüslərin davamlı olmasını diləyirəm.
Günay Ağamalı
Milli Məclisin deputatı
Ana Vətən Partiyasının sədri.






