Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır

Gənc ailələrə dövlət dəstəyi artırılır - Problemlərin səbəbləri

2026-04-10 18:55:07 1727 baxış
Xəbər şəkil

 

Müasir dövrdə ailə münasibətləri həm sosial, həm də psixoloji baxımdan yeni çağırışlarla üz-üzədir. Gənc ailələrin qurulması və davamlılığının təmin edilməsi yalnız fərdi məsələ deyil, eyni zamanda dövlət və cəmiyyət üçün mühüm prioritet hesab olunur. Bu baxımdan həm dövlət səviyyəsində həyata keçirilən dəstək proqramları, həm də ailədaxili münasibətlərin sağlam qurulması xüsusi əhəmiyyət daşıyır.

Bəs görəsən, gənc ailələrin dəstəklənməsi üçün dövlət səviyyəsində hansı proqramlar həyata keçirilir?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Lent.az-a açıqlamasında bildirib ki, ailə institutunun qorunması ilə bağlı qəbul edilən qanunvericilik bazası kifayət qədər geniş və əhatəlidir:

Ətraflı

 

“Biz hüquqi mexanizmləri gücləndirmişik, erkən nikahların qarşısının alınması, məişət zorakılığı ilə mübarizə, qadın və uşaqların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılıb və atılmaqdadır.

Ailə münasibətləri  mənəvi dəyərlər, qarşılıqlı sayğı və məsuliyyət üzərində qurulmalıdır. Günümüzdə əsas məsələ maarifləndirmə işini gücləndirməkdir.

Gənc ailələrin dəstəklənməsi istiqamətində dövlətimizin həyata keçirtdiyi siyasət ardıcıl və məqsədyönlü xarakter daşıyır. Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial proqramlar gənclərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların iqtisadi dayanıqlığının gücləndirilməsinə xidmət edir. Xüsusilə ipoteka proqramları, məşğulluq imkanlarının genişləndirilməsi və sosial müavinət mexanizmləri gənc ailələrin formalaşmasına ciddi dəstək verir.

Gənc ailələrə psixoloji və sosial dəstək olduqca önəmlidir. Bu baxımdan ailə məsləhət xidmətlərinin genişləndirilməsi, gənclərin ailə həyatına hazırlanması ilə bağlı maarifləndirici layihələrin artırılması vacibdir.

Biz güclü ailə modeli qurmalıyıq. Bunun üçün məsələyə kompleks yanaşmalıyıq. Dövlət öz üzərinə düşən sosial və hüquqi öhdəlikləri yerinə yetirir. Bununla bərabər cəmiyyət də ailə dəyərlərini qorumalı, məsuliyyətli və sağlam münasibətlərin formalaşmasına töhfə verməlidir. Güclü ailə güclü cəmiyyət deməkdir”.

Bəs görəsən, ailədə emosional məsafə necə yaranır və onu necə aradan qaldırmaq olar?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Lent.az-a açıqlamasında bildirib ki, ailədaxili münasibətlərdə emosional məsafə çox zaman birdən-birə yaranmır:

Psixoloq Elnur Rüstəmov: “İnsanın qərarvermə prosesinə yalnız bilik və  intellekt deyil, emosional faktorlar da ciddi təsir

“Emosional məsafə çox zaman birdən-birə yaranmır, tədricən formalaşan və uzun müddət görünməz qalan bir prosesin nəticəsi olur. Bu məsafənin yaranmasının əsas səbəblərindən biri ünsiyyətin keyfiyyətinin aşağı düşməsidir. İnsanlar eyni evdə yaşasalar da, bir-birini eşitməmək, duyğuları paylaşmamaq və qarşı tərəfin daxili dünyasına maraq göstərməmək münasibətdə soyuma yaradır. Xüsusilə gündəlik həyatın yorğunluğu, iş stressi, sosial öhdəliklər və texnologiyanın həddindən artıq istifadəsi insanların bir-birinə ayırdığı emosional zamanı azaldır. Digər mühüm faktor isə həll olunmamış konfliktlərdir. Açıq şəkildə danışılmayan narazılıqlar zamanla yığılır və emosional uzaqlaşmaya səbəb olur. Bu zaman tərəflər artıq bir-birinə qarşı müdafiə mövqeyinə keçir və yaxınlıq yerini ehtiyatlı davranışlara verir. Emosional məsafəni aradan qaldırmaq üçün ilk növbədə şüurlu və keyfiyyətli ünsiyyət bərpa olunmalıdır. Bu, sadəcə danışmaq deyil, qarşı tərəfi dinləmək, onu anlamağa çalışmaq və empati qurmaq deməkdir. İnsan öz hisslərini açıq və ittihamsız şəkildə ifadə etməyi bacarmalıdır. Məsələn, “sən həmişə belə edirsən” kimi ittiham edən yanaşma əvəzinə “mən bu vəziyyətdə özümü belə hiss edirəm” kimi ifadələr münasibətdə təhlükəsizlik mühiti yaradır. Eyni zamanda, birgə vaxt keçirmək, ortaq fəaliyyətlər planlaşdırmaq və münasibətə investisiya qoymaq emosional bağın güclənməsinə ciddi təsir edir. Bəzi hallarda isə peşəkar psixoloji dəstək münasibətlərin yenidən qurulmasında mühüm rol oynayır. Cəmiyyət tərəfindən formalaşdırılan “qadın belə olmalıdır”, “kişi belə olmalıdır” kimi stereotiplər isə ailədaxili münasibətlərə çox ciddi psixoloji təzyiq yaradır. Bu cür qəliblər insanın özünü olduğu kimi ifadə etməsinə mane olur və daxili konfliktlərə səbəb olur. Məsələn, kişilərin emosiyalarını ifadə etməməsi ilə bağlı gözləntilər onların daxili gərginliyini artırır və bu, zamanla aqressiya, uzaqlaşma və ya emosional donuqluq kimi problemlərə gətirib çıxarır.

Digər tərəfdən, qadınlardan gözlənilən “hər şeyə dözməli”, “həmişə anlayışlı olmalı” kimi sosial rollar onların emosional tükənmişliyinə səbəb ola bilər. Bu stereotiplər uzun müddət davam etdikdə psixoloji travma riskini artırır. Çünki insan öz daxili ehtiyacları ilə sosial gözləntilər arasında qalır və bu ziddiyyət onun psixoloji tarazlığını pozur. Özünü ifadə edə bilməmək, daim uyğunlaşmağa məcbur qalmaq və qəbul olunmamaq hissi insanın özünə dəyər hissini zəiflədir. Nəticədə həm fərdi səviyyədə psixoloji problemlər yaranır, həm də bu problemlər ailədaxili münasibətlərə ötürülür.

Müasir yanaşma ondan ibarətdir ki, ailədə rollar sərt stereotiplərlə deyil, qarşılıqlı razılaşma, hörmət və fərdi xüsusiyyətlər əsasında formalaşmalıdır. Sağlam ailə modeli o modeldir ki, orada hər bir fərd özünü təhlükəsiz hiss edir, qəbul olunur və emosional olaraq dəstəklənir. Bu mühit yaradıldıqda nə emosional məsafə yaranır, nə də sosial stereotiplər dağıdıcı təsir göstərir”.

“Yeni Həyat Humanitar və Sosial Dayaq” İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova Lent.az-a açıqlamasında bildirib ki, son zamanlar gənclərin ailə qurmaqdan çəkinmələrinin şahidi oluruq:

Vətəndaş cəmiyyəti erkən nikahları hədəfə alıb

“Yaş həddindən asılı olmayaraq ailə qurmaq böyük məsuliyyət və ciddilik tələb edir. Ailə qurmaqdan söz düşərkən ilk olaraq ağlımıza gənclər gəlir. Lakin son zamanlar gənclərin ailə qurmaqdan çəkinmələrinin şahidi oluruq. Gənclərin ailə qurmaqdan çəkinmələri təkcə şəxsi seçim deyil, daha çox geniş sosial, iqtisadi və mədəni dəyişikliklərin nəticəsidir. Bu prosesə təsir edən əsas səbəbləri bir neçə istiqamətdə izah etmək olar. Belə ki, iqtisadi qeyri-sabitlik, yəni gənclər üçün sabit gəlir, iş yeri və mənzil təminatı əsas şərtlərdəndir. Həmçinin işsizlik və ya aşağı maaşlar, mənzil qiymətlərinin yüksək olması, kredit və borc yükü gənclərin ailə qurmaq məsələsində böyük risk yaradır. Gənclərin karyera prioritetlərinin dəyişməsi ilə bağlı müasir dövrdə gənclər əvvəlcə təhsil və karyera qurmağa üstünlük verirlər. Sonra özlərini reallaşdırmaq istəyindən irəli gələrək peşəkar uğur əldə etmədən ailə qurmaq istəmirlər.

Bu da nikah yaşının artmasına səbəb olur. Sosial media və “ideal həyat” illüziyasını da unutmaq olmaz. Daha doğrusu, sosial şəbəkələrdə təqdim olunan “mükəmməl həyat” obrazı istər-istəməz real gözləntiləri dəyişir, gənclər özləri üçün daha yüksək standartlar müəyyən edirlər. Reallıqla illüziyalar, gözləntilər arasında dərin uçurum yaranır. Bu da qərarsızlıq və tərəddüd yaradır. Ənənəvi ailə modelinin müasir ailə modeli ilə yerdəyişməsi artıq onun  əvvəlki kimi dominantlığı sıradan çıxır. Gənclərin fərdi həyat tərzinə üstünlük verməsi, hətta rəsmi nikah olmadan birlikdə yaşamaq istəyi və boşanma saylarının artması ailə münasibətlərindəkəskin dəyişikliklərə gətirib çıxarır. Psixoloji amillər, məsuliyyət qorxusu, uğursuz nikah nümunələrinin çoxluğu, boşanma qorxusu, öhdəliklərdən çəkinmə, xüsusilə, uşaqlıqda problemli ailədə böyüyən gənclər bu məsələdə daha həssas olurlar. Digər vacib  problem gender rollarının transformasiyası, qadınların təhsil və karyera imkanlarının artması ilə ailə daxilində rollar dəyişir.  Uşaq baxımı xidmətlərinin məhdudluğu, gənc ailələr üçün sosial proqramların azlığı gənclərin ailə qurmaqdan çəkinməsində mühüm rol oynayır. Bu da onların “ailəyə qarşı olmaq” deyil, daha çox “hazır olmamaq” və “riskləri hesablamaq” yanaşması bəhanəsini ortaya çıxarır. Bu tendensiyanı dəyişmək üçün iqtisadi sabitliyin artırılması, gənc ailələrə sosial dəstək proqramlarının genişləndirilməsi, sağlam ailə modelinin təşviqi vacibdir”.





Oxşar xəbərlər


Xəbər lenti
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
2026-09-17
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
2026-09-17
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
2026-09-17
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
2026-09-17
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-09-17
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
2026-09-17
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
2026-09-17
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
2026-09-17
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır
2026-09-17